Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

İyirmi beş il əvvəl Ulu Öndərin xeyir-duası ilə cəbhəyə yollanan hərbi hissə bu gün də Vətənin keşiyindədir

Bakı, 24 yanvar, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə 25 il əvvəl cəbhəyə yola salınmış hərbi hissə bu gün də Vətən torpaqlarının keşiyində ayıq-sayıq dayanıb.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi 25 il öncə - 1994-cü il yanvarın 24-də xalqımızın ümummilli lideri, əbədiyaşar Ali Baş Komandan Heydər Əliyevin xeyir-duası ilə Pirəkəşkül təlim mərkəzindən birbaşa cəbhəyə yola salınıb. Füzuli, Cəbrayıl istiqamətlərində ilk uğurlu döyüş əməliyyatlarına qatılan hərbi hissə sonralar Murovdağ bölgəsində şaxtaya, çovğuna sinə gərərək düşmən hücumlarının dəf edilməsində, Vətən torpaqlarının müdafiəsində, eləcə də 1994-cü ilin oktyabrında dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında xüsusilə fərqlənib, Ulu Öndərin etimadını şərəfli xidmətləri ilə doğruldub.

Hərbi hissənin ilk döyüşçülərindən olan Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani ötən 25 illik tarixlə bağlı fikirlərini AZƏRTAC ilə bölüşüb.

Ulu öndər Heydər Əliyevin hərbi qulluqçularla
çoxsaylı görüşləri heç vaxt unudulmur

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında ən böyük xidmətlərindən biri də ölkəmizin müdafiə qüdrətinin daha da möhkəmlənməsinə, müasir mütəşəkkil Azərbaycan Ordusunun yaradılmasına bəxş etdiyi misilsiz töhfələrdir. Xalqımız haqlı olaraq, Ulu Öndəri həm də müasir Azərbaycan Ordusunun qurucusu, memarı kimi dəyərləndirir. Azərbaycan xalqı Heydər Əliyevin ordu quruculuğu siyasətinin bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən böyük qürur duyur. 

Heydər Əliyevin cəbhə bölgəsində, təlim meydanlarında, xüsusi təyinatlı təhsil müəssisələrində hərbi qulluqçularla çoxsaylı görüşləri heç vaxt unudulmur. Ulu Öndərin şəxsi heyət qarşısında etdiyi çıxışlar bu gün də aktualdır və hər birimizi işğal altındakı torpaqlarımızı azad edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün mübarizəyə hazır olmağa çağırır. Yaxşı yadımdadır, 1994-cü il yanvarın 24-də Ali Baş Komandan Heydər Əliyev yeni yaranmış hərbi hissəni cəbhəyə yola salmaq üçün Pirəkəşkül təlim mərkəzinə gəlmişdi. Bu, o vaxtlar idi ki, hərb tariximizə “Horadiz əməliyyatı” kimi düşmüş uğurlu döyüşlərdən sonra düşmən yeni qüvvələrlə komplektləşdirilərək hücuma keçir, tərəfimizdən azad edilən 22 yaşayış məntəqəsini yenidən ələ keçirmək, verdikləri çoxlu itkilərin əvəzini çıxmaq istəyirdi. Cəbhədə döyüşlər səngimək bilmirdi. Düşmən bütün istiqamətlərdə fəallaşmışdı. Döyüşən hissələrə kömək üçün yeni qüvvələr göndərilməli idi. Zəngilandan çıxarılmış hərbi hissənin bazasında yaradılan və xüsusi təlim keçmiş qüvvələrlə komplektləşdirilən yeni hərbi hissə artıq yola düşməyə hazır idi. Yolasalma mərasimində Azərbaycan Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin şəxsən iştirak edəcəyi xəbəri hamıda böyük ruh yüksəkliyi yaratmışdı. Həmin gün xalqımızın dahi oğlu, yenilməz sərkərdəmiz Heydər Əliyev cəbhə bölgəsinə yola düşəcək Vətən oğullarına qələbə uğurları arzuladı, respublikamızın ərazi bütövlüyünü təmin etmək üçün son damla qanlarınadək vuruşacaqlarına and içən hərbi qulluqçulara xeyir-dua verərək dedi: “Mən sizə, əziz zabitlər, əsgərlər, məhz sizə arxalanıram, sizə güvənirəm. Əminəm ki, siz də, sizin kimi minlərlə Azərbaycan əsgəri, zabiti də bir nəfər tək ayağa qalxıb, Azərbaycanın ərazi bütövlüyünü müdafiə edəcəklər. İnanıram ki, siz gedib cəbhədəki qəhrəman döyüşçülərimizin sıralarına qoşulacaq, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üçün hünər, qəhrəmanlıq göstərəcəksiniz. Mən sizə uğurlar diləyirəm. Sizi xeyir-dua ilə yola salıram... Bilin ki, sizin hər birinizin arxanızda böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz və indi də cəbhəyə yola düşürsünüz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır...”

