DÜNYA
Gürcüstanda koronavirusa və onun “omikron” ştamına yoluxanların sayı artmaqda davam edir
Tbilisi, 14 yanvar, AZƏRTAC
Gürcüstanda koronavirusa və onun “omikron” ştamına yoluxanların sayı artmaqda davam edir.
Son sutkada ölkədə daha 5 567 nəfər koronavirusa yoluxub, 36 nəfər pandemiyanın qurbanı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopcov.ge saytında məlumat verilir.
Bildirilir ki, bununla da, ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 984 802-yə, sağalanların sayı 924 072-yə, bu virusdan ölənlərin sayı isə 14 395-ə çatıb.
Gürcüstanda koronavirusun “omikron” ştamına yoluxanların sayı da artıb. Son sutkada daha 87 nəfərdə “omikron” ştamı aşkarlanıb. Bununla da Gürcüstanda “omikron” ştamına yoluxanların ümumi sayı 1096-ya çatıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi