REGİONLAR
Hacıqabulda “Müzəffər Əsgərimiz” layihəsi çərçivəsində qısametrajlı filmlər nümayiş olunub
Hacıqabul, 1 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Hacıqabul nümayəndəliyində oktyabr ayı boyunca, İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan "Müzəffər Əsgərimiz" layihəsi çərçivəsində qısametrajlı filmlərin nümayişi təşkil edilib.
Mərkəzin Hacıqabul nümayəndəliyindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, layihə “İrəli” İctimai Birliyinin təşkilatçılığı və Gənclərinin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə 44 günlük Vətən müharibəsində Qələbəni bizə yaşadan qəhrəmanlarımızı tanıtmaq və onların xatirəsini hər zaman yad etmək məqsədilə həyata keçirilib. Şəhidlərin həyat yolu və qəhrəmanlıqlarını özündə cəmləşdirən və onların yaxın tanışları tərəfindən səsləndirilən 15-dən çox qısametrajlı filmin layihə rəhbəri Elvin Səhətbəylidir.