Azərbaycan Dövlət İnformasiya Agentliyi

Körpələrdə depressiya olurmu?

Körpələrdə depressiya olurmu?

Bakı, 13 fevral, AZƏRTAC

Depressiya, hətta körpələrdə də görülə bilən bir xəstəlikdir. Körpə depressiyası altıncı aydan sonra birdən-birə anadan ayrılma zamanı baş verir.

AZƏRTAC mövzu ilə bağlı tanınmış psixoloq Müjde Yahşinin apardığı araşdırmanı təqdim edir.

Psixoloq bildirir ki, ananın ölümü və ya uzun müddət xəstəxanada qalması, başqa şəhər və ya ölkədə yaşaması, uşağa baxa bilməyəcək qədər ağır fiziki və ya ruhi xəstəliyin olması körpəlik depressiyasına səbəb olan amillərdir. Depressiya insan həyatının istənilən mərhələsində baş verə bilən beyin xəstəliyidir. Yəni, depressiya beynin kimyəvi maddələrindəki balanssızlıq nəticəsində yaranır və insanı bədbəxt, həyata qarşı istəksiz edir. Depressiyaya düşən insan başına gələn hər şeyə görə özünü məsul görür və günahlandırır. Həyata həmişə mənfi tərəfdən baxır. Gələcəklə bağlı gözləntiləri ümidsiz və bədbindir. O, dəyərsiz və sevilməyən olduğuna inanır. Bu səbəbdən hadisələri olduğundan daha şişirdilmiş görür və nəticəni həmişə ümumiləşdirmələr edərək şərh edir. Məsələn, “belə şeylər hər zaman başıma gəlir” deyir. Yaxud 100 ballıq imtahandan 75 bal toplayanda necə səhv etdiyini düşünüb özünü qınayır. O, hadisələri özünəməxsus şəkildə şərh edir, ixtiyari nəticələr çıxarır. Məsələn, “Dostum mənə zəng etmədi, yəqin ki, daha mənimlə danışmaq istəmir” kimi bir çox neqativ fikirlərdən istifadə edir. Depressiya genetik olaraq ötürülən bir xəstəlikdir, əgər ana və ya ata depressiyaya düşübsə, həmin faktorlar səbəbindən övladların da depressiyaya düşməsi ehtimalı yüksəkdir. Depressiyanın iki əlaməti mövcuddur ki, onlardan biri istəksizlik, digəri isə dad itkisidir. Yəni, depressiyaya düşən insanın heç nəyə həvəsi olmur, onu məcbur etsə də, gördüyü işdən həzz ala bilmir. Depressiyanın digər əlamətlərinə çarəsizlik, enerjinin azlığı, adaptasiyanın olmaması, dəyərsizlik və günahkarlıq düşüncələri, iştahda və ya çəkidə dəyişikliklər daxildir. Uşaqlardakı depressiya məktəbə getmək istəməmə, özünə inamın aşağı düşməsi, fobiyalar, qarın ağrısı, ürəkbulanma və ya baş ağrısı şəklində olur, həmçinin hiperaktivlik, əhval-ruhiyyə, tez qəzəblənmək kimi davranış pozğunluqları ilə də müşahidə edilə bilər. Bundan başqa, yalan danışmaq, evdən və ya məktəbdən qaçmaq kimi pis vərdişlər yaranır.

Müjde Yahşi qeyd edir ki, depressiya beyindəki kimyəvi maddələrlə əlaqəlidir. Xoşbəxtlikdən məsul olan serotonin hormonunun və həzzdən məsul olan dopamin hormonunun səviyyəsi azalır və uşaqlar, beləliklə, depressiyaya məruz qalır. Stress hormonları olan norepinefrin və kortizol səviyyələrində də artım var ki, bu da uşaq və yeniyetmələrin narahat, qəzəbli hiss etmələrinə səbəb olur, bununla da diqqəti toplamaqda və öyrənmədə problemlər yaranır. Bəzi uşaqlar və ya yeniyetmələr bu neqativ emosiyaları daxilən yaşarkən, bəzi uşaqlar onları üzdən ifadə edirlər. Duyğularını içdən yaşayan uşaqlar və yeniyetmələr utancaq, narahat və asılı xüsusiyyətlər nümayiş etdirirlər, onlar özlərini etibarsız hiss edir. Bu səbəbdən də özləri haqqında mənfi fikirlər formalaşdıraraq depressiyaya daha çox meyilli olurlar. Duyğularını ifadə edən uşaqlar davranış pozğunluqları göstərir, daha aqressiv davranış nümayiş etdirirlər, bu uşaqların pis mühitlərə cəlb olunması halları asanlıqla baş verə bilər. Uşağın yeddi yaşına qədər dil bacarıqları kifayət etmədiyindən diaqnoz çətin qoyula bilər. Lakin uşağın üz ifadəsi, davranışları, reaksiyaları və hərəkətləri bu diaqnozu asanlaşdıra bilər. Genetik meyil və neyrokimyəvi pozuntunun olması uşağı depressiyaya meyilli edir. Mənfi həyat hadisələri uşaq və yeniyetmələrdə depressiyanın inkişafına təkan verir.

“Bununla bağlı valideynlər diqqətli olmalıdır. Xüsusilə də “Buna görə narahat olma!”, “Özünü incitmə!”, “Bunu unutma!” kimi sözlər söyləməməlidir. Çünki unutmaq olmaz ki, bunlar uşağın öz iradəsindən kənar olan mənfi emosiyalar və düşüncələrdir, yəni tamamilə beyindəki hormonların nizamsız işləməsindən yaranır. Əgər uşağın davranışını dəyişdirmək mümkün deyilsə, onun hiss və düşüncələrini dəyişdirmək olar. Məsələn, uşağı müntəzəm idmanla məşğul olmağa təşviq etmək əhəmiyyətli olar. Çünki məşq zamanı orqanizm endorfin ifraz edir və insan özünü yaxşı hiss etməyə başlayır. Endorfin hərəkət edərkən, yəni idman edərkən, rəqs edərkən, tullanmaqda və ya qaçarkən ifraz olunan xoşbəxtlik hormonudur. Buna görə də müntəzəm idman və ya incəsənət kursu uşağınızın özünü yaxşı hiss etməsinə səbəb olacaq. Bundan başqa, uşağın ən geci saat 10:00 radələrində yatması çox vacibdir. Çünki xoşbəxtlik hormonu olan endorfin və yuxu hormonu olan melatonin həmin zaman çərçivəsində ifraz olunur. Uşağın özünü dinc və xoşbəxt hiss etməsi üçün yuxu rejimi pozulmamalıdır. Günəş şüaları gözümüzün tor qişasından daxil olduğu və sinirlər vasitəsilə epifiz vəzinə keçdiyi üçün serotonin miqdarını artıraraq insanı xoşbəxt hiss etdiyi üçün övladınızı günəşli havada parkda və ya bağda vaxt keçirməyə yönləndirmək yaxşı olar. Uşağın adətən etməkdən həzz aldığı işləri təkrarlaması üçün mühit yaratmaq lazımdır. Çünki həzz duyğusundan məsul olan dofamin hormonu insan sevdiyi işlərlə məşğul olduqda ifraz olunur. Məsələn, sevimli dostlarla oyun oynamaq, kinoya getmək və ya sevilən qidanı yemək dopamin ifrazını artırır. Depressiya koqnitiv davranış terapiyasına çox yaxşı cavab verir. Uşağa otağına qapanaraq, saatlarla yatmaqla və ya ictimai həyatdan uzaq durmaqla depressiyanın daha da pisləşəcəyini bildirmək lazımdır. Simptomlar yüngül olsa belə, mütləq uşaqlarla işləyən psixoloqa müraciət etmək mühümdür”, - deyə Müjde Yahşi əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər, Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

® Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir

Professor: Filizçay filizinin mürəkkəb tərkibi onun ənənəvi üsullarla zənginləşdirilməsini çətinləşdirir

Marqarita Kərimova-Sokolova: Üzeyir Hacıbəylinin irsi yaşayır, inkişaf edir və insanları davamlı olaraq birləşdirir