İrpendə Zərifə Əliyeva adına parkda beynəlxalq rəsm sərgisi keçirilib
İrpen, 1 oktyabr, AZƏRTAC
Ukraynanın İrpen şəhərində, görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyeva adına parkda beynəlxalq rəsm sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgi iştirakçıları əvvəlcə Zərifə Əliyevanın abidəsi önünə tər çiçəklər düzüblər.
Beynəlxalq rəsm sərgisində Ukrayna, Belarus, Polşa, Litva, Macarıstandan olan rəssamların əsərləri nümayiş olunub. Azərbaycanlı rəssam Əsgər Cavadovun əsərləri sərgiyə gələnlərdə rəğbət doğurub.
Sərgidə iştirak edənlər nümayiş olunan əsərləri yüksək dəyərləndirib, rəssamlara uğurlar arzulayıblar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
İrpen