Kabildə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb VİDEO
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da səhər saatlarında Kabildə baş verən iki partlayış nəticəsində həlak olanların sayı 21 nəfərə çatıb, daha 27 nəfər yaralanıb.
AZƏRTAC Pajhwok informasiya agentliyinə istinadla xəbər verir ki, partlayışlardan biri terrorçu-kamikadze tərəfindən motosikletlə törədilib. Digər parlayış nəticəsində həlak olan və yaralananlar arasında “TOLOnews”, 1TV, “Al Jazeera” telekanallarının və digər KİV-lərin əməkdaşları var. France-Presse agentliyi insident nəticəsində öz fotoqrafı Şa Marainin həlak olduğunu bildirib.
Qeyd edək ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]