REGİONLAR
Kəngərlidəki qarğıdalı sahələrindən 92 ton məhsul tədarük edilib
![Kəngərlidəki qarğıdalı sahələrindən 92 ton məhsul tədarük edilib](/files/2019/3/1200x630/15722629146247927111_1200x630.jpg)
Kəngərli, 28 oktyabr, AZƏRTAC
Muxtar respublikanın Kəngərli rayonunda həm qiymətli ərzaq, həm də heyvandarlıq və quşçuluq üçün dəyərli yem olan qarğıdalı dəninin istehsalına marağın ildən-ilə artmasının nəticəsində cari ildə qarğıdalı əkin sahələri 117 hektara çatdırılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, artıq rayonda qarğıdalı yığımı başa çatıb. Biçilmiş 117 hektar qarğıdalı sahəsinin 100 hektarı yem üçün, 17 hektarı isə dən üçün nəzərdə tutulub. Dən üçün ayrılmış qarğıdalı sahələrindən 92 ton məhsul istehsal edilib, hektarın orta məhsuldarlığı 55 sentnerə çatdırılıb.
Qeyd edək ki, bu il Qıvraq qəsəbəsi, Böyükdüz və Xok kəndlərində qarğıdalı əkininə daha çox sahə ayrılıb. Əkin və becərmə tədbirləri aparılarkən aqrotexniki qaydalara düzgün əməl olunduğundan sahələrdə bol məhsul yetişib.
Qarğıdalının əkini, becərilməsi və yığımı zamanı əksər işlərin müasir texnikalar vasitəsilə aparılması əl əməyini xeyli yüngülləşdirib.