İDMAN
İki stolüstü tennisçimiz birinci Avropa Oyunlarında mübarizə aparır [YENİLƏNİB]
![](/files/galleryphoto/2015/2/1200x630/14344507785898625233_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344507782672645384_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344507785734524586_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344507784445831493_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434450778386662430_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344507782817036242_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434450778655060276_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344507781950350170_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344507781876522108_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434450778638230539_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344507781381653111_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143445077862140752_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344507784154226890_1200x630.jpg)
Bakı, 16 iyun, Flora Şüküroav AZƏRTAC
Azərbaycanı kişilərin fərdi stolüstü tennis yarışlarında təmsil edən Ramil Cəfərov birinci Avropa Oyunlarına uğursuz başlayıb. Tennisçimiz ilk görüşdə Polşa təmsilçisi Zengi Vanqa məğlub olaraq yarışda iştirakını yekunlaşdırıb.
Digər tennisçimiz Fərhad İsmayılov isə ilk mərhələdə İtaliya təmsilçisi Mixai Bobocica ilə üz-üzə gələcək.
12:46
Bakı İdman Sarayında birinci Avropa Oyunlarında qadın stolüstü tennisçilərin yarışı davam edir.
AZƏRTAC xəbər verir ki, günün birinci sessiyasında Azərbaycan, Polşa, Serbiya, Litva, Böyük Britaniya, Rumıniya, Slovakiya, İsveç, Çexiya, Kipr, Xorvatiya, Belarus, Lüksemburq, Belçika, Bolqarıstan, Sloveniya, Fransa, San Marino, İspaniya, Rusiya, İsveçrə, Macarıstan və Portuqaliya tenisçiləri şəxsi yarışlarda gücünü sınayırlar.
Yarışda ölkəmizi Rüfət Quliyeva və Məryəm İmanova təmsil edir.