DÜNYA
Kyodo agentliyi: ABŞ “CV-22 Osprey” konvertoplanlarının uçuşlarını bərpa edir
Tokio, 3 sentyabr, AZƏRTAC
ABŞ hərbi-hava qüvvələri istifadəsi avqustun 18-də dayandırılan CV-22 Osprey konvertoplanlarının uçuşlarını bərpa edir.
AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 3-də Kyodo agentliyi etibarlı mənbələrə istinadla məlumat yayıb.
Bildirilir ki, bu barədə qərar konvertoplanların uçuşu zamanı risklərin aradan qaldırılması və bu məqsədlə pilotların ştatdankənar vəziyyətdə daha düzgün hərəkət etməsi ilə bağlı təlimlərdən sonra qəbul edilib.
Qeyd edək ki, “CV-22 Osprey” konvertoplanlarının istismara daxil edilməsindən sonra bu aparatlarla əlaqədar çoxsaylı hadisələr qeydə alınıb. Belə ki, iki belə aparat 2012-ci ildə Floridada və Mərakeşdə qəzaya uğrayıb. 2016-cı ildə İran körfəzində baş verən qəzada isə bir dəniz piyadası həlak olub. Bundan əlavə, 2017-ci ilin avqustunda Avstraliyanın şərq sahillərində növbəti qəza qeydə alınıb. Yaponiya ərazisində də “CV-22 Osprey” konvertoplanları ilə bağlı çoxsaylı kiçik qəzalar baş verib və bu, yerli əhali tərəfindən narazılıqla qarşılanıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2024 [17:37]
Monteneqro müstəqilliyinin 18-ci ildönümünü qeyd edir
- 20.05.2024 [16:57]
Əfqanıstanda avtobus qəzasında 5 nəfər ölüb, 11 nəfər yaralanıb
- 20.05.2024 [16:49]
Hindistanda avtomobilin dərəyə aşması nəticəsində 18 nəfər ölüb
- 20.05.2024 [16:30]
İndoneziyanın İbu vulkanı beş kilometr hündürlüyə kül püskürüb
- 20.05.2024 [16:17]
Siqaret hər il Laosda 6700 nəfərin ölümünə səbəb olur
- 20.05.2024 [16:10]