GUAM DÖVLƏTLƏRİ YAXIN BEŞ İLDƏ ƏMTƏƏ DÖVRİYYƏSİNİ 10 MİLYARD DOLLARA ÇATDIRACAQLAR
GUAM dövlətləri yaxın beş ildə əmtəə dövriyyəsini 10 milyard dollara çatdıra biləcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən GUAM-ın Baş katibi Valeri Çeçelaşvili demişdir: “Qurumun daxilindəki sıx inteqrasiya proseslərini nəzərə alsaq, hesab edirəm ki, GUAM ölkələri bu vəzifəni yerinə yetirə biləcəklər”.
V.Çeçelaşvilinin sözlərinə görə, GUAM ölkələrinin inkişafına əngəl törədən əsas amil regional münaqişələrdir. Ona görə də qurum həmin münaqişələrin həllinə böyük diqqət yetirir.
Baş katib demişdir: “Azərbaycanın GUAM-a sədrliyi dövründə təşkilatın inkişafının, o cümlədən münaqişələrin həllində ölkələrimizin qarşılıqlı fəaliyyətinin əsasını qoymuş Bakı Bəyannaməsi qəbul edilmişdir. BMT Baş Məclisinin 62-ci sessiyası çərçivəsində “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” haqqında qətnaməni ölkələrin qarşılıqlı fəaliyyətinin uğurlu nümunələrindən biri adlandırmaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
- 05.06.2026 [15:34]