İranda ölənlərin sayında yenə də artım müşahidə edilib
Tehran, 14 aprel, AZƏRTAC
İranda koronavirusdan ölənlərin sayı 4 min 683-ə, yoluxanların sayı isə 74 min 877 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur verib. O bildirib ki, virusa yoluxaraq xüsusi xəstəxanalarda müalicə alanlardan 48 min 129 nəfər sağalaraq evə buraxılıb. Müalicə alan 3 min 691 nəfərin vəziyyətinin isə ağır olduğu bildirilir.
Bu arada isə İran Tibb Assosiasiyasına üzv olan 550 nəfər həkimin imzası ilə BMT-nin Baş Katibi Antonio Quterreşə məktub ünvanlanıb. Məktubda qeyd olunur ki, İrana qarşı tətbiq olunan sanksiyalar tibbi avadanlıqlar və preparatlar almasına imkan vermir. Bu isə minlərlə günahsız insanın ölümünə səbəb olur.
Nəzərə çatdırılıb ki, ABŞ-ın sanksiyalar siyasəti insanlığa və humanizmə sığmır. Həkimlər BMT-nin Baş Katibini ABŞ-a təsir etməyə və sanksiyaların aradan qaldırılmasına nail olmağa çağırıblar.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [11:52]
BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır
- 13.10.2026 [11:42]
Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır
- 13.10.2026 [11:33]
Gürcüstan Müdafiə Qüvvələrinin sayı gələn il 37 min nəfər olacaq
- 13.10.2026 [11:29]
Səudiyyə Ərəbistanı paytaxtının hava limanı bu həftə bağlı qalacaq
- 13.10.2026 [11:08]
Fransada yükdaşıma şirkətləri dizelin bahalaşmasına etiraz edir
- 13.10.2026 [11:03]
OPEC+: İran müharibəsi neft daşımalarının xərcini rekord həddə çatdırıb
- 13.10.2026 [10:33]
BMT Baş Assambleyasında pandemiya bəyannaməsi qəbul edilib
Hörmüz boğazında tanker atəşə tutulub
- 12.10.2026 [23:56]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [22:15]
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb
- 12.10.2026 [22:04]