ELM VƏ TƏHSİL
Geologiya və Geofizika İnstitutunun magistrant və doktorantları çöl-tədqiqat təcrübəsində olublar
![Geologiya və Geofizika İnstitutunun magistrant və doktorantları çöl-tədqiqat təcrübəsində olublar](/files/2019/3/1200x630/15722640573793210506_1200x630.jpg)
Bakı, 28 oktyabr, AZƏRTAC
AMEA-nın Geologiya və Geofizika İnstitutunun magistrant və doktorantları “Struktur geologiya və stratiqrafiya” fənni üzrə çöl-tədqiqat təcrübəsində olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, çöl-tədqiqat təcrübəsi Pirəküşkül, Siyəki və Cəngi sahələrində institutun əməkdaşları - Əşrəf Qurbanovun rəhbərliyi, həmçinin Təhminə Qarayeva və Səadət Ələkbərovanın iştirakı ilə aparılıb.
Təcrübə zamanı magistrant və doktorantlar Böyük Siyəki kəsilişində və Pirəküşkül vulkanında olublar. Onlara palçıq vulkanları, Böyük Siyəki kəsilişində layların tərkibi, orada gedən tektonik proseslər haqqında ətraflı məlumat verilib. Tələbələr həm paleomaqnit tədqiqatın yolunu, həm də stratiqrafiyanı öyrənmək üçün çöldə nümunələri toplamaq qaydasını mənimsəyiblər. Kompasla azimut və yatma bucağının ölçülməsi, bu ölçmələrin tətbiq obyektləri, onların laboratoriya şəraitində analizlərin aparılması üçün zəruri olduğu tələbələrin diqqətinə çatdırılıb.