İlk dəfə səs verəcək astaralı gənclərə seçki prosedurları barədə məlumat verilib
Astara, 5 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 5-də Astara şəhərindəki Gənclər Evi qarşısında keçirilən tədbirdə ilk dəfə səs verəcək gənclərə seçki prosedurları barədə məlumat verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara Rayon Gənclər İdarəsinin və 77 saylı Astara Seçki Dairəsinin birgə təşkilatçılığı ilə “Mən ilk dəfə səs verirəm” mövzusunda keçirilən tədbirdə 120-dən çox gənc seçici iştirak edib.
Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev, idarənin baş məsləhətçisi Elnur Qurbanlı və 77 saylı Astara Seçki Dairəsinin katibi Gülhəsən Mirzəyevin “Konstitusiyada seçki hüququnun əsasları”, “Seçki məcəlləsində əsas terminlər”, “Seçki hüququ və onun əsas növləri”, “Seçki sistemi”, “Seçki hüququnun əsas prinsipləri”, “Seçki prosesi və onun mərhələləri” mövzularında çıxışları dinlənilib.
Maarifləndirici tədbirdə seçkilərdə ilk dəfə iştirak edəcək gəncləri maraqlandıran suallar cavablandırılıb, onlara seçkilərlə bağlı bukletlər paylanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:43]
Naxçıvan şəhərində 7,7 kilometrlik yolun asfaltlanmasına başlanılıb
- 05.06.2026 [17:49]
Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
- 05.06.2026 [17:40]
Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib
- 05.06.2026 [17:12]
“Güclü cəmiyyətin zərif simaları” layihəsi Xankəndidə
- 05.06.2026 [17:06]