KİNO EVİNDƏ “HACI QARA” BƏDİİ FİLMİNİN YENİ VARİANTININ TƏKRAR TAMAŞASI OLACAQ
Film avqustun 2-də “Azərbaycan” kinoteatrında, Azərbaycan kinosunun 105-ci ildönümü və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 80 illiyi münasibətilə keçirilmiş mərasimdə təqdim olunmuşdur.
Rejissor Cahangir Mehdiyev demişdir ki, filmin çəkilişinə 10 il bundan əvvəl başlanmışdı. Lakin maliyyə problemləri üzündən çəkiliş bir neçə il dayandırıldı. Kino istehsalı funksiyaları bu yaxınlarda Mədəniyyət Nazirliyinə verildikdən sonra filmin çəkilişini başa çatdırmaq mümkün olmuşdur. “Aydın” istehsalat-kommersiya mərkəzi də maliyyə yardımı göstərmişdir.
Xatırladaq ki, “Hacı Qara” bədii filmi ilk dəfə 1928-ci ildə çəkilmişdir. Rejissoru məşhur aktyor, Azərbaycanın ilk kinorejissoru hesab edilən Abbasmirzə Şərifzadə, ssenari müəllifi isə Cəfər Cabbarlı olmuşdur. Həmin filmdə Hacı Qara rolunu Mirzəağa Əliyev, Heydər bəy rolunu isə Ağasadıq Gəraybəyli oynamışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]