Azərbaycan Dövlət İnformasiya Agentliyi

AHİK sədri: Şuşa sakinlərini öz evlərində görmək çox qürurvericidir

AHİK sədri: Şuşa sakinlərini öz evlərində görmək çox qürurvericidir

Bakı, 11 may, AZƏRTAC

Ötən əsrin 90-cı illərinin əvvələrində Ulu Öndər Heydər Əliyevi böyük arzularla dövlətin rəhbərliyinə gətirən Azərbaycan xalqı bu gün onun təntənəsini yaşayır. Ölkəmizin bütün sahələrini əhatə edən tərəqqi, dönməz inkişaf yolunun möhkəm təməllərini məhz Ulu Öndərimiz qoyub. Bu gün dünyanın hər yerində uğurlarından bəhs olunan, əsasən Avropada xilaskar dövlət kimi tanınan, əməkdaşlıq etdiyi dövlətlər tərəfindən etibarlı tərəfdaş kimi təqdir edilən, yeni-yeni reallıqlar yaradan, yerləşdiyi regionun lideri səviyyəsinə yüksələn bugünkü Azərbaycan Heydər Əliyevin dövlətçilik fəlsəfəsi üzərində qərar tutub. Prezident İlham Əliyev bu siyasi kursa sadiq fəaliyyəti, həmçinin peşəkarlığı, böyük bacarığı, düşünülmüş mühüm qərarları və cəsarətli addımları ilə Azərbaycanımızın hərtərəfli inkişafını təmin edib. Eləcə də Ulu Öndərimizin ən böyük istəyini - Vətənimizin ərazi bütövlüyünü reallığa çevirib. Hazırda biz Heydər Əliyevin hədəflədiyi, görmək istədiyi ölkədə yaşayırıq. Bu, qüdrətli, qürurlu və şanlı Azərbaycandır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev söyləyib.

Prezident İlham Əliyevin müdrik siyasəti və əzmkarlığı ilə tarixin gedişini dəyişdiyini, Qarabağ münaqişəsini parlaq Qələbə ilə başa çatdıraraq bütün mənasız proqnozları, qərəzli yanaşmaları alt-üst etdiyini vurğulayan S.Möhbalıyev deyib: “Bu, həqiqətən də çətin bir missiya idi. Qələbəmizdən sonra biz bunu aydın gördük. Kimlər Azərbaycana dil uzatmadı, bu işdən narahatlıq keçirmədi, müxtəlif bəhanələrlə qətnamələr qəbul etmədi!? Amma nəticə nə oldu!? Bütün cəhdlər iflasa uğradı, çünki Azərbaycan elə bir dönməz yol tutub ki, onun iradəsinə təsir etmək mümkün deyil. Bu reallıqdır, hər şey isə göz qabağındadır. Biz deyirdik ki, Azərbaycan əleyhinə qəbul olunan sənədlər adi kağız parçasıdır, elə də oldu. Bu gün Prezident tamamilə dağıdılmış Şərqi Zəngəzuru və Qarabağı yenidən qurur, yeni şəhərlər, qəsəbələr, kəndlər tikir. Sakinlərin öz yurdlarında xoşbəxt və firavan yaşamaları üçün hər cür müasir şərait yaradılır. Ən əsası, bütün bu işlər Azərbaycanın daxili imkanları hesabına həyata keçirilir. Baxın, budur qüdrətli dövlət, güclü iqtisadiyyat. Artıq keçmiş məcburi köçkünlərin də bir qismi öz yurdlarına dönüb. Onların üzündəki sevinc, fərəh hissi hər birimizi qürurlandırır. Biz həm də şahidi oluruq ki, Vətən anlayışı azərbaycanlılar üçün nə deməkdir”.

Dövlətimizin başçısının həmin ərazilərə hər səfərinin böyük müjdələrlə yadda qaldığını, hər səfər zamanı yeni qəsəbələrin, kəndlərin təməlinin qoyulduğunu, yaşayış komplekslərinin, obyektlərin açılışının olduğunu diqqətə çatdıran AHİK sədri bildirib: “Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə mayın 10-da - Ulu Öndərin doğum günündə getməsi də heç də təsadüfi deyil. Bu, Ümummilli Liderin əziz xatirəsinə dərin ehtiramın göstəricisidir. Səfər zamanı daha qürurverici məqamlardan biri də Prezidentin Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etməsi və şəhərə köçmüş ilk sakinlərlə görüşü oldu. Şuşa bizim qeyrət qalamızdır, qəhrəmanlıq salnaməmizdir, Vətənə olan sevgimizi dünyaya bəyan edən ən ali dəyərdir. İşğal dövründən, Şuşanın azad edilməsindən tutmuş bugünkü halına qədər xalqımız bunu sübut edib. Şəhidlərimizin qanı ilə daha da müqəddəsləşən, hazırda dirçəliş dövrünü yaşayan əziz Şuşamız artıq sakinlərinə qucaq açıb. Təbii ki, bu mənzərə hər birimizi qürurlandırır. Biz nə qədər sevincliyiksə, Pənahəli xanın, Natəvanın, Vaqifin, Üzeyirin, Bülbülün, həmçinin bütün şəhidlərimizin ruhu da bir o qədər şaddır”.

S.Möhbalıyev qeyd edib ki, Şuşada aparılan quruculuq işlərinin möhtəşəmliyi həm də şəhərin memarlıq üslubunun, özünəməxsusluğunun qorunub saxlanılmasındadır. Tikintilər müasir şəhərsalma qaydalarına əsaslanır, yaşayış evləri daha gözəl və rahatdır. “Şuşada, eyni zamanda, işğaldan azad edilmiş digər ərazilərdə aparılan bərpa işlərində Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusilə vurğulanmalıdır. Fond tarixi-mədəni irsin bərpasında, sosial-humanitar infrastrukturun yaradılmasında, quruculuq və abadlıq işlərində böyük işlər görür. Mehriban xanım Əliyevanın göstərişi ilə başlanılan xüsusi layihələrin icrasına yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. Artıq Fond tərəfindən Şuşada Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, eləcə də Mehmandarovların malikanə kompleksi ərazisindəki məscid bərpa edilib və ötən ildən istifadədədir. Mayın 10-da isə Mamayı məscidinin bərpadan sonra açılışı oldu. Bütün bunlar, ilk növbədə, Mehriban xanım Əliyevanın vətənpərvərliyinin və tariximizə, mədəniyyətimizə, incəsənətimizə olan böyük məhəbbətinin təcəssümüdür”, - deyə AHİK sədri əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur