DÜNYA
Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 1 milyonu ötüb
![Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 1 milyonu ötüb](/files/2022/1/1200x630/1642495013577449037_1200x630.jpeg)
Tbilisi, 18 yanvar, AZƏRTAC
Gürcüstanda koronavirusa yoluxma sayında yeni antirekord qeydə alınıb və bununla da yoluxanların ümumi sayı 1 milyonu ötüb.
Son sutka ərzində ölkədə 7 521 nəfər koronavirusa yoluxub, 3160 nəfər müalicə olunaraq sağalıb, 31 pasiyent pandemiyanın qurbanı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopcov.ge saytında məlumat verilib.
Bildirilir ki, bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 1 006 864-ə, sağalanların sayı 934 667-yə, bu virusdan ölənlərin sayı isə 14 512-yə çatıb.
Qeyd olunur ki, hazırda Gürcüstanda 57 659 aktiv koronavirus xəstəsi var. Onlardan 4465-i xəstəxanalardadır. Bu xəstələrin 1015-nin vəziyyəti ağırdır.
Bundan başqa, 2050 nəfər klinik otellərdə, 50 nəfər isə karantin rejimindədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi