REGİONLAR
Hacıqabulda karantin qaydalarını pozan restoran inzibatçısı barədə inzibati protokol tərtib olunub
Hacıqabul, 31 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan nişan mərasimi zamanı xüsusi karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliyyət göstərən “Qədir-Xum” restoranında təşkil edilən nişan mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi məlum olub.
Şöbə əməkdaşları tərəfindən qaydaları pozan restoranın inzibatçısı Rüfət Ağaliyev barəsində inzibati protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib.