İQTİSADİYYAT
Konsaltinq şirkətləri dövlət satınalmaları ilə bağlı məlumatlandırılıb
![Konsaltinq şirkətləri dövlət satınalmaları ilə bağlı məlumatlandırılıb](/files/2019/2/1200x630/15646559314537059805_1200x630.jpg)
Bakı, 1 avqust, AZƏRTAC
Konsaltinq şirkətləri dövlət satınalmaları ilə bağlı məlumatlandırılıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, “E-satınalma modelinin tətbiqi” mövzusunda təlimdə konsaltinq şirkətlərinə dövlət satınalmalarında iştirak prosedurları, bu sahədə qanunvericilikdə edilmiş dəyişikliklər, www.etender.gov.az vahid internet portalı barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Elektron Hökumətin İnkişafı Mərkəzinin mütəxəssislərinin iştirakı ilə bu mövzuda növbəti təlim avqustun 2-də keçiriləcək.