Hərbi hissənin şəxsi heyəti adından çıxış edən zabit Nizami Bayramov isə əminliklə bildirmişdi ki, Vətənin dar günündə silaha sarılmış biz Azərbaycan övladları işğal olunmuş torpaqlarımızı azad etməyincə geri dönməyəcəyik. Şəhid olmuş qardaş və bacılarımızın intiqamını almaq, torpaqlarımızı erməni işğalçılarının qanlı caynaqlarından qurtarmaq üçün cəbhəyə yola düşürük. Biz Prezidentimizə verdiyimiz sözə və şəhidlərimizin ruhuna içdiyimiz anda sadiq qalaraq, son damla qanımıza qədər vuruşacaq, təlim zamanı əldə etdiyimiz hərbi biliklərin sayəsində düşmənin murdar ayağını müqəddəs torpaqlarımızdan kəsəcək, qəsbkarların layiqli cəzasını verəcəyik.

Ümummilli Liderimizdən xeyir-dua alan əsgər və zabitlərimiz
müqəddəs vəzifəni yerinə yetirməli olduqlarını yaxşı bilirdilər

Ümummilli Liderimizdən xeyir-dua alaraq cəbhəyə yola düşən hər bir əsgər və zabitimiz həm çətin, həm də şərəfli və müqəddəs bir tapşırığı yerinə yetirməli olduğunu yaxşı bilirdi. İlk döyüşlər Füzuli rayonunun Horadiz qəsəbəsi yaxınlığında oldu. Düşmən igid döyüşçülərimizin gücü qarşısında itkilərə məruz qaldı. Sıravi Hüseynov Aydın Zakir oğlu (Bakı) bir tankı, sıravi Kərimov Vüqar Muxtar oğlu isə (Kürdəmir) piyadaların döyüş maşınını məhv etdi. Əsgərlərdən Şəhniyar Məmmədov (Tovuz), Vüqar Nəsirov (Lerik), Valeh Paşayev (Bakı), Malik Gözəlov (Lənkəran), Şahin Quliyev (Balakən), Elşad Quliyev (Quba) və başqaları əsl qəhrəmanlıq nümunələri göstərdilər. Altı gün davam edən şiddətli döyüşlər zamanı Sakit Aslanov (Şəki), Kamal Səmədov (Şamaxı), Taleh Əliyev (Ağcabədi), Fariz Hüseynov (Neftçala), Qəzənfər Vəliyev (Zəngilan), Cümşüd Muradov (Zəngilan) Əbülfət Əlimirzəyev (Zəngilan) şəhidlik zirvəsinə ucaldılar. Lakin döyüşçülər ruhdan düşmədilər. Onlar yaxşı bilirdilər ki, qələbə qurbansız olmaz. 

Fevralın 11-də Füzuli strateji yolunun düşməndən təmizlənməsi və Mehdilər kəndindən keçib Lələtəpə yüksəkliyinin alınması, eləcə də Cocuq Mərcanlı kəndinin azad edilməsi uğrunda hücum əməliyyatlarında da Ulu Öndərin xeyir-duası ilə cəbhəyə yola salınmış hərbi hissənin döyüşçüləri fərqləndilər. Bu döyüşdə pulemyotçu əsgər Elnur Axundov düşmənin “Qaz-66” markalı iki avtomobilini və həmin avtomaşında olan 60-dan çox canlı qüvvəsini məhv etdi. Fevralın 15-də Cocuq Mərcanlı kəndi azad edildi. Canlı qüvvə və texnika sarıdan xeyli itki verən düşmən geri çəkilməyə məcbur oldu.

Murovdağ sınağı

Fevralın 24-də isə hərbi hissə Füzuli-Cəbrayıl istiqamətindən çıxarılaraq Murovdağa göndərildi. Murovdağda vəziyyət çox acınacaqlı idi. Müdafiə üçün heç bir sığınacaq hazırlanmamış, vacib olan bir çox mühəndis-istehkam qurğuları hələ də tikilib istifadəyə verilməmişdi və ərzaq-geyim təminatında bir çox nöqsanlar mövcud idi. Ordu quruculuğunda ciddi islahatların aparılmasına baxmayaraq, hələ də bir çox vəzifəli mülki məmurlar ordunun fəaliyyətinə müdaxilə edir və hətta dövlət çevrilişinə belə cəhd göstərirdilər. Buna baxmayaraq, hərbi hissəmizin şəxsi heyəti Murovdağın keşiyində ayıq-sayıq durmağı, düşmən təxribatlarının qarşısını almağı özlərinə şərəfli vəzifə bilir və andlarına sadiq qalmağa çalışırdılar.

Ömər və Güzgü zirvələri uğrunda döyüşlərdə şəxsi heyət əsl fədakarlıqlar göstərdi. Murovun sərt şaxtasına, düşmənin isə mövqelərimizi intensiv atəşə tutmasına rəğmən, Murovdağ igidləri postlarını tərk etmədilər. Onlar yaxşı bilirdilər ki, Gəncənin taleyi məhz Murovdağın etibarlı müdafiəsindən çox asılıdır. Mayor Telman Haqverdiyev, kapitan Cavad İsmayılov, kəşfiyyatçı əsgər Elgün İsmayılov, sıravi Mehman Hacıyev döyüşlərdə şəxsi rəşadət nümunələri göstərərək şəhid oldular. Zabit Əliyar Babakişiyev ağır yaralanmasına, əllərinin don vurmasına baxmayaraq, neçə-neçə yaralını döyüş meydanından çıxardı. Otuz dörd nəfər yaralı və don vurmuş hərbçimizi ölümün pəncəsindən xilas edən bölük komandirinin müavini, baş leytenant Yaşar Abdullayevin həyat yolu Murovdağın qarlı aşırımlarında başa çatdı. Yaşar Abdullayev alim idi. Onun 17 ixtirasından keçmiş Sovetlər İttifaqının hərbi aviasiyasında geniş istifadə olunurdu. Uzun müddət Rusiya və Azərbaycan Milli Elmlər akademiyalarının Foto-Elektronika İnstitutunda işləmişdi. Heydər Əliyevin xalqa müraciətindən sonra o da könüllü olaraq döyüşlərə yollanmışdı.

1994-cü ilin oktyabrında respublikada ictimai-siyasi vəziyyət gərginləşəndə ümummilli lider Heydər Əliyev milli televiziya və radio vasitəsilə orduya üz tutaraq, bu ağır saatlarda Azərbaycanın torpaqlarına təcavüzə yol verməməyə çağıranda Murovdağ döyüşçüləri də bir nəfər kimi ayaq üstə idilər. Onlar Ulu Öndərə ünvanladıqları teleqramda respublikamızın ərazi bütövlüyünə, müstəqilliyinə xəyanət edən qüvvələrə qarşı ayağa qalxdıqlarını və mübarizəyə hazır olduqlarını bəyan edirdilər. Həmin günlərdə dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında fərqlənmiş bir neçə hərbi qulluqçumuz Azərbaycanın Milli Qəhrəmanı adına və orden-medallara layiq görüldü.

Azərbaycan əsgəri Heydər Əliyev ideyalarına həmişə sadiqdir

Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə 25 il öncə cəbhəyə yola salınan hərbi hissənin şəxsi heyəti bu gün də xidmət etdikləri birləşmənin keçdiyi döyüş yolu ilə fəxr edir və Azərbaycanın hərb tarixinə yeni-yeni parlaq səhifələr yazırlar. Əgər 25 il öncə bu hərbi hissədə əsgəri xidmət üçün heç bir şərait yox idisə, maddi-texniki təchizat yetərincə deyildisə, hərbi qulluqçuların sosial müdafiəsi istiqamətində heç bir təşəbbüs göstərilmirdisə, döyüşçülər ərzaq-geyimlə sınağa çəkilirdilərsə, peşəkarlıq aşağı səviyyədə idisə, fərarilik, cinayət baş alıb gedirdisə bu gün burada tamamilə başqa vəziyyət hökm sürür. Azərbaycan Ordusu, o cümlədən “Heydər Əliyevin xeyir-duası ilə cəbhəyə yola salınmış hərbi hissə” kimi tanınan birləşmə bu gün dövlət səviyyəsində hərtərəfli diqqət və qayğı ilə əhatə olunan, istənilən döyüş tapşırığını yerinə yetirməyə hər an hazır və qadir olan mütəşəkkil qüvvədir.

Mən əsgər kimi xidmətə başladığım bu hərbi hissədə tez-tez olur, şəxsi heyətlə görüşür, döyüş mövqelərinə qalxaraq onların xidmət şəraitləri ilə yaxından tanış oluram. Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Ən müasir silah-sursat, hərbi texnika və digər zəruri avadanlıqla təmin olunub. Geyim, ərzaq təminatı və digər sosial məsələlər tam həllini tapıb. Hərbi qulluqçuların ixtisas hazırlığı, peşəkarlıqlarının yüksəldilməsi diqqət mərkəzindədir. Hər bir hərbi qulluqçu böyük vətənpərvərlik hissi ilə yaşayır və torpaqlarımızın tezliklə azad olunacağına əmindirlər.

Şəhidlər unudulmur, onların xatirəsi əziz tutulur, döyüşlərdə sağlamlıqlarını itirənlər, müharibə iştirakçılarına hər cür qayğı göstərilir. Əsgər valideynləri və ictimaiyyət nümayəndələri ənənəvi “Açıq qapı günü” tədbirlərindən xoş təəssüratlarla ayrılırlar. Azərbaycan əsgəri Heydər Əliyevin ideyalarına həmişə sadiqdir və Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sıralarında Vətənə xidmətdən böyük qürur duyur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Reuters”: Ukrayna Avropa yolundan kənar çıxarsa, Aİ-nin yardımını itirəcək

Boliviyada hərbi çevrilişə cəhd olub

Baydenlə Tramp arasında ilk debat baş tutacaq

Belçikada bu il ən yüksək temperatur qeydə alınıb

Avropa çempionatında 1/8 final cütlükləri bəlli olub

Avro-2024: F qrupunda Portuqaliya, Türkiyə və Gürcüstan 1/8 finala vəsiqə qazanıb - YENİLƏNİB-4

Qeyri-sabit hava səbəbindən Lənkəran və Astaranın kəndlərində təxliyə işləri aparılır

Veteran tankçılar 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçiriblər

Bakıda axşam saatlarında hərbi orkestrlərin nümunəvi çıxışları maraqla qarşılanıb

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Qazaxıstanda 46 trilyon dollar dəyərində yataqlar aşkar edilə bilər

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü Çində qeyd olunub

AZƏRBAYCANIN SƏNƏTKARLARI
Alimə Qasımova: Xalçalara uşaq kimi yanaşıram

Prokurorluq: Bakıda odlu silahla qəsdən adam öldürmə faktına görə cinayət işi açılıb - YENİLƏNİB

Milli Hidrometeorologiya Xidməti: Lənkərançayda suyun səviyyəsi 47 sm artıb

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü Tbilisidə keçiriləcək

Ukraynalı qonaq: Uşaqlarımız Azərbaycanda özlərini çox rahat, təhlükəsiz hiss edirlər

Şərur rayonunda küləkli hava şəraiti fəsadlar törədib

Azərbaycan güləş millisi komanda hesabında Avropa çempionu olub

Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub

İsveç müəllimləri: Son 10-15 ildə məktəblilərin bilik səviyyəsi xeyli zəifləyib

Füzuliyə dolu yağıb VİDEO

Stella Assanc: Culianın sağalması üçün vaxt lazımdır

Avro-2024: 1/8 finalın daha 3 iştirakçısı məlum olub

Mark Rütte NATO-nun yeni Baş katibi seçilib

Təhrif edilmiş “genetik kod” və ya ermənilər İzmiri necə yandırıblar

Şirvanda bir qrup müharibə iştirakçısına xatirə hədiyyələri təqdim olunub

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

Avro-2024: Çexiya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Agentliyin əməkdaşı: Məqsədimiz ukraynalı uşaqların emosional vəziyyətlərinin sabitləşməsinə kömək göstərməkdir

IDEA İB-nin könüllüsü: Gənclər ekoloji təhlükəsizliyin təmin edilməsində yaxından iştirak etməlidirlər

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Azərbaycanın iki güləşçisi erməni rəqibinə qalib gələrək Avropa çempionu olub

Şuşada Silahlı Qüvvələr Günü münasibətilə qazi və hərbçilərlə görüş keçirilib

FHN: Dənizdə batan şəxsin axtarışı davam etdirilir

Türkiyənin nəqliyyat naziri Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

Gəncədə bir şəxsin qəsdən öldürülməsi, digər şəxsin isə xəsarət alması faktına görə cinayət işi başlanıb

Ukraynalı uşaqlar Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış olublar

Dörd gün əvvəl maşınla vurulan Zaqatala sakini bu gün vəfat edib

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

UNEP-in icraçı direktoru: Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibi seçilib

Ölkə ərazisində müşahidə olunan faktiki hava: yağıntılı və küləkli hava şəraiti davam edir

Ermənistanda insan alverinə qarşı mübarizə tədbirləri minimum standartlara belə cavab vermir

“Neftçi” və “Sabah” klublarının loqoları yenilənib

Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü Varşavada qeyd olunub

Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşüb

Azərbaycan gəncləri UNEP-in rəhbəri ilə müzakirələr aparıb

Nazir müavini: Azərbaycan Ordusunun güclü olması Gürcüstan üçün də çox önəmlidir

Şəkidə güclü külək əsib, infrastruktura ciddi ziyan dəyib

“By Youth For Youth” Beynəlxalq Forumu öz işini yekunlaşdırıb

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təntənəli mərasim keçirilib VİDEO

Şahmat üzrə oğlanlar və qızlar arasında ölkə çempionatının qalibləri müəyyənləşib

Abşeron rayonunda 26 İyun –Silahlı Qüvvələr Günü qeyd edilib

“Qəbələ” daha bir futbolçu ilə güclənib

Silahlı Qüvvələr Günündə Ulu Öndərin Tbilisidəki abidəsi ziyarət olunub

Beyləqana dolu yağıb VİDEO

Silahlı Qüvvələr Günü şəhid ailələrinin üzvləri Zəngilan və Cəbrayılda olublar VİDEO

Lerikdə torpaq sürüşməsi baş verib, Lənkəran - Lerik yolu bağlanıb

ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər edəcək

® BVLGARI Luvr muzeyində sərgilənəcək “Torloniya Mərmərləri” sərgisinin əsas sponsorudur

Faktiki hava: Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 27 metrə çatır

Hikmət Hacıyev: Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə revanşizm xülyalarından tamamilə əl çəkməyi tövsiyə edirik

İnger Anderson Şirvan Milli Parkında ceyran sürüsünü müşahidə edib

Şuşa və Ağdamda “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçiriləcək

Keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlanıb

“Neftçi”nin yeni baş məşqçisi bəlli olub

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

Sumqayıt ayparaçılarının yeni sədri seçilib

Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır ŞƏRH

Kür çayına düşən iki nəfərin axtarışları davam etdirilir VİDEO

ADAU-da “Məzun günü” keçirilib VİDEO

Avropa Liqası: "Şerif" - "Zirə" oyununun hakimləri bəlli olub

Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb VİDEO

Şuşada Qarabağ müharibəsi qaziləri, hərbçilərimiz və şəhid ailələrinin üzvləri ilə görüş təşkil edilib

Azərbaycan Bellapais Beynəlxalq musiqi festivalında

Bakıda gənc oğlanı qəsdən öldürməkdə şübhəli bilinən iki şəxs tutulub

Azərbaycanın ICESCO üzrə sözçüsü: “By Youth For Youth” tədbirinin ilk dəfə ölkəmizdə keçirilməsi qürurvericidir

Silahlı Qüvvələr Gününə həsr olunmuş fləş-mob VİDEO

Culian Assanc Avstraliyada ailəsi ilə görüşüb - tarixi an

Gürcüstanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirilib

İqtisadiyyat Nazirliyində AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib

Bakıda qara maska taxaraq quldurluq edənlər saxlanılıb

Çempionlar Liqası: “Sabah” basketbol komandasının rəqibləri müəyyənləşib

ETSN sözçüsü: Hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür

İstanbulun tarixi “Validə Sultan” gəmisində “Zəngəzur sənətkarlığı” sərgisi açılıb

Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərimizin məzarları ziyarət olunub VİDEO

Azərbaycanı "Asiya Uşaqları" Oyunlarında 8 boksçu təmsil edəcək

Gürcüstan mətbuatında AZƏRTAC-ın xüsusi müxbirinin Silahlı Qüvvələr Gününə həsr olunmuş məqaləsi dərc edilib

“By Youth For Youth” Beynəlxalq Forumu işini Bakıda davam etdirir

Qərbi Azərbaycan İcması BMT-nin ali komissarını insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa çağırıb

Hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib

Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib  YENİLƏNİB VİDEO

BMT-nin Ətraf Mühit Proqramının nümayəndələri Kür çayına balıq buraxıblar

Nazirlik: Siyəzəndə təsərrüfatların 80 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Azərbaycanda son 25 gün ərzində 165 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Qəbələnin Nohurqışlaq kəndi ərazisində güclü küləyin aşırdığı ağaclar magistral yoldan götürülüb VİDEO

Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb