Azərbaycan Dövlət İnformasiya Agentliyi

KARL BERTELSMANN FONDUNDA “DEMOKRATİYA ÇAĞIRIŞI” MÖVZUSUNDA MÜZAKİRƏLƏR

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, Çernoqoriyanın Baş naziri Milo Cukanoviç, Polşanın keçmiş Prezidenti Aleksandr Kvasnevski və İsveçin keçmiş Baş naziri Karl Bildt sentyabrın 22-də Karl Bertelsmann Fondunun binasında “Demokratiya çağırışı” mövzusunda müzakirələrdə iştirak etmişlər.

ALEKSANDR KVASNEVSKİ müzakirələri açaraq dedi: Prezident Əliyev mənim yaxım dostumdur. Biz ilk dəfə Prezident kimi deyil, vacib qurum sayılan milli olimpiya komitələrinin rəhbərləri kimi görüşmüşük.

İLHAM ƏLİYEV: Mən hələ də həmin komitənin prezidentiyəm.

ALEKSANDR KVASNEVSKİ: Cənab İlham Əliyev hələ də Azərbaycan Milli Olimpiya Komitəsinin sədridir. Mən isə yox. Artıq təqaüddəyəm. Fərq məhz bundadır.

İndi isə mən Azərbaycan mövzusuna keçmək istəyirəm. Ölkəniz müxtəlif dövrlər yaşamışdır - qədim dövr, sonralar Sovetlər Birliyinin tərkibində olmusunuz, hazırda demokratik dövlət qurursunuz və qarşınızda yeni imkanlar açılır. İndi isə biz sual və cavablardan ibarət müzakirəyə keçəcəyik. Lakin bunu etməmişdən əvvəl xahiş edirəm, ölkənizin bu günü haqqında bizə qısa məlumat verəsiniz. Bir prezident kimi Sizin fikrinizcə, gələcək 5 il üçün ölkənizin qarşısında duran ən vacib məsələlər hansılardır?

İLHAM ƏLİYEV: Bilirsiniz, bugünkü Azərbaycan haqqında qısa danışmaq olduqca çətindir. Xüsusən də, qarşıdakı 5-10 il ərzində ölkədə hansı işlərin yerinə yetirilməsi ilə bağlı planlar haqqında danışmaq üçün çox vaxt lazımdır.

İlk növbədə, mən burada çox yaxşı dostum Aleksandrı salamlamaq istəyirəm, sonuncu dəfə biz görüşəndə o, hələ Prezident idi. Amma artıq o, Prezident deyil, lakin mən onu yaxşı əhval-ruhiyyədə görməyə çox şadam. O, həmişəki kimi çox enerjilidir, ideyaları çoxdur.

ALEKSANDR KVASNEVSKİ: Həyat davam edir.

İLHAM ƏLİYEV: Hazırda bizim ölkəmiz müstəqilliyinin ilk və ən vacib mərhələsini yaşayır. Müstəqilliyimizin 15 ilindən sonra deyə bilərik ki, ölkəmizin əsas problemləri artıq arxada qalıbdır. Bu gün siyasi və iqtisadi baxımdan Azərbaycan çox sürətlə inkişaf edən ölkədir. Hazırda bizim ümumi daxili məhsulumuzun artımı dünyada ən yüksək göstəricidir. Son il bu rəqəm 26 faiz, bu ilin 8 ayı ərzində 36 faiz təşkil etmişdir. Son üç il ərzində Azərbaycanda təqribən 500 minə yaxın yeni iş yeri açılmışdır. Hazırda biz, əsasən, təbii sərvətlərimizin insan kapitalına çevrilməsi üzərində işləyirik.

Biz təhsil, yeni texnologiyalar kimi sahələrə sərmayələrin necə qoyulması üzərində işləyirik. Bu addımları ona görə atırıq ki, gələcəkdə neft və qaz hasilatından və enerji daşıyıcılarının qiymətlərindən asılı olmayaq və müasir cəmiyyət quraq. Azərbaycan Avratlantik strukturlarına sürətlə inteqrasiya etməkdədir. Biz Avropa İttifaqının “Yeni qonşuluq siyasəti”ndə, NATO-nun “Fərdi tərəfdaşlığın fəaliyyət planı”nda fəal iştirak edirik. Ölkəmizdə demokratikləşmə prosesi gedir. Azərbaycan dünyəvi dövlətdir. Ölkəmizdə dini dözümlülük çox yüksək səviyyədədir. Mühüm coğrafi mövqedə yerləşən Azərbaycan bir sıra böyük beynəlxalq və regional layihələrin təşəbbüskarıdır.

Biz hazırda nəhəng enerji layihələrini başa çatdırmaq üzrəyik. Xəzər dənizindən Aralıq dənizinə qədər çəkilmiş boru kəməri artıq istismara verilib və beləliklə, biz Avropa bazarlarına çıxış əldə etmişik. Bütün bunlar inkişaf üçün çox möhkəm, hərtərəfli əsaslar yaradır. Biz iqtisadi inkişaf və enerji təchizatı baxımından müstəqilik. Bu o deməkdir ki, biz əsil müstəqil ölkəyik, əhalinin ehtiyac və tələbatlarının ödənilməsinə yönəlmiş müstəqil siyasət həyata keçiririk. Əminəm ki, qarşıdakı beş il ərzində güclü siyasi və iqtisadi sistemə malik olacaq ölkəmiz davamlı, demokratik və açıq cəmiyyət yolu ilə inkişaf edəcəkdir.

ALEKSANDR KVASNEVSKİ: Hesab edirəm ki, bu tədbirdə bəzi formalaşmış stereotipləri aradan qaldırmaq üçün yaxşı imkan yaranıbdır. Bunlardan bəzilərinə cavab olaraq demək istəyirəm ki, əlbəttə, Siz heç də atasını Prezident vəzifəsində əvəz edən ilk şəxs deyilsiniz. Bu cür hallar digər ölkələrdə də olur. Bəzi Avropa ölkələrində belə bir stereotip mövcuddur ki, Azərbaycanda hələ də siyasi partiyalar sistemi yetkin deyil, onlar hələ də nəzarət altındadır.

İLHAM ƏLİYEV: Əlbəttə ki, bizdə siyasi sistem keçid dövrünü yaşayır. 15 il bundan əvvəl biz tamamilə başqa sistemdə yaşamışıq. İndi biz inteqrasiyaya doğru addımlayırıq. Avropa İttifaqının “Yeni qonşuluq siyasəti”ndə iştirak etmək, Avropa Şurası kimi təşkilatlardakı fəaliyyət nəyə görə bizim üçün vacibdir? Çünki bu, bizə Avropa İttifaqında olan dəyərlərə uyğunlaşmağa, ən azı, bu dəyərlərə yaxın olmağa və onları təkmilləşdirməyə kömək edir. Belə ki, dünyada digər ölkələrin müsbət və mənfi təcrübəsinə nəzər yetirsəniz görərsiniz ki, bu sahədə ən yaxşı nailiyyətlər, demək olar, Avropada əldə olunub: açıq və demokratik cəmiyyət, güclü iqtisadiyyat və sair. Nəyə görə biz bu gün Avropa İttifaqı ölkələri tərəfindən bir sıra problemlərə dair bəyanatlar eşidirik? Bunlardan biri də miqrasiya problemidir. Nə səbəbdən belə bir problem yaranır? Çünki Avropa cəmiyyəti cəlbedicidir. Bizim qarşımızda bu çür yaxşı nümunə mövcuddur. Biz də öz siyasi sistemimizi təkmilləşdiririk. Siyasi sistemimiz hələ tam formalaşmayıb və bu da təbiidir, başqa cür ola da bilməz. Çünki bizdə siyasi sistemin heç bir ənənəsi də olmayıbdır. Bu, nə sovet vaxtlarında, nə də ondan əvvəldə mövcud olubdur. Ona görə də, hesab edirəm ki, Avratlantik məkana inteqrasiya və əməkdaşlıq prosesləri bizə çox güclü siyasi sistemi qurmağa kömək edəcəkdir.

O ki, qaldı bayaq söylədiyiniz məqama, mənim dostum, Sizin ölkənizdə ailə hökuməti var.

ALEKSANDR KVASNEVSKİ: Əlbəttə, hətta bizdə hakimiyyətdə əkizlər var.

İcazənizlə, mən son sualımı verim, çünki sonra biz müzakirələrin yeni mərhələsinə keçəcəyik. Qarşıdakı 5 ildə ölkənizdə siyasi vəziyyəti proqnozlaşdırsaq, Azərbaycanda hansı siyasi partiyaları görürsünüz, ümumiyyətlə, onların ideoloji konsepsiyasını necə görürsünüz?

İLHAM ƏLİYEV: Əminəm ki, bizim partiya həmişə qalib gələcək.

ALEKSANDR KVASNEVSKİ: Mənim Prezident Əliyevə növbəti sualım Cənubi Qafqazdakı vəziyyətlə bağlıdır. Sualımın birinci hissəsi belədir: regionda vəziyyəti necə görürsünüz? İkincisi, Rusiya ilə münasibətləriniz nə yerdədir?

İLHAM ƏLİYEV: Qafqazdakı vəziyyət mürəkkəbdir. Nəyə görə? Çünki bu kiçik məkanda üç münaqişə var, yəni Cənubi Qafqaz ölkələrində üç separatçı hərəkat mövcuddur: Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyada. Onların hamısının eyni kökləri var, yəni təcavüzkar separatizm. Onların nəticələri də eynidir. Həmin münaqişələr nəticəsində Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü pozulubdur. Bunun nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın-köçkün vəziyyətinə düşərək, əziyyət çəkməkdədir. Azərbaycanlılara və gürcülərə qarşı etnik təmizləmə siyasəti aparılmış və ölkələrimiz bu cür humanitar fəlakətdən əziyyət çəkmişlər. Hazırda biz danışıqlar prosesindəyik və çalışırıq ki, münaqişəni sülh yolu ilə həll edək. Beynəlxalq ictimaiyyət bizi bu münaqişəni dinc yolla həll etməyə çağırır, amma bu, çox çətindir. Çünki siz bunu yalnız o vaxt həll edə bilərsiniz ki, qarşı tərəfin buna həvəsi və ya arzusu olsun. Lakin əgər qarşı tərəf mövcud olan status-kvonu qanuniləşdirməyə çalışırsa, hərbi əməliyyatların ilkin mərhələsini leqallaşdırmaq istəyirsə, onda lazımi nizamlanmaya nail olmaq çox çətindir.

Biz hesab edirik ki, Cənubi Qafqazdakı münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır. Bizim arzularımız ola bilər, Ermənistan tərəfinin arzuları ola bilər. Lakin bu, nizamlanma üçün əsas ola bilməz. Məsələnin aradan qaldırılmasının yalnız hüquqi əsasları olmalıdır. Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycan Dağlıq Qarabağ ərazisi də daxil olmaqla BMT-yə üzv qəbul edilibdir.

Dağlıq Qarabağ tarixi nöqteyi-nəzərdən Azərbaycanın ərazisidir. Ermənilər Dağlıq Qarabağa XIX əsrin birinci yarısında gəliblər. Bu, məlum faktdır. Hüquqi baxımdan bu region Azərbaycanın ərazisidir. Ona görə də biz bu məsələni yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında həll etmək istəyirik. Biz Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusunun verilməsini təklif etmişik. Bu, bizim tərəfimizdən ediləcək maksimum güzəştdir. Lakin onlar, sadəcə olaraq, Azərbaycandan ayrılmaq və qondarma “müstəqilliyini” bəyan etmək arzusu ilə yaşayır və beləliklə, ölkəmizin ərazi bütövlüyünün parçalanmasına nail olmaq istəyirlər. Bu da mümkün deyildir.

Bir sözlə, tarixi həqiqət, eləcə də siyasi vəziyyət bizim tərəfimizdədir. Yenə deyirəm, hüquqi baxımdan, bu bölgə Azərbaycan ərazisidir. İqtisadi baxımdan, Ermənistan üçün Azərbaycanla ayaqlaşmaq get-gedə çətin olacaqdır. Bizim bugünkü iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından 6 dəfə böyükdür. Gələn il 10 dəfə çox olacaq və bu, get-gedə daha da artacaqdır. Bəzən Avropadakı siyasətçilər bizə irad tutur ki, hərbi büdcəmizi artırırıq. İlk növbədə, onu demək istəyirəm ki, bu, bizim suveren hüququmuzdur. İkincisi, bizim büdcəmiz ümumi həcmlə artır. Son üç il ərzində Azərbaycanın büdcəsi 4 dəfə artmışdır. Təbii ki, belə olan halda, hərbi xərclərimiz də artır.

Mən bir daha demək istəyirəm ki, biz problemi dinc yolla həll etmək istəyirik. İqtisadi baxımdan Azərbaycan olduqca güclü ölkəyə çevrildikdən sonra, hərbi əməliyyatlar haqqında düşünmək mütləq xarakter daşımayacaqdır. Yəni ərazi bütövlüyümüzün bərpa edilməsi üçün bir çox digər vasitə və yollar mövcud olacaqdır. Ermənistan rəhbərliyi bunu nə qədər tez başa düşsə, onların özləri üçün bir o qədər yaxşı olacaqdır. Vaxt ötdükcə bizim mövqeyimiz daha da möhkəmlənəcək və sərtləşəcəkdir. Prinsip etibarilə bu münaqişə regional inkişafa olan əsas təhlükədir. Xüsusən də regionumuzda son illər ərzində aparılan böyük əməkdaşlıq layihələrini nəzərə alsaq, bu münaqişə ən böyük potensial təhlükədir.

Regionumuzda böyük həcmdə neft və qaz hasilatı başlanır. Hazırda Xəzər dənizində neft ehtiyatlarının dünyanın neft şirkətləri ilə əməkdaşlıq edən Azərbaycan tərəfindən işlənilməsi nəticəsində enerji daşıyıcıları Aralıq dənizi vasitəsilə dünya və Avropa bazarlarına çıxarılır. Bu, çox milyardlıq sərmayələrdir. Bu layihə nəinki regionda aparılan əməkdaşlığa, o cümlədən regionda və ondan kənarda cərəyan edən siyasi proseslərə də təsir göstərir. Ona görə də biz həmin potensial təhlükənin aradan qaldırılması üçün birgə çalışmalıyıq. Hesab edirik ki, Avropa İttifaqı da bu baxımdan daha fəal rol oynaya bilər.

ATƏT problemi həll etmək mandatına malikdir. BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin Azərbaycanın zəbt olunmuş torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul etmişdir. Onlar hələ də yerinə yetirilməyibdir. Avropa İttifaqının bu baxımdan mövqeyi vacibdir, çünki Avropa İttifaqı artıq bizim qonşumuzdur. Biz də öz tərəfimizdən Avropa İttifaqına daha da yaxınlaşırıq və onun “Yeni qonşuluq siyasəti”ndə iştirak edirik. Ona görə də, digər təşkilatlardan fərqli olaraq, Avropa İttifaqı regionda təhlükəsizliyin olmasında daha da maraqlıdır. Çünki biz qonşuyuq. Bu münaqişə olduqca ciddi təhlükədir. Münaqişənin dondurulmuş vəziyyətdə olması bizdə yanlış təsəvvür yaratmamalıdır. Bəzi hallarda dondurulmuş münaqişələr, ümumiyyətlə, yaddan çıxarılır. İnsanlar hesab edir ki, hər şey normaldır, tərəflər danışıqlar aparır. Lakin belə hesab etmək lazım deyildir. Çünki sülh çox kövrəkdir və onun pozulması çoxlu təhlükələr yarada bilər.

ALEKSANDR KVASNEVSKİ: Mən, eyni zamanda, Rusiya ilə bağlı sual verdim. Xahiş edərdim, bu haqda da danışasınız.

İLHAM ƏLİYEV: Bizim Rusiya ilə yaxşı münasibətlərimiz var. Biz qonşuyuq. Mən sizə deyə bilərəm ki, təqribən 10 il bundan əvvəl Rusiya ilə Azərbaycan arasında olan münasibətlər çox pis idi. Həmin vaxt Rusiya açıq formada erməni separatçılarını dəstəkləyirdi. Rusiya 1 milyard dollar həcmində hərbi avadanlıq və texnikanı qeyri-qanuni olaraq Ermənistana ötürmüşdü. Bu məsələ ilə bağlı Rusiya Dövlət Dumasında böyük qalmaqal yarandı və beləliklə, bizim Rusiya ilə münasibətlərimiz çox gərgin xarakter aldı. Lakin birgə səylərlə biz ziddiyyətli məsələlərdə razılığa gələ bildik və indi ölkələrimizin münasibətləri, demək olar ki, qonşular arasında olan münasibətlərə nümunə ola bilər. Rusiya kimi böyük ölkə ilə Azərbaycan arasındakı münasibətlər qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq və dostluq prinsiplərinə əsaslanır.

Biz, Azərbaycan xalqının tələbatlarına və maraqlarına uyğun siyasət aparırıq. Siyasətimiz müstəqildir. Siyasi, iqtisadi münasibətlərdə, o cümlədən dünya ictimaiyyəti ilə qurduğumuz əlaqələrdə siyasətimiz müstəqildir. Mən sizə deyə bilərəm ki, bu siyasət özünü doğruldur. Bizim ABŞ-la strateji tərəfdaşlıq münasibətlərimiz də mövcuddur. Eyni zamanda, bizim İKT-yə üzv olan ölkələrlə də yaxşı münasibətlərimiz var. Bizim qonşularla olan münasibətlərimiz müsbətdir. Rusiyadan başqa, bizim İranla da yaxşı münasibətlərimiz var. Bir sözlə, bütün bunlar mümkündür. Həmin amillər regionda təhlükəsizliyin və sabitliyin bərqərar olmasına xidmət edir. Çünki bizim yerləşdiyimiz region olduqca mürəkkəbdir.

Bəzən Avropada mövcud olan meyarlar avtomatik qaydada bizim regiona tətbiq edildikdə, nəticələr fərqli olur. Burada, Avropada sizin öz qonşularınız var. Bizim öz qonşularımız var və onlar da fərqlidir. Təbii ki, qonşular da həmsərhəd olan ölkələrdə gedən proseslərə təsir göstərir. Bizim də əldə etdiyimiz nailiyyətlər qonşu ölkələrdə gedən proseslərə təsir göstərir. Bu, nəzərə alınmalıdır.

Son 15 il ərzində Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması bizim üçün prioritet xarakterli məsələ olmuşdur. Çünki ölkəni, sadəcə, müstəqil elan etmək və müstəqilliyə aid olan müəyyən qanuni atributların olması kifayət deyildir. Biz hər gün müstəqilliyimizi möhkəmləndirməli idik. İndi isə bu proses artıq başa çatıbdır. Ölkəmiz bu gün güclüdür və biz qonşularımızla yaxşı münasibətdə olmalıyıq. Zənnimcə, digər ölkələr də bunu arzulamalıdır. Aleksandr, Siz bu məsələni iki dəfə qaldırdığınıza görə, çalışdım ki, bu suala hərtərəfli cavab verim.

ALEKSANDR KVASNEVSKİ: Bəli, Rusiya böyük ölkədir, ona görə də mən bu məsələni xüsusi qaldırdım. Bəs, Avropa və ABŞ-a gəldikdə, Sizin bunlarla münasibətləriniz nə yerdədir?

İLHAM ƏLİYEV: Bir ölkə olaraq, biz bu gün həmin əməkdaşlığı davam etdirmək istəyirik. Həmin əməkdaşlıq qarşılıqlı surətdə olduqca faydalıdır və artıq yaxşı tarixə malikdir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bizə elə gəlirdi ki, kimsə gəlib bizə dərhal kömək edəcəkdir. Kimsə gəlib bizə mütləq qaydada yardım etməlidir. Bəlkə də, bu cür münasibət Azərbaycanın keçmişdə uzun illər və əsrlər boyu digər ölkənin tərkibində olması ilə bağlı idi. Bəlkə də bunun başqa səbəbləri var idi. Ola bilsin, kimsə düşünürdü ki, bütün dünya Azərbaycanın müstəqil olması ilə əlaqədar ölkəmiz haqqında və orada baş verən hadisələr barədə düşünməlidir. Lakin vaxt getdikcə biz anladıq ki, bütün işlər yalnız özümüzdən asılıdır. Əgər bizim imkanlarımız böyük olsa, güclü olsaq, müdrik addımlar atsaq, onda biz yaxşı əməkdaşlıq qura biləcəyik. Əgər belə olmasa, biz öz yerimizi tuta bilməyəcəyik. Biz hesab edirik ki, gələcəyimiz və taleyimiz yalnız özümüzdən asılıdır. Ona görə biz ölkəmizi sıfır səviyyəsindən qurmağa başladıq. Hətta mən deyərdim ki, bu səviyyədən də aşağı, çünki Azərbaycan olduqca acınacaqlı vəziyyətdə idi. Ölkəmizdə vətəndaş müharibəsi, işğal, siyasi və iqtisadi böhran mövcud idi. Vaxt keçdikcə Azərbaycan gücləndi və apardığı əməkdaşlığın səviyyəsi artmağa başladı. İndi isə həmin əməkdaşlıq birtərəfli deyil, artıq ikitərəfli qaydada aparılır.

Azərbaycan dünyada enerji təchizatı və təhlükəsizliyi sahəsində mühüm ölkəyə çevrilməyə başlayır. Biz ABŞ-la beynəlxalq terrorçuluğa qarşı mübarizədə əməkdaşlıq edirik və dünyanın müxtəlif yerlərində aparılan sülhməramlı əməliyyatlarda iştirak edirik. Biz Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizi rolunu oynayırıq. Bir çox layihələrin təşəbbüskarıyıq və onları amerikalı və avropalı dostlarımızla həyata keçiririk. Biz ABŞ-la, Avropa İttifaqı ilə qarşılıqlı fayda verən əməkdaşlığı genişləndirmək arzusundayıq. Xüsusən də “Yeni qonşuluq siyasəti”nə gəldikdə, hesab edirəm ki, biz bir çox praktiki məsələləri qonşuluq proqramına daxil etməliyik. Azərbaycan xalqı üçün maraqlı ola biləcək konkret məsələlərin ortaya qoyulması olduqca vacibdir. Biz burada yardım və ya maliyyə dəstəyindən danışmırıq. Bizə bu mərhələdə həmin yardım lazım deyil. Biz indi Azərbaycanda həyat tərzi standartlarını Avropadakı standartlara yaxınlaşdırmaq istəyirik. Bu baxımdan, Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığımız Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.

Hazırda beynəlxalq ictimaiyyətin iştirakına ehtiyac duyulan yeganə məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasıdır. Əgər beynəlxalq ictimaiyyət münaqişənin həllində mühüm rol oynamasa, hadisələr gözlənilməz istiqamətdə cərəyan edə biləcəkdir. İndi Ermənistanla Azərbaycan arasında olan qüvvələr tarazlığı artıq mövcud deyildir.

İndi Ermənistanla-Azərbaycan arasında inkişaf sahəsində mövcud olan fərq get-gedə artır və bu, hər il artacaqdır. Bir sözlə, qüvvələrin tarazlıqda olması bir növ sabitliyin amili idi. Lakin bu gün bu, artıq mövcud deyildir. Ona görə də əgər bu məsələnin həllində bizə yardım edilməsə və beynəlxalq ictimaiyyət münaqişənin aradan qaldırılmasında lazımi dərəcədə fəal olmasa, onda hadisələr öz məntiqi ilə inkişaf edə bilər və Azərbaycandakı vəziyyət bu cür davam etsə, gələcəkdə ona nəzarət etmək çətin olacaqdır. Bu, ən əsas təhlükədir. Bu elə bir sahədir ki, biz burada Avropa İttifaqı və Birləşmiş Ştatlar tərəfindən olduqca böyük diqqətin və əməkdaşlığın şahidi olmalıyıq. Çünki bu bizim ümumi təhlükəsizliyimizə aid olan məsələdir.

ALEKSANDR KVASNEVSKİ: Əgər Sizin ölkədə güclü iqtisadiyyat və maliyyə imkanlarınız olarsa, onda gələcəkdə vəziyyət nəzarət altından necə çıxa bilər? Bunu necə təsəvvür etmək olar?

İLHAM ƏLİYEV: Bilirsiniz, ölkə torpaqları 10 ildən çox müddət ərzində işğal altında olduğu zaman, ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkün olan təqdirdə və zəbt edilmiş ərazilərdə hər bir şeyin dağıdıldığı halda, vəziyyət daha da mürəkkəbləşir. Ötən il ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın işğal edilmiş ərazilərində olmuş və hesabat hazırlamışdır. Orada deyilir ki, zəbt olunmuş torpaqlarda, xüsusən də Azərbaycanın işğal edilmiş 7 rayonunda bütün evlər yerlə-yeksan olunubdur. Belə olan halda, xalqın səbri tükənir, iqtisadi və hərbi nöqteyi-nəzərdən ölkə gücləndikcə, bizim imkanlarımız da artır.

Gələn il bizim hərbi büdcəmiz Ermənistanın bütün büdcəsinə bərabər olacaqdır. Belə olan halda, Ermənistanın sülh prosesini pozması ilə barışmaq çətin olacaqdır. Mən əvvəldə də qeyd etdim ki, Ermənistan bu gün razılığa gəlməlidir. Çünki hazırda biz danışıqlar masası arxasında ən münasib təklifi irəli sürmüşük. Azərbaycanın imkanları genişləndikcə, bizim mövqeyimiz də sərtləşəcəkdir.

ALEKSANDR KVASNEVSKİ: Mən isə belə düşünürəm ki, iqtisadiyyatda, büdcədə və hərbi xərclərdə bu cür yaxşı imkanlar artdıqca, məhz sülh yolu ilə məsələnin çözülməsi də mümkün olacaqdır. Yəni kompromisin tapılması üçün bu, ən münasib vaxt olacaqdır. Bu, Sizin təşəbbüsünüzdür və Sizin tərəfdən beynəlxalq ictimaiyyətə təklif edilə bilər. Bu imkandan istifadə etmək lazımdır. Çünki 3-4 ildən sonra nəyin baş verəcəyini, yəni neft və qazın qiymətinin hansı səviyyədə olacağını demək çətindir. Hesab edirəm ki, məsələnin Sizin təşəbbüsünüz əsasında həlli üçün münasib vaxtdır.

İLHAM ƏLİYEV: Siz haqlısınız və biz mümkün olan ən yaxşı təklifi irəli sürmüşük. Əgər digər oxşar vəziyyətlə bu münaqişəni müqayisə etsək görərik ki, yalnız biz bu cür ən yüksək statuslu muxtariyyətin verilməsini təklif etmişik. Bu, bizim edə biləcəyimiz maksimum təklifdir. Biz ermənilərin Dağlıq Qarabağı Ermənistana vermək arzusu ilə razılaşa bilmərik. Bu, heç vaxt baş tutmayacaqdır. Lakin biz güzəştlərə əsaslanan konstruktiv və düzgün təklifimizin rədd edildiyini və sülh prosesinin Ermənistan tərəfindən pozulduğunu gördükdə, bundan çox məyus oluruq.

Bu yaxınlarda Ermənistanın xarici işlər naziri bizim nazirimizlə görüşməkdən imtina etdi. Bilirsiniz, nə səbəbə görə? Çünki GUAM ölkələri BMT çərçivəsində dondurulmuş münaqişələri müzakirə etmək təklifi ilə çıxış etmişdir. Onlar isə dedilər: “Əgər siz, bunu etsəniz, biz sizinlə görüşməyəcəyik”. Yaxşı, bir tərəf danışıqlar prosesindən imtina etdikdə, biz nə edə bilərik? Ermənistan tərəfi daimi olaraq, sülh prosesini pozur. Keçmişdə bir neçə dəfə belə hadisələr baş vermişdir, yəni hər iki tərəf məsələnin həllinin sonuna yaxınlaşdığı bir anda, Ermənistanda nə isə baş verirdi. Birinci dəfə Ermənistan Prezidenti Ter-Petrosyan sazişi imzalamağa razı olduqda, ona qarşı dövlət çevrilişi edildi. Ermənistanın bugünkü Prezidenti o vaxt Baş nazir idi. Sonra o, birdən-birə Prezident oldu və Ter-Petrosyanı bu işlərdən uzaqlaşdırdı. İkinci dəfə, Aleksandr, hadisə Sizin Bakıda olduğunuz zaman baş verdi. Ermənistan parlamentində terror aktları törədildi. Hər zaman biz məsələnin vacib nöqtəsinə yaxınlaşdığımız halda, Ermənistanda nə isə baş verir və danışıqlarda əldə olunan irəliləyiş heçə endirilir. Biz iki il ərzində Praqa prosesi formatında işlədik və sazişin imzalanmasına yaxın olduq. Sonra Ermənistan tərəfi Fransada, Rambuyedə oxşar münasibət nümayiş etdirdi. Ermənistan tərəfi, sadəcə, danışıqları tərk etdi. Onlar fiziki mənada danışıqları tərk etdilər. Belə bir halda, biz nə edə bilərik?

ALEKSANDR KVASNEVSKİ: Mən hesab edirəm ki, yaxşı bir görüş alındı və fikrimcə, bu məsələnin həlli üçün Sizin şəxsən yaxşı imkanlarınız var. Hazırda, bu məqsəd üçün ən münasib şərait yaranıbdır. Bir çox məsələlər Sizdən asılıdır və əgər bu məsələni həll etsəniz, biz hamımız Sizə Nobel mükafatının verilməsinə səs verəcəyik. Bunu mütləq qaydada etmək lazımdır. Sizi inandıra bilərəm ki, hazırda bu kiçik imkan Sizin əlinizdədir.

X X X

İsveçin keçmiş Baş naziri KARL BİLDT dünya siyasətində Avropanın aparıcı rolunun saxlanılması və gücləndirilməsi məsələlərindən danışdı. O, xalqların bir-birinə daha çox yaxınlaşmasının və demokratik dəyərlərə sadiqliyinin Avropa məkanında sabitliyə və tərəqqiyə ən etibarlı zəmanət olduğunu bildirdi.

Çernoqoriyanın Baş naziri MİLO CUKANOVİÇ müstəqillik qazanmış ölkəsində gedən proseslərdən söhbət açdı, demokratik təsisatların bərqərar olması üçün Avropa təcrübəsindən bəhrələnmək baxımından belə tədbirlərin əhəmiyyətini vurğuladı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır