İQTİSADİYYAT
İqtisadi islahatlar mövzusunda QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qrant müsabiqəsi elan olunub
![İqtisadi islahatlar mövzusunda QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qrant müsabiqəsi elan olunub](/files/2019/3/1200x630/15743324605362845403_1200x630.jpg)
Bakı, 21 noyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qrant müsabiqəsini elan edir.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, birgə keçirilən qrant müsabiqəsində Azərbaycandadövlət qeydiyyatından keçmiş və sözügedən mövzu üzrə ixtisaslaşmış Qeyri-Hökumət Təşkilatları iştirak etməyə dəvət olunur.
İİTKM və şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğunaşağıdakı mövzular üzrə layihələri qəbul edir:
SN |
Müsabiqə mövzusunun adı |
Bir layihə üçün maksimum məbləğ |
Maliyyələşdirilməsi nəzərdə tutulan layihə sayı |
1. |
Strateji Yol xəritələri ilə bağlı ictimaiyyətin məlumatlandırılmasına dair təşəbbüslər |
8000 (səkkiz min) manatadək |
2-dək layihə |
2. |
Qeyri-neft sektoru üzrə ixracın dəstəklənməsinə dair təşəbbüslər |
8000 (səkkiz min) manatadək |
3-dək layihə |
3. |
Azərbaycanda həyata keçirilən islahatların nəticəsində rəqəmsal iqtisadiyyatın genişləndirilməsinə dair təşəbbüslər |
8000 (səkkiz min) manatadək |
3-dək layihə |
4. |
Azərbaycanda innovativ startapların inkişafının dəstəklənməsinə dair təşəbbüslər |
8000 (səkkiz min) manatadək |
2-dək layihə |
Müsabiqədə iştirak edən Qeyri-Hökumət Təşkilatı irəli sürdüyü problemin həlli ilə bağlı müvafiq sahələr üzrə zəruri potensiala malik işçi (ekspert) heyətinə malik olmalıdır. Qeyd edək ki, layihələrin müddəti 2 aydan 8 ayadək ola bilər. Müsabiqə fondunun büdcəsi 80minmanat təşkil edir. Müsabiqədə ümumilikdə 10-dək layihənin maliyyələşdirilməsi nəzərdə tutulur. Qeyd edək ki, bu il yanvarın 1-dən sonra dövlət qeydiyyatından keçmiş QHT-lər 3000minmanatdan çoxolmayan məbləğdə layihə təklifləri ilə müraciət edə bilər.
Müsabiqə üzrə QHT və layihə sənədlərinin qəbulu noyabrın 20-dən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 4 mərhələ üzrə aparılır:
1-ci mərhələ - QHT və layihə sənədlərinin qəbulu; bu mərhələ 20 noyabr-16 dekabrtarixlərini əhatə edir.
2-ci mərhələ - QHT və layihə sənədlərinin texniki seleksiyası; bu mərhələ 20 noyabr- 26 dekabrtarixlərini əhatə edir. Təqdim olunan QHT və layihə sənədləri araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.
3-cü mərhələ - Qeydə alınmış layihələrin vətəndaşlar və ekspertlər tərəfindən qiymətləndirilməsi; bu mərhələ 27 dekabr 2019-cu il - 27 yanvar 2020-ci il tarixlərini əhatə edir. Bu mərhələdə qeydə alınmış layihələr şuranın e-vətəndaş proqramı vasitəsilə vətəndaşlar və e-ekspertiza proqramı vasitəsilə ekspertlər tərəfindən elektron qaydada qiymətləndirilir.
4-cü mərhələ - Şurada müzakirə və qaliblərin elan edilməsi; müsabiqənin nəticələri barədə məlumatlar 2020-ci il fevralın 10-dan sonra şuranın rəsmi saytında və digər internet resurslarında yerləşdiriləcək.