Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Kəlbəcər harayı” qəzetinin nəşrə başlamasından 78 il ötür

Bakı, 25 fevral (AZƏRTAC). Bu gün yurdumuzun dilbər guşələrindən olan Kəlbəcər rayonunun bütün sakinləri kimi, “Kəlbəcər harayı” qəzeti də məcburi köçkün həyatı yaşayır. Qəzetin ilk nömrəsinin çapdan çıxmasından 78 il keçir. Fəaliyyət göstərdiyi 78 il ərzində müxtəlif adlar altında nəşr edilən qəzet Kəlbəcər rayonunun ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatının güzgüsü olmuşdur.

“Kəlbəcər harayı” qəzetinin baş redaktoru Zahid Muxtar AZƏRTAC-a demişdir:

- Bu gün məcburi köçkün həyatı yaşasaq da ölkəmizdəki gündən-günə sürətlənən qlobal inkişafa seyrçi kimi baxmırıq. Rayonumuzun əhalisi iqtisadiyyat, mədəniyyət, idman və təhsil və digər sahələrdə ildən-ilə böyük uğurlar əldə etməyə çalışırlar. Rayonumuzun fəaliyyətdə olan idarə və müəssisələri yüksək məsuliyyət hissi ilə çalışaraq qarşıya qoyulan vəzifələrə əsasən nail ola bilirlər. Şübhəsiz, bu uğurlarda Azərbaycan dövlətinin və onun başçısının biz məcburi köçkünlərə göstərdikləri diqqət və qayğı mühüm rol oynayır. Prezident İlham Əliyevin kəlbəcərlilərlə mütəmadi görüşləri hər birimizdə ruh yüksəkliyi yaradır.

Həyata keçirilən məqsədyönlü tədbirlər təbii ki, rayonumuzun həyatının güzgüsü olan “Kəlbəcər harayı” qəzetinin də işinə öz müsbət təsirini göstərir. Birincisi, mövzu qıtlığımız olmur, ikincisi, ən əsası isə biz də işimizi tələb olunan səviyyədə qurmağa çalışırıq.

Bu gün məcburi köçkünlük həyatı yaşayan rayonumuzun Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı nəticəsində düşdüyü ağır situasiyaya uyğun olaraq “Kəlbəcər harayı” adı altında nəşr olunan qəzetimiz 1934-cü ilin fevralında “Qızıl maldar” adı ilə həyata vəsiqə almışdır. Sonralar isə “Yeni həyat uğrunda”, “Yenilik” adları ilə öz fəaliyyətini davam etdirmişdir. Kəlbəcər işğaladək Azərbaycanın ucqar dağ rayonu olsa da, qəzet özünün operativ və obyektiv fəaliyyəti ilə buradakı qaynar həyata sözün əsl mənasında işıq sala bilmişdir.

Ayrı-ayrı dövrlərdə bu qəzetə Zal Cabbarlı, Kərəm Əhmədov, Məhəmmədəli İsmayılov, Sədnik Paşayev, Şamil Əsgərov, Əli Mirzəyev, Bəhmən Məmmədov, Əli Qurbanov, Zimistan Həsənov kimi tanınmış el ziyalıları rəhbərlik edərək onun geniş oxucu auditoriyasında rəğbət qazanmasına nail olmuşlar. Məmməd Aslan, Amil Novruzov, Məhəmməd Nərimanoğlu, Hidayət Elvüsal kimi respublika miqyasında tanınmış qələm sahibləri də məhz bu qəzetdə püxtələşmişlər.

1993-cü ilin yazında Kəlbəcərə qara yellər əsdi. Elimiz-obamız yerindən-yurdundan didərgin düşdü. Sındıq, lakin əyilmədik. Özümüzdə güc tapdıq. Qəzetin əməkdaşları mərhum redaktorumuz Zimistan Həsənovun ətrafında toplaşaraq Gəncə şəhərində “Kəlbəcər harayı” kimi ağrılı-acılı bir adla qəzetimizi yaşatdı.

Yeri gəlmişkən, onu da qeyd edim ki, təsərrüfat hesabı ilə maliyyələşən bu mətbu orqanın əvvəllər ildə vur-tut 2 nömrəsi işıq üzü görürdü. Vidadi Məhərrəmov Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra redaksiyaya doğma münasibət göstərilir. Bu diqqət və qayğının nəticəsidir ki, 2009-cu ildə qəzetimiz 48 nömrə, 2010-cu ildə 49 nömrə, 2011-ci ildə isə 50 nömrə ilə, 4000 tirajla oxucularının görüşünə gəlmişdir. Bu da bölgə qəzetləri arasında ilk yerlərdən biridir.

Qəzetimizdə dərc olunan yazılar da öz mövzu rəngarəngliyinə görə diqqəti cəlb edir. Şübhəsiz, respublikamızda gedən irimiqyaslı quruculuq işləri, sosial, iqtisadi və siyasi uğurlar qəzetimizin baş mövzusudur. Bunlarla yanaşı, ayrı-ayrı bölgələrdə məskunlaşmış həmyerlilərimizlə rayon rəhbərliyinin görüşləri, Böyük Vətən müharibəsi iştirakçılarına, Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə göstərilən diqqət və qayğı, rayonumuzda aparılan digər tədbirlər, həmçinin gənclərimizin idman, incəsənət, təhsil sahəsində qazandıqları sevindirici nəticələr, Kəlbəcərin tarixinə, coğrafi mövqeyinə aid müxtəlif elm adamlarının maraqlı araşdırmaları, torpaqlarımızın müdafiəsi uğrunda fəda olmuş şəhidlərimizin şücaəti qəzetimizin səhifələrində öz əksini tapmaqdadır.

Hazırda kollektivimizdə çalışanlardan 7 nəfəri Mətbuat Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Qəzet yaşayırsa, deməli, həyat davam edir. Həyat davam etməlidir ki, düşmən mübarizəmizi, intiqamımızı görsün. Bu gün ölkəmizdə güclü, müdrik siyasət yürüdülür. Bizim haqq işimiz dünyaya bəyan edilir. Doğma od-ocağımıza qayıdacağımız günün yaxında olmasına inanırıq. 79 yaşına – ahıllıq, müdriklik çağına qədəm qoyan qəzetimizin növbəti ildönümləri, yubileyləri dağlar diyarı Kəlbəcərdə qeyd olunacaqdır. Kəlbəcər həsrətindən yox, yaşayıb-yaratmaq əzmi həmişə yüksək olan yurddaşlarımızın qurub-yaratmaq əzmindən, qələbə müjdəsindən yazacağıq. O gün uzaqda deyil. Biz buna qəti əminik.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollara daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb

ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı

“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb

Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

ABŞ-da yeni “qiyamət günü təyyarəsi” hazırlanacaq

Azərbaycanlı rejissorun filmi Kann festivalında

Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib

Azərbaycan Premyer Liqasında XXXII turun hakimləri açıqlanıb

Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər

Avropa çempionatı: Azərbaycan şahmatçılarının duelində Ülviyyə Fətəliyeva sevinib

Argentinada 60 yaşlı qadın gözəllik müsabiqəsində iştirak edir

Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib

Nazir müavini: COP29-un Azərbaycanda texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq

İspaniya Ukraynaya “Patriot” sistemi üçün raketlər verəcək

ÜST: Pandemiya dövründə antibiotiklərdən ifrat istifadə mənfi nəticələr verib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - Azərbaycan modelinin təqdimatı üçün mühüm platforma ŞƏRH

Bu il pambıq və digər kənd təsərrüfatı bitkilərinin əkinində yeni texnologiya tətbiq olunacaq

İngiltərə çempionu birillik fasilədən sonra Premyer Liqaya qayıdıb

Yəmən sahillərində ABŞ-ın 30 milyon dollarlıq PUA-sı vurulub

Kitabxanada sərgi: Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva

Ciddədə Gənclərin İnkişafı Forumu keçirilib

Azərbaycan idmançısı İstanbulda iki gümüş medal qazanıb

Milli Kitabxanada Əməkdar elm xadimi Zərifə Əliyevaya həsr olunan silsilə materiallar hazırlanıb

BSU-da akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Naxçıvanda boks məşqçiləri ilə görüş olub

Almaniya və Azərbaycan - mühüm siyasi-iqtisadi tərəfdaşlıq ŞƏRH

FHN: Ötən sutka ərzində 36 halda yanğına çıxış olub

Arda Gülər "Real Madrid"in tarixinə düşüb

Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub

Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır

Avropa çempionatı: Son gündə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq

İnsan həyatı üçün təhdid yaradan kəsici-deşici alətlər aşkarlanaraq götürülüb

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır

Aprelin 26-da 4 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Cevdet Yılmaz: Türkiyə beynəlxalq energetika bazarının mərkəzinə çevrilmək istəyir

FIFA prezidenti “Qarabağ”ı təbrik edib

Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: XXXII tura bir oyunla start veriləcək

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

DİN: Ötən gün 82 cinayətin açılması təmin olunub

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilir

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Zərifə xanım Əliyeva ömrünü oftalmologiya elminin tərəqqisinə həsr etmiş və bu sahəyə böyük töhfələr vermişdir

Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib