İyulda bankların əmanət portfeli 2,2 faiz artıb
Bakı, 23 avqust, AZƏRTAC
İyulda bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 2,2 faiz (226,9 milyon manat) artaraq 10 milyard 605,5 milyon manat təşkil edib.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, əmanət portfelinin 54,8 faizi (5 milyard 814,8 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin depozitlərinin (18 milyard 995 milyon manat) strukturunda ənənəvi olaraq tələbli depozitlər üstünlük təşkil edir - cəmi hüquqi şəxslərin depozit portfelinin 87,4 faizi və ya 16 milyard 602,8 milyon manatı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]