İTALİYA YIĞMA KOMANDASI AVROPA ÇEMPİONATI BAŞLAMAMIŞ BÖYÜK MƏYUSLUQLA ÜZLƏŞMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, futbol üzrə 2008-ci il Avropa çempionatına bir neçə gün qalmış bütün iştirakçı ölkələrin komandaları artıq Avstriya və İsveçrədə onlar üçün nəzərdə tutulmuş təlim-məşq mərkəzlərinə gəlmişlər.
İyunun 2-də sadiq pərəstişkarların yaratdığı izdihamlı kütlənin müşayiəti ilə Vyanadan 26 kilometr cənubda yerləşən Baden şəhərindəki mənzilinə yerləşən İtaliya yığma komandası isə cəmi altı saat sonra böyük məyusluqla üzləşmişdir.
“Mavi eskadra”nın ilk təlim-məşq toplantısı zamanı komandanın kapitanı, 2006-cı ildə dünya çempionu və dünyanın ən yaxşı futbolçusu titullarını qazanmış Fabio Kannavaro ayağından aldığı ağır zədə ilə Vyana Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir. Həkimlərin rəyinə görə, o, çempionatda iştirak edə bilməyəcək və çox güman ki, ayağında tezliklə cərrahiyyə əməliyyatı aparılacaqdır.
Baş məşqçi Roberto Donadoni zədələnmiş kapitanın postunu müdafiəçi Alessandro Qamberiniyə həvalə etməyə məcbur olmuşdur.
Qeyd edək ki, F.Kannavaro təkcə “mavi eskadra”nın kapitanı və mahir futbolçu kimi qiymətləndirilmir. 2006-cı il dünya çempionatı zamanı onun müdafiədə yüksək texnikalı oyunu və komandaya rəhbərlik qabiliyyəti İtaliya millisinin müdafiə xəttini keçilməz səddə çevirmiş və komandaya çempion titulunu qazanmaqda həlledici dəstək göstərmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]