MƏDƏNİYYƏT
Kitabxanada dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünə həsr olunmuş daha bir tədbir keçirilmişdir
Bakı, 18 oktyabr (AZƏRTAC). Xəbər verildiyi kimi, Qaradağ Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirir.
Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, budəfəki tədbir MKS-in mərkəzi kitabxanasında “Müstəqil Azərbaycan” adı altında reallaşmışdır.
Müəllim və şagird kollektivlərinin, kitabxana əməkdaşlarının iştirak etdikləri tədbirdə Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixindən söhbət açılmışdır. Müstəqilliyimizin möhkəmləndirilməsində, əbədiliyinin və dönməzliyinin təmin edilməsində müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətləri vurğulanmışdır.
Tədbirdə Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 166 nömrəli məktəb-liseyin şagirdləri vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya təqdim etmişlər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.