İYUNUN 22-DƏ ALİ MƏKTƏBLƏRİN MAGİSTRATURA PİLLƏSİNƏ QƏBUL İMTAHANI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 22-də 2008-2009-cu tədris ili üçün Azərbaycan Respublikası ali məktəblərinin magistratura pilləsinə Bakı və Naxçıvan şəhərlərində qəbul imtahanı keçirəcəkdir.
TQDK-dan bildirmişlər ki, sənədlərin qəbulu internet vasitəsilə aparılmışdır. Bakalavrlar internet vasitəsilə “Elektron ərizəsi” doldurmuş və bu il iyunun 5-dən 14-dək TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu komissiyalarında təsdiq etdirmişlər.
Sənədlərin qəbulu haqqında elan, qəbul aparılan ixtisaslar, müsabiqə şərtləri “Magistr” jurnalının 2-ci nömrəsində dərc olunmuş, TQDK-nın internet səhifəsində yerləşdirilmiş və KİV-də işıqlandırılmışdır.
Bu il ali məktəblərin magistratura pilləsində təhsil almaq üçün nəzərdə tutulmuş 4 min 809 yerə 15 min 124 bakalavr sənəd vermişdir (ötən il 4 min 520 plan yerinə 12 min 478 ərizə verilmişdi).
İmtahanda bakalavrlara sualları cavablandırmaq üçün 2 saat 30 dəqiqə vaxt veriləcəkdir. Onlara məntiqi təfəkkürün yoxlanılması üzrə 50, xarici dil fənni üzrə 20, ixtisas üzrə 30 test tapşırığı təqdim olunacaqdır. Hər bir doğru cavab 1 balla, səhv cavablar isə 0 balla qiymətləndirilir.
Təhsili ödənişsiz və ödənişli əsaslarla olan ixtisaslar üzrə müsabiqəyə ümumi balı 50-dən az olmayan bakalavrlar buraxılırlar. Bu zaman bakalavrın məntiqi təfəkkür testindən topladığı bal 17-dən, ixtisas üzrə testdən (essedən, tərcümədən, suallara yazılı cavabdan) topladığı bal 10-dan, xarici dili bilmə səviyyəsinə dair testdən topladığı bal 7-dən (tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqəyə buraxılmaq üçün ingilis dilindən topladığı bal 16-dan) az olmamalıdır.
Ümumi balı 65-dən çox olan bakalavrların müsabiqəyə buraxılması üçün məntiqi təfəkkür və xarici dil üzrə (tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqə istisna olmaqla) toplanılan ballara qoyulan məhdudiyyətlər götürülür.
İmtahanın nəticələri www.tqdk.gov.az internet səhifəsində veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:27]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:25]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:24]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:22]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [17:16]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:14]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [17:12]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [17:05]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [17:02]
Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir
- 10.06.2026 [16:55]
Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları
- 10.06.2026 [16:50]