GÖYÇAY RAYONUNUN TƏHSİL İŞÇİLƏRİNİN BƏYANATI
Hörmətli Prezidentimiz barədə yalan və böhtan məlumatlar dərc edən “Yeni Müsavat”, “Azadlıq”, “Hürriyyət” qəzetlərinin yazarlarına və digər üzdəniraq müxalifət nadanlarına, öz elinin, obasının, dövlətinin qədrini bilməyən nanəciblərə nifrətimizi bildirir, onlara “Ar olsun!” deyirik.
Müxalifət mətbuatındakı bu mənfi hallara, özbaşınalıqlara qarşı susan respublikanın hüquq-mühafizə orqanlarından xahiş edirik ki, yollarını azanları, hədyan-böhtan yazanları qanunlarımızın gücü ilə cəzalandırsınlar.
Biz, Göyçay rayonunun təhsil işçiləri Prezident Heydər Əliyevin daxili və xarici siyasətini müdafiə etdiyimizi bir daha bəyan edir və oktyabrın 15-də yeganə namizədimiz Heydər Əlirza oğlu Əliyevi yekdilliklə dəstəkləyəcəyimizi bildiririk.
Asəf Nəbiyev –Təhsil şöbəsinin müdiri
Almaz Cəfərova-TİANT rayon komitəsinin sədri
Yasin Abdurahmanov-Metodmərkəzin müdiri
Əlövsət Əfəndiyev-Aşağı Qaraməryəm məktəbinin direktoru
Xanım Ağayeva-şəhər 1 nömrəli orta məktəbin müəllimi
Bikə İsmayılova-təqaüdçü müəllim
Əfrasiyab Maqsudov-rayon ziyalılar cəmiyyətinin sədri
Əlibaba Babayev – veteran müəllim
Tahirə Qəhrəmanova-şəhər 4 nömrəli orta məktəbin müəllimi
Qurban Qurbanov-İncə kənd orta məktəbinin müəllimi
Zahir Babayev- Qarayazı kənd orta məktəbinin direktoru
Leyla Məmmədova –şəhər 9 nömrəli uşaq bağçasının müdiri
Naibə Qədirova-Yeniarx kənd orta məktəbinin müəllimi
İbrahim Məmmədəliyev-Qarabağlar kənd orta məktəbinin direktoru
Tofiq İsmayılov- Mallı Şıxlı kənd orta məktəbinin direktoru
Şəhla Rüstəmova-şəhər 2 nömrəli orta məktəbin müəllimi
Fikrət Zərbalıyev-şəhər 7 nömrəli orta məktəbin müəllimi
Sevda Abdullayeva-Ləkçılpaq kənd 1 nömrəli orta məktəbin müəllimi
Sədaqət Umudova-şəhər 8 nömrəli əsas məktəbin direktoru
Cəmi: 93 imza