Azərbaycan Dövlət İnformasiya Agentliyi

“LAÇIN – XƏYANƏT”

Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 10 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Televiziyası “Laçın-xəyanət” adlı veriliş hazırlamışdır. Mayın 17-də efirə getmiş həmin verilişin mətnini oxuculara təqdim edirik.

APARICI: Təbiət muzeyi Laçın 10 il əvvəl ermənilərin əlinə keçdi. Yerüstü, yeraltı sərvətləri ilə öyündüyümüz 1835 kvadratkilometr sahə, 120 kənd, 90 məktəb, 54 klub, 67 kitabxana, 13 xəstəxana, 30 feldşer-mama məntəqəsi, minlərlə şəxsi və ictimai bina xəyanətin qurbanı oldu.

1992-ci il mayın 8-də Laçının dağ qardaşı, əlçatmaz qala sayılan Şuşanın xəyanət nəticəsində ermənilərə təslim edilməsi böyük faciələrdən xəbər verirdi. Ermənilər isə illərlə ürəklərində gizli gəzdirdikləri arzularına yaxınlaşmaqda idilər. Azərbaycanın o vaxtkı rəhbərlərinin maymaqlığı, siyasi korluğu isə bu planların həyata keçirilməsi, reallaşması üçün şərait yaradırdı. Azğınlaşmış düşmən bu fürsəti əldən vermək istəmirdi.

Şuşanın işğalından sonra şəhəri tərk edən pərakəndə dəstələr Turşuda cəmləşməyə başladılar. Lakin burada möhkəmlənmək, hücuma hazırlaşmaq əvəzinə, Laçına yaxın qala dərəsinə çəkildilər, oradan da Bakıya tərəf üz tutdular. Laçın düşmənlə üzbəüz qaldı. Tək, köməksiz, əliyalın laçınlılar təhlükənin anbaan yaxınlaşdığını hiss edir, respublikanın o vaxtkı rəhbərlərinə həyəcan dolu xəbərlər göndərir, baş verən olayları çatdırır, kömək istəyirdilər. Bakı isə kömək, silah-sursat göndərmək əvəzinə, laçınlıların bu müraciətlərinə məhəl qoymur, eşitmək istəmir, bütün tələbləri eyni sükutla qarşılayırdı.

ƏKBƏR ƏBDÜLƏZİMOV (Laçın rayonunun sakini): Biz xəyanətin qurbanı olmuşuq. Babalar, nənələr, nəvələr Ayaz Mütəllibov, Rəhim Qazıyev, İsa Qəmbərov, Etibar Məmmədov kimilərinin güdazına getmişlər. Bizim rayonu satıblar.

QURBAN MƏMMƏDOV (Laçın rayonunun sakini): Artıq on ildir ki, Laçın rayonu işğal olunubdur. Laçının və digər şəhər və kəndlərimizin necə işğal olunması barədə on ildir danışırıq. Bir tərəfdən, daxildə hakimiyyət uğrunda mübarizə aparanlar, digər tərəfdən isə, ermənilər bizi bu günə qoydular. O vaxt ikihakimiyyətlilik meydana gəlmişdi. Biri Mütəllibov hakimiyyəti idi, ikincisi Xalq Cəbhəsi hakimiyyəti. Mütəllibov hakimiyyətdən gedəndə dedilər ki, Laçını müdafiə etmək üçün çoxlu texnika cəmləşibdir. Ancaq necə oldu? Mayın 14-də Mütəllibov yenidən hakimiyyətə gəldi. Xalq Cəbhəsi isə ön cəbhəni buraxdı və dedi, bir halda ki, o, hakimiyyətə gəlir, biz geri çəkilməliyik. Elə oldu ki, Mütəllibovun hakimiyyəti bir gün çəkdi. Xalq Cəbhəsinin qüvvələri isə geri qayıdanda artıq gec idi. Yadımdadır ki, nə qədər tank var idi. Onun biri də erməniyə mərmi atmadı. Biz xəyanətin qurbanı olduq.

DÜRHƏSƏN İMANOV (baş ədliyyə müşaviri): Laçının etibarlı müdafiə olunmasının xüsusi əhəmiyyəti var idi. Lakin həmin vaxt dövlət rəhbərləri tərəfindən, xüsusilə respublikanın prezidenti olan Ayaz Mütəllibov, müdafiə naziri tərəfindən Laçının müdafiəsinin təmin olunması üçün heç bir tədbir görülmədi. Respublika rəhbərliyinə, müdafiə nazirinə bu barədə dəfələrlə müraciətlər olunmuşdu. Həmin vaxt rayon prokuroru kimi mən respublikanın baş prokuroru Murad Babayevə Laçının təhlükəsizliyinin təmin olunması üçün ölkə rəhbərliyi qarşısında məsələ qaldırmasını xahiş edirdim. Lakin respublikanın rəhbərliyi rayonun müdafiəsi üçün dövlət səviyyəsində heç bir tədbir görmürdü.

Şübhəsiz ki, həm Laçının, həm də Şuşanın müdafiəsi respublikanın rəhbərliyi tərəfindən etibarlı şəkildə təmin olunmalı idi. Həm Laçın, həm də Şuşa strateji əhəmiyyətinə görə yüksək səviyyədə müdafiə olunmalı idi. Lakin bu, belə deyildi, əhali öz torpağının müdafiəsi üçün dəfələrlə etdikləri müraciətin nəticəsini görmürdü. Laçın rayonu ancaq və ancaq yerli polis əməkdaşlarının və əhalinin hesabına müdafiə olunurdu. Laçının, Şