ELM VƏ TƏHSİL
İsveçrəli qonaqlar Milli Azərbaycan Tarixi Muzeyində
![](/files/galleryphoto/2019/3/1200x630/15741691005906112365_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15741691004419827171_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15741691001025461519_1200x630.jpg)
Bakı, 19 noyabr, AZƏRTAC
İsveçrəli etnoloq Mixael Tşants və həmin ölkədən olan qonaqlar “Azərbaycanı tanımaq və təbliğ etmək” layihəsi çərçivəsində AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) olublar. Məqsəd Azərbaycan tarixini, ədəbiyyatını, mədəniyyətini, incəsənətini daha yaxından öyrənmək və Avropada təbliğ etməkdir.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, görüşdə bu müəssisənin direktoru, akademik Nailə Vəlixanlı MATM-ın tarixi, fondları haqqında ətraflı məlumat verib, Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyətindən bəhs edib.
Azərbaycanda xalqlar dostluğu və tolerantlıq ənənələrinin güclü olduğunu deyən akademik N.Vəlixanlı bunun islam, türklük və müasirliyin bir sintez şəklində mədəniyyətimizdə yer aldığını bildirib.
H.Z.Tağıyevin xatirə muzeyi ilə tanış olan isveçrəli qonaqlara Azərbaycanın tarixi, muzeyin eksponatları barədə məlumat verilib və eyni zamanda, onlara muzeyin nəfis tərtibatlı nəşrləri hədiyyə olunub.
Qonaqlar MATM-ın gələn il keçiriləcək 100 illik yubiley tədbirinə dəvət edilib.