SİYASƏT
Gürcüstan mətbuatı Prezident İlham Əliyevin birinci rübün yekunlarına dair müşavirədə söylədiyi fikirlərə geniş yer ayırıb
Tbilisi, 13 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə söylədiyi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın aparıcı “24news.ge”, “aktual.ge” və “interpress.ge” portallarında Prezident İlham Əliyevin Azərbaycanın regiondakı rolu, həyata keçirdiyi layihələr, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən tikinti-quruculuq işləri barədə söylədiyi fikirlərdən materiallar yayımlanıb.
Azərbaycan, ingilis və gürcü dillərində yayımlanan xəbərlərdə Azərbaycan Prezidentinin Qarabağ və Zəngəzurun nümunəvi bölgə kimi qurulacağı, Fərrux dağının Azərbaycanın nəzarəti altında olması, “Bayraktar”ın indi ölüm silahı deyil, mələk adlandırılması, Zəngilan aeroportunun bu il istifadəyə veriləcəyi barədə fikirləri oxucuların diqqətinə çatdırılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi