İDMAN
Henri Aneyka: Növbəti oyunlarda qələbə qazanacağımıza inanıram
![Henri Aneyka: Növbəti oyunlarda qələbə qazanacağımıza inanıram](/files/2015/2/1200x630/14350755941644662830_1200x630.jpg)
Bakı, 23 iyun, Məmməd İsayev, AZƏRTAC
Bu, bizim ilk oyunumuz idi. Daha çox məşq etməli və bir-birimizlə oynamağı daha yaxşı bacarmalıyıq.
Bu fikirləri basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Henri Aneyka AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, növbəti Oyunlarda qələbə qazanacağımıza inanıram. Hədəfimiz yarışda yaxşı nəticə əldə etməkdir.
3x3 basketbolda Avropa Oyunlarında ilk oyunumuz olduğuna görə, bütün komandalara çətin rəqib kimi yanaşırıq. Birinci Avropa Oyunlarında asan rəqib yoxdur. Biz çalışacağıq ki, yaxşı oyun nümayiş etdirib, azarkeşlərimizi sevindirək.