Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müasir müstəqil Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir

Müasir müstəqil Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir

Bakı, 11 may, AZƏRTAC

Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Ümummilli Lider Heydər Əliyevin liderliyi ilə müasir tarixinin müstəqil dövlətini qurdu və Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfərə imza ataraq güclü, suveren Azərbaycanımızın firavan gələcəyinə doğru inamla addımlayır. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı böyük qürur hissi ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən qürurla danışır. Bu uğurlara gedən yolu daim təhlil edib, müstəqillik tariximizin Heydər Əliyev dövrünün reallıqları barədə indiki və gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. Dahi şəxsiyyət Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir müstəqil Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin başlanmasıdır. Bu fakt inkaredilməzdir ki, Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadıqları tariximizin bir qaranlıq səhifəsi kimi daim vərəqlənir. Həmin dövrdə hakimiyyətsizliyin nəticəsi idi ki, Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Taleyimizin həll olunduğu ağır bir zamanda Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıtdı, doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısı alındı. 1993-2003-cü illərdə Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan müstəqilliyini daimi və sarsılmaz etdi, bu günümüz üçün möhkəm təməl yaradıldı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

O qeyd edib ki, Azərbaycan xalqı haqlı olaraq Ulu Öndər Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir: “Ulu Öndərin rəhbərliyi ilə dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara başlandı. Sabitliyin və əlverişli iqtisadi mühitin yaradılması nəticəsində Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin və şirkətlərin sayı artdı. 1994-cü ildə Ümummilli Liderin səyləri nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində stimulverici amil oldu. Azərbaycanın bu gününə və gələcəyinə inam artdı. Ölkəmiz qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Xalqımızın ən böyük arzularından biri öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək idi ki, Ümummilli Lider bunu reallığa çevirdi. Dahi şəxsiyyət xalqı öz ətrafında sıx birləşdirərək gələcəyə doğru inamla apardı. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir”.

Malik Həsənov 1993-2003-cü illərdə Azərbaycanın beynəlxalq nüfuzunun artmasından, hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlardan, ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılmasından, möhkəm hüquqi bazanın yaradılmasından, müstəqilliyimizin, suverenliyimizin qarantı olan güclü, qüdrətli ordumuzun formalaşdırılmasından, azərbaycançılıq ideologiyasının inkişafından və təbliğindən geniş bəhs edərək bildirib ki, hər bir uğur Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun yaratdığı möhkəm təməl üzərində Azərbaycan inkişaf etdi və ən böyük arzularından biri reallığa çevrildi. Azərbaycan dünyaya Günəş kimi doğdu. Azərbaycan müstəqil dövlət olaraq varlığını təsdiqlədi, dünya birliyinin fəal üzvünə çevrildi.

Heydər Əliyev yolunun uğurlarının davamlı olduğunu vurğulayan deputat deyib: “Onun dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən aylarla danışa bilərik. Hər zaman Azərbaycanı zirvələrdə görmək istəyən Ulu Öndər 2003-cü ildə xalqa tarixi müraciəti ilə müstəqillik tariximizin bugünkü Zəfər səhifələrinin yazılmasının əsasını qoydu. O, İlham Əliyevə özü qədər inandığını, axıra çatdıra bilmədiyi işləri, planları onun axıra çatdıracağına əminliyini ifadə etdi. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev ötən 20 ildən artıq dövrdə atdığı hər bir addımı ilə Heydər Əliyev siyasətinə sadiqliyini təsdiqləyir, göstərilən inamı və etimadı doğruldur. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan qurdu, Prezident İlham Əliyev isə onu güclü bir dövlətə çevirdi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Vətən müharibəsində qazanılmış tarixi Zəfər Prezident İlham Əliyevin rəhbərliyi, düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün istiqamətlərdə əldə olunmuş böyük uğurların, güclü dövləti xarakterizə edən bütün amillərin bir-biri ilə sıx bağlılığının məntiqi nəticəsi oldu. Bu Qələbə bir daha göstərdi ki, milli maraqları hər şeydən uca tutan liderin ətrafında sıx birləşmiş xalq bütün dünyaya öz sözünü deməyə, beynəlxalq münasibətlərdə formalaşmış stereotipləri sındırmağa və düşməni diz çökdürərək tarixi ədaləti bərpa etməyə qadirdir. Prezident İlham Əliyev Azərbaycanın işğal altındakı torpaqlarını azad etməklə həm də ata vəsiyyətini yerinə yetirdi. Dövlətimizin başçısı ötən il Ümummilli Liderin 100 illiyi münasibətilə Şuşadan xalqa müraciətində böyük qürur hissi ilə bildirdi ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının arzusunu çin etdik”.

Malik Həsənov bildirib ki, bu gün Ulu Öndərin şah əsəri olan müasir müstəqil, qalib Azərbaycan yeni dövrün hədəflərinə doğru inamla addımlayır: “Suverenliyimizin bərpası fonunda müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsi bu hədəflərə zamanında nail olacağımıza böyük əminlik yaradır. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımızın Böyük Qayıdışı uğurla davam edir. Bu prosesin də tam şəkildə başa çatacağı gün uzaqda deyil. Prezident İlham Əliyevin böyük inamla qeyd etdiyi kimi, yeni dövr uğurla başlayır, uğurla da davam edəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransa Hesablama Palatasının sədri: Dövlət borcu ölkəni maliyyə tələsinə düşməklə təhdid edir

“Reuters”: ABŞ mühüm kəşfiyyat məlumatlarının Ukraynaya verilməsini davam etdirir

Tramp Netanyahuya növbəti seçkilərdə tam dəstəyini elan edib

Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib

Gürcüstanda yaşayan azərbaycanlı gənclər üçün IV jurnalistika kursu fəaliyyətə başlayıb

Naxçıvanda avtomobil piyadanı vurub

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

Milli Məclisin sədri Qırğız Respublikasına səfər edib

Kamandan oxatma üzrə Superkubok yarışı başa çatıb

Türkiyə partiyasının lideri: Azərbaycanin müstəqilliyi bütün Türk dünyasının qürur mənbəyidir

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar

Türkiyəli rəsmilər Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıblar

Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvləri yerli turnirdə uğurla çıxış ediblər

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb VİDEO

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb VİDEO

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub VİDEO

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub VİDEO

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı