ELM VƏ TƏHSİL
“Horizon 2020” proqramına layihə hazırlanması elan edilir
![“Horizon 2020” proqramına layihə hazırlanması elan edilir](/files/2019/3/1200x630/15722684504334929420_1200x630.jpg)
Bakı, 28 oktyabr, AZƏRTAC
Almaniya Federal Təhsil və Elmi Tədqiqat Nazirliyi tərəfindən Şərq Tərəfdaşlığı ölkələri üçün “Horizon 2020” proqramına layihə hazırlanması üzrə “Bridge2ERA EaP” adlı çağırış elan edilir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, çağırışın məqsədi “Horizon 2020” və ya “Horizon Europe” proqramı üçün layihələrin hazırlanmasını, həmçinin Almaniya və Şərq Tərəfdaşlığı ölkələrinin tədqiqat və inkişaf üzrə mütəxəssisləri arasında əməkdaşlıq layihələrini maliyyələşdirməkdir.
Müraciətlər Almaniya tərəfindən Şərq Tərəfdaşlığı ölkələrindən ən azı bir tərəfdaş olmaqla təqdim edilməlidir.
Maliyyə forması - səfər xərcləri, işçi toplantılar/layihə görüşləri: (az miqdarda tələbə dəstəyi);
Maksimum maliyyə - 40 000 avro (Almaniyadan kiçik və orta sahibkarlar cəlb edildikdə 50 000 avro);
Maliyyə müddəti - 2 ilə qədər.
Maliyyələşmə üçün mövzular:
- “Horizon 2020" İctimai problemlər;
- Sağlamlıq, demoqrafik dəyişiklik və rifah;
- Ərzaq Təhlükəsizliyi, davamlı kənd təsərrüfatı və meşəçilik, dəniz donanması.
Dənizçilik və daxili su tədqiqatı, bioiqtisadiyyat:
- Təhlükəsiz, təmiz və səmərəli enerji;
- Ağıllı, yaşıl və inteqrasiya olunmuş nəqliyyat;
- İqlim fəaliyyəti, ətraf mühit, resurs səmərəliliyi və xammal;
- Dəyişən dünyada Avropa - İnklüziv, innovativ və reflektiv cəmiyyətlər;
- Təhlükəsiz cəmiyyətlər - Avropanın və onun vətəndaşlarının təhlükəsizliyinin və azadlığının mühafizəsi.
“Horizon 2020” sənaye liderliyi - stimullaşdırıcı və sənaye texnologiyalarında liderlik:
- İnformasiya və Kommunikasiya Texnologiyaları;
- Nanotexnologiyalar, qabaqcıl materiallar, qabaqcıl istehsal və emal, biotexnologiya.
“Horizon 2020” Mükəmməl elm - Marie Sklodovskaya-Küri fəaliyyəti:
- İnnovativ Təlim Şəbəkələri (ITN);
- Tədqiqat və İnnovasiya Əməkdaş Mübadiləsi (RISE).
“Horizon 2020” mükəmməl elm - Avropa Tədqiqat Şurası (ERC)
“Horizon 2020” mükəmməl elm - Tədqiqat İnfrastrukturları, e-infrastrukturlar daxil olmaqla “Horizon 2020” mükəmməlliyin yayılması və iştirakın genişləndirilməsi:
- “Genişləndirilmiş iştirak” yanaşması mənasında tədbirlər.
Çağırış 2019-cu il dekabrın 6-dək açıq olacaq və müraciətlər mütəmadi qiymətləndiriləcək.