“GÜNƏŞLİ”DƏ YENİ NEFT QUYUSU QAZILIR
“28 May” Neft-Qazçıxarma İdarəsinin sifarişi ilə “Günəşli” yatağındakı 14-cü platformanın genişləndirilmiş hissəsində “Bayıl limanı” Dəniz Kəşfiyyat Qazması İdarəsi yeni neft quyusu qazır. Qısa müddətdə 450 metr qazma işi görülmüşdür. Neft-qazçıxarma idarəsindən müxbirimizə bildirmişlər ki, platformadan 11 maili quyu qazılacaqdır. Layihə dərinlyi 3050 metr olan 411 nömrəli quyu onlardan birincisidir. Nəzərdə tutulan 2-ci quyunun qazılmasına isə real nəticələr, yəni layların məhsuldarlığı məlum olandan sonra qərar veriləcəkdir.