Gürcüstan martda Azərbaycandan 5,2 min ton neft bitumu idxal edib
Tbilisi, 14 aprel, AZƏRTAC
Gürcüstan cari ilin mart ayında 6,5 min ton neft bitumu idxal edib. Bu da fevral ayı ilə müqayisədə 1,9 min ton çox, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 1,4 min ton azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Neft İdxalatçıları Birliyi (GNİB) məlumat yayıb. Bildirilir ki, ay ərzində Gürcüstanın idxal etdiyi neft bitumunun 80 faizi Azərbaycanın payına düşüb. Martda Gürcüstan Azərbaycandan 5,2 min ton neft bitumu idxal edib.
Cari ilin yanvar-mart ayları ərzində Gürcüstan ümumilikdə 14,3 min ton neft bitumu idxal edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,9 min ton azdır.
Gürcüstan neft bitumunun 49,6 faizini İrandan, 42 faizini Azərbaycandan alıb. Qalan hissə isə İraq və Birləşmiş Ərəb Əmirliklərindən alınıb.
GNİB-nin məlumatına görə, idxalın azalması koronavirusa görə, qadağaların tətbiqi ilə bağlıdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]