Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Hikmət Hacıyev: MDB dövlət başçılarının qeyri-rəsmi Sankt-Peterburq görüşü işgüzar və səmimi şəraitdə keçdi

Hikmət Hacıyev: MDB dövlət başçılarının qeyri-rəsmi Sankt-Peterburq görüşü işgüzar və səmimi şəraitdə keçdi

Bakı, 7 dekabr, Vüqar Əliyev, AZƏRTAC

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı və tədbirin əhəmiyyəti barədə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Dekabrın 6-da MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində qeyri-rəsmi Zirvə toplantısı keçirildi. Prezident İlham Əliyev Zirvə toplantısında iştirak etdi. Bu tədbirin əhəmiyyəti və müzakirə olunan məsələlər barədə nə deyərdiniz?

- Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə dekabrın 6-da Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirak etdi. Keçən il isə MDB dövlətlərinin qeyri-rəsmi Zirvə toplantısı Moskvada keçirilib. Bu qəbildən olan zirvə toplantılarında MDB çərçivəsində il ərzində görülən işlər barədə geniş fikir mübadiləsi aparılır və gələcək fəaliyyət istiqamətləri ətraflı müzakirə olunur. Bu dəfə də keçirilən qeyri-rəsmi Zirvə toplantısı əsnasında eyni məqsədlər güdülürdü. MDB dövlət başçılarının qeyri-rəsmi Sankt-Peterburq görüşü də işgüzar və səmimi şəraitdə keçdi, dövlət başçıları birlikdə nahar etdilər və sonra Mariinski Teatrında “Şelkunçik” balet tamaşasına baxdılar. Bir məqama da toxunmaq istərdim ki, tamaşa zamanı Prezident İlham Əliyev tədbirə ev sahibliyi edən Prezident Vladimir Putinin yanında sağda əyləşmişdi. Bu, dövlətimizin başçısına və onun şəxsiyyətinə xüsusi hörmətin və ehtiramın əlamətidir.

Zirvə görüşündə Prezident İlham Əliyevin tədbirdə iştirak edən bütün dövlət başçıları ilə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında məzmunlu söhbəti və müzakirələri oldu.

- Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə də müzakirələr aparıldımı?

- Bəli. Tədbir əsnasında Prezident İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə də söhbəti oldu. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparıldı. Nəzərə almaq lazımdır ki, bu iki amil bir-biri ilə sıx şəkildə bağlıdır və biri digərini tamamlayacaq şəkildə davam etdirilməlidir. Son dövrlərdə qoşunların təmas xətti və dövlət sərhədi boyunca nisbi sakitlik mövcuddur. Bu da münaqişənin həlli üzrə substantiv və intensiv danışıqların aparılması üçün yaxşı fon yaradır. Bu, əsla münaqişənin dondurulması və ya qəbuledilməz olan status-kvonun saxlanması anlamına gəlməməlidir. Qəti mövqeyimiz ondan ibarətdir ki, işğala əsaslanan status-kvo tezliklə dəyişdirilməlidir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də dövlət başçıları səviyyəsində status-kvonun dəyişdirilməsinin vacibliyini dəfələrlə vurğulayıblar. Münaqişənin həlli üzrə danışıqlar nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi bərpa olunmalıdır.

Eyni zamanda, söhbət çərçivəsində Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsi də müzakirə olundu.

- Azərbaycanın bu məsələdə humanist xarakter daşıyan və “hamının hamıya” prinsipinə söykənən mövqeyinə Ermənistanın münasibəti necədir?

- Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirib ki, “hamının hamıya” prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır. Humanist xarakter daşıyan bu kimi addımlar danışıqlar prosesinə müsbət təsir göstərə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri də bu mövqeyi dəstəkləyir və ona görə də Ermənistan tərəfi bunu nəzərə almalıdır.

Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi və Azərbaycana qaytarılması məsələsini dövlətimizin başçısı ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və digər tərəfmüqabilləri ilə görüşlərdə hər dəfə qaldırır.

Xüsusilə qeyd etmək lazımdır ki, dövlətimizin başçısı Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün böyük səylər göstərir və bu məsələni daim diqqətdə saxlayır.

- Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan iki ölkə arasında rabitənin yaradılması barədə danışır. Bu barədə nə deyərdiniz?

- Düşənbədə dövlətimizin başçısı ilə Ermənistan baş naziri arasında olan söhbət əsnasında razılıq əldə edilmişdi ki, zəruri hallarda əlaqə yaratmaq üçün imkanlar təmin edilsin. Bu əlaqələr müntəzəm xarakter daşımır, dövlət başçıları, xarici işlər və ya müdafiə nazirləri səviyyəsində olan təmaslar deyil, aşağı səviyyədə və lazım olan hallarda həyata keçirilir.

- Kütləvi informasiya vasitələrində verilən məlumata görə, Belarus Prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının növbəti baş katibinin Belarusdan olacağını bildirib. Ermənistan tərəfi isə bunu təkzib edərək fərqli fikir səsləndirib. Bu barədə nə demək olar?

- Sözügedən məsələ ilə bağlı biz də kütləvi informasiya vasitələrindən məlumat almışıq. Kuluarlarda gedən söhbətlər onu deməyə əsas verir ki, MDB ölkələrinin qeyri-rəsmi Zirvə görüşündən əvvəl Avrasiya İqtisadi İttifaqının Sammitində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi məsələsi müzakirə olunub. Çox dərinə getmək istəməzdim, amma bəzi mənbələrdən aldığımız məlumata görə KTMT-nin baş katibi məsələsi ilə bağlı iclasda gərgin vəziyyət yaranıb. Bizdə olan məlumata əsasən tam əminliklə deyə bilərik ki, Ermənistan KTMT-nin baş katibi vəzifəsini itirib və Ermənistanın rəyi və fikri nəzərə alınmadan böyük ehtimalla yaxın gələcəkdə bu vəzifəyə Belarusun nümayəndəsi təyin olunacaq. Ermənistanın baş katib vəzifəsini özündə saxlamaqla bağlı bütün səyləri iflasa uğrayıb. Bu, ümumilikdə, Ermənistanın siyasəti və diplomatiyasının növbəti məğlubiyyətidir.

- Hadisələrin bu məcrada inkişafını Azərbaycanın növbəti qələbəsi kimi qəbul etmək olarmı?

- Bildiyiniz kimi, Azərbaycan KTMT-nin üzvü deyil və ölkəmiz təşkilat daxilində gedən proseslərə müdaxilə etmək fikrində deyil. Prezident İlham Əliyevin bu ilin noyabrında Belarusa səfərindən öncə bu ölkənin səfirini qəbul edərkən səsləndirdiyi fikirlərə istinad etmək istərdim. Dövlətimizin başçısı bildirmişdi: “Ermənistan Azərbaycan ərazilərini işğal edən ölkədir və əlbəttə ki, biz hərbi-siyasi təşkilat olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hansı ölkənin nümayəndəsinin rəhbərlik etməsinə biganə deyilik. Bu məsələlərin tərəfdaşlar və dostlar arasında müzakirəsi təbiidir”. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirmək üçün KTMT-nin arxasında gizlənməyə çalışır. Ermənistanın üzləşdiyi aprel məğlubiyyətinin təcrübəsi də bunu göstərdi.

Heç kimə sirr deyil ki, yeni baş katibin təyinatı məsələsini Prezident İlham Əliyev Ermənistan istisna olmaqla, KTMT-yə üzv olan bütün ölkələrin dövlət başçıları ilə bu və ya digər formada müzakirə edib.

Sözsüz ki, işğalçı dövlət olaraq, Ermənistanın çoxsaylı xarakter daşıyan hər bir siyasi, diplomatik, iqtisadi və digər müstəvilərdə olan məğlubiyyəti Azərbaycanın qələbəsi kimi dəyərləndirilə bilər. Çünki bu məğlubiyyətlərin şərtləndirilməsində Azərbaycanın rolu kifayət qədər böyükdür. Nəticə etibarilə, Ermənistanın tamhüquqlu üzv olduğu KTMT-də növbəti dəfə alçaldıcı məğlubiyyəti bu sıradan olan nümunələrdən biridir.

Prezident İlham Əliyev bəziləri kimi deklarativ deyil, dərin strateji düşüncə və praqmatik baxışlar əsasında yüksək məharətlə və müdrikliklə “strateji diplomatiya” adlandırılan siyasət yürütmək iqtidarında olan şəxsiyyətdir. Bu “strateji diplomatiya” Azərbaycanın qələbəsini təmin edir, milli maraqlarımızın qorunmasına, ölkəmizin beynəlxalq münasibətlərdə mövqeyinin və rolunun gücləndirilməsinə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin ordusu Tayvan separatçılarına “Birgə qılınc” təlimi ilə cavab verir

Makron Yeni Kaledoniyaya səfər edib

BMT: Vəhşi təbiətə qarşı qlobal cinayətlər "saysız-hesabsız zərər" verir

Fransa Senatı xarici müdaxilənin qarşısının alınmasına dair qanunu qəbul edib

Abşeronun misilsiz abidəsi - “Üç ovdan”

Antiislamçı Rasmus Paludan Avropa İttifaqı seçkilərində iştirak edir

ADNSU-da əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası mövzusunda tədbir keçirilib

Rəcəb Tayyib Ərdoğan təbii fəlakətdən zərər çəkənlərə yardım toplayan azərbaycanlını mükafatlandırıb

"Atalanta" Avropa Liqasının qalibi olub YENİLƏNİB

Şəkidə məskunlaşan Ağdam sakini özünə qəsd edib

Türk dünyasının ilk müştərək film layihəsi ilə bağlı görüş keçirilib

Azərbaycan Basketbol Liqası: "Sabah" seriyada önə keçib

Avropa Liqasının finalı: "Atalanta" - "Bayer"in start heyətləri açıqlanıb

Gədəbəy sakinlərinin 74 illik ailə dəyəri... REPORTAJ – FOTO 

Azərbaycan Texniki Universitetində Alman Akademik Mübadilə Xidmətinin illik təqaüd mükafatlandırma mərasimi keçirilib

Naxçıvanın səhiyyə sistemində görülən işlərlə bağlı konfrans keçirilib

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ən yaxşı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində ilk dəfə komanda hesabında U-23 Avropa çempionu olub

Rişi Sunak Britaniyada növbədənkənar seçkilər elan edib

Azərbaycan səfiri BƏƏ xarici işlər nazirinin mükəmməllik mükafatına layiq görülüb

Azərbaycanın daha bir güləşçisi Avropa çempionatının qızıl medalına yiyələnib

Naxçıvanı “Şahin” hərbi-idman oyunlarında təmsil edəcək komanda məlum olub

Prezident Emoməli Rəhmon Şəhidlər xiyabanını ziyarət edib

Paşinyan: Sərhədlərin delimitasiyası Ermənistanın təhlükəsizliyini təmin edəcək

Azərbaycan-Tacikistan münasibətləri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq uğurla inkişaf etdirilir

İcma: Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması müstəvisində regiondan kənar dövlətlərin yersiz müdaxilələri yolverilməzdir

Regional təhsil idarəsi: Biləsuvarda 8-ci sinif şagirdinin xəsarət alması ilə bağlı araşdırma aparılıb

“8 Noyabr” prospektində aparılan təmirlə əlaqədar 5 marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirilir

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən kursda iştirak edirlər

Tacikistan Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Baş direktor: Standartlaşdırmanın əsas məqsədi dövlətin milli maraqlarını təmin etməkdir

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

TBMM Baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə görüşlər keçirib

Nərimanov rayonundakı ictimai iaşə müəssisəsində saxta alkoqollu içkilər aşkarlanıb

Xəzər rayonunda tikilidən 125 min manatlıq inşaat materialları oğurlanıb

HDQ-nin “N” hərbi hissəsinin yaradılmasından 32 il ötür VİDEO

Komitə sədri: Nehrəmdəki məktəb binasında əvvəlki illərdə tikinti norma və qaydalara uyğun aparılmayıb

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə gəlib

“Ev təsərrüfatlarının uçotu Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DYP yolda hərəkətin məhdudlaşdırılacağı ilə bağlı məlumat yayıb

Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti zolaqlar üzrə məhdudlaşdırılacaq

Qulluq stajına görə əmək pensiyasına əlavələrlə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Rəsulzadənin 140 illik yubileyi Marneulidə qeyd olunub

Avropa çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

AQTİ ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında təlim-təcrübə proqramına başlanılıb

Britaniyanın müdafiə naziri: Çin Ukraynada istifadə üçün Rusiyaya öldürücü silah yardımı edir

Zəngilan rayonunun Ağalı kənd sakinləri üçün oftalmoloji aksiya keçiriləcək

Jurnalist Reyçel Avraham: Erməniləri Qarabağdan heç kim silah gücü ilə çıxarmayıb

Naxçıvanda “Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı” keçirilir

Elm və təhsil naziri Londonda “Clarivate Analytics” şirkətinin rəhbərliyi ilə görüşüb

TikTok platformasının nümayəndə heyəti ilə Milli Məclisdə görüş keçirilib

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi medal görüşünə çıxacaq

ALMA rəsədxanasının nümayəndələri BDU-da

TBMM-in Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının nümayəndə heyəti Milli Məclisdə olub

Plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsinə dair hansı tələblər var?

Amerikalı qonaqlar azad edilən ərazilərdə köç prosesini ləngidən mina təhlükəsi barədə məlumatlandırılıblar

“Şamaxı” klubu Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Füzuli, Şuşa və Laçında olub

Qusarda əmək yarmarkası: 200-dək boş iş yeri, 1250 manatadək əməkhaqqı

BANM-də “Addım at” forumu keçirilib

Ankarada TÜRKPA ölkələrinin müdafiə və təhlükəsizlik üzrə əməkdaşlığının inkişafı yolları müzakirə edilib

Qobustan rayonunda yeni kənd həkim məntəqəsinin açılışı olub

Naxçıvan şəhərində mərkəzi kanalizasiya şəbəkəsinə qoşulmayan 100-dən çox yaşayış obyekti aşkarlanıb

“Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Kimya və kimya texnologiyası” mövzusunda lll respublika elmi konfransı işə başlayıb

Yığmanın baş məşqçisi: Parisə bütün komandaları məğlub etmək üçün gedəcəyik

Ermənistanın nicat yolu yalnız sülhdədir ŞƏRH

Bakıda “Gimnastika hamı üçün” adlı beynəlxalq turnir keçiriləcək

AQTİ ilə Ümum-Rusiya Bitki Karantini Mərkəzi arasında əməkdaşlıq genişləndirilir

İsmayıl Şıxlının əsərləri Türkiyə türkcəsində

Baş nazir Əli Əsədov İran İslam Respublikasında rəsmi anım mərasimində iştirak edib VİDEO

Bakıda keçirilən “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu başa çatıb

Qurban Yetirmişli: Azad olunmuş ərazilərdə geofiziki tədqiqatlar aparılmayıb

Görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr edilmiş konsert olub

® “Birbank”dan daha bir yenilik: “Ninja” təklifi artıq mobil tətbiqdə

“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli 107 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Milli Məclis Lüksemburq Deputatlar Palatasının sədrinin qərəzli fikirlərini kəskin şəkildə qınayıb

#TikTokdanÖyrən layihəsinin qalibləri bəlli olub

BMU-da tələbə və məzunlar üçün karyera festivalı keçirilib

Elm və təhsil nazirinin müavini Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Qarabağda ilk seysmik stansiya bu ilin sentyabrında fəaliyyətə başlayacaq

Türkiyənin ticarət donanmasının statistikası açıqlanıb

BMTM azərbaycanlı qaçqınların Ermənistana qayıdışı ilə bağlı məruzə hazırlayıb

Türkiyə Avropa Liqası və Konfrans Liqasının final oyunlarına ev sahibliyi edəcək

Paytaxtda 140 yaşlı məktəbin yubileyi qeyd olunub

Ali Məclis 2023-cü il büdcəsinin icrası haqqında qanunu birinci oxunuşda qəbul edib

“Göygöl Milli Parkının dendroflorası” kitabının təqdimatı olub

“Avro-2024”: Şotlandiya millisinin ilkin heyəti bəlli olub

TBMM-in Baş katibinin müavinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub

Mətbuat Şurası tanınmış jurnalist Ramiz Əskərin vəfatı ilə bağlı nekroloq yayıb

“Məktəblilərin respublika çempionatı”nın final yarışlarına start verilib

Azərbaycanın Vatikandakı səfirliyi Müstəqillik Günü ilə bağlı rəsmi qəbul təşkil edib VİDEO

Avstraliyada quş qripinə ilk yoluxma halı qeydə alınıb

Braziliyada “denge” qızdırmasına yoluxanların sayı 5 milyonu ötüb

“Mastercard” süni intellekt vasitəsilə oğurlanmış kartları tapmağı nəzərdə tutur

Birinci Qarabağ müharibəsinin şəhidi Ədalət Əliyev Tərtərdə torpağa tapşırılıb VİDEO

Şəhid Elbrus İsaqovun qalıqları Biləsuvarda dəfn edilib

Zabrat qəsəbəsi ərazisində 600 kvadratmetr sahədə qamışlıq və quru ot yanıb VİDEO