İnformasiya təhlükəsizliyinin təmini üçün rüblük xərclər ilk dəfə 10 milyard dolları ötüb
Bakı, 30 mart, AZƏRTAC
İnformasiya təhlükəsizliyinin təmini üçün rüblük xərclər ilk dəfə 10 milyard dolları keçib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, "Canalys" analitik şirkəti 2018-ci ilin dördüncü rübündə dünyada informasiya təhlükəsizliyinin təmini üçün xərclərin ilk dəfə 10 milyard dolları ötdüyünü açıqlayıb. Mütəxəssislər informasiya təhlükəsizliyinin təmini üçün xərclərin artımını şirkətlərin kibertəhdidlərdən mühafizəni gücləndirməsi, eləcə də fərdi məlumatların məxfiliyinin təmini sahəsində tənzimləyici orqanların tələblərinə əməl olunması ilə bağlı əlavə tədbirlər görməsi ilə izah edirlər.
Ötən il dünyada informasiya təhlükəsizliyi investisiyalarının ümumi məbləği 37 milyard dollara çatıb ki, bu da 2017-ci illə müqayisədə 9 faiz çoxdur.
Şirkətə görə, kibertəhlükəsizliyin təmini üçün xərclərin ümumi məbləğinin 82 faizi ənənəvi olaraq avadanlıq və proqram təminatına sərf olunub. Daha 18 faiz virtuallaşdırma vasitələri, ictimai "bulud" servisləri və abunə üzrə informasiya təhlükəsizliyi xidmətlərinə xərclənib.
İstehsalçılar arasında qüvvələr nisbətinə gəldikdə isə informasiya təhlükəsizliyi bazarının lideri ötən ilin oktyabr-dekabrında bazar payı 10 faizədək olan "Cisco" şirkəti olaraq qalır. İkinci yerdə 7 faiz iştirak göstəricisi ilə "Palo Alto" şirkəti qərarlaşıb. Sonrakı mövqelərdə hər birinin töhfəsi 6 faizə bərabər olan "Check Point", "Fortinet", "IBM" və "Symantec" şirkətləri yer alıb.
Ekspertlər qeyd edir ki, əksər şirkətlər informasiya aktivləri, kompüter avadanlıqları və şəbəkə infrastrukturunun, eləcə də əməkdaş və müştəri məlumatlarının mühafizəsinə böyük diqqət yetirsə də, ötən il kibertəhlükəsizlik üçün xərclər qlobal informasiya təhlükəsizliyi xərclərinin ümumi həcminin 2 faizini təşkil edib. Lakin yeni, təkmil kibertəhdidlərin yaranması qaçılmaz olduğuna görə şirkətlərin kibermühafizə üçün xərcləri artmaqda davam edəcək.
"Canalys" şirkətinin qiymətləndirməsinə görə, 2020-ci ilədək informasiya təhlükəsizliyi bazarının həcmi pul ifadəsində 42 milyard dolları ötəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [06:21]
Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir
- 11.06.2026 [05:49]
Çində partlayış nəticəsində 7 nəfər ölüb
- 11.06.2026 [04:16]
Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək
- 11.06.2026 [02:59]
ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb
- 11.06.2026 [01:57]
Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:27]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:25]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:24]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:22]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [17:16]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:14]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [17:12]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [17:05]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [17:02]
Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir
- 10.06.2026 [16:55]
Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları
- 10.06.2026 [16:50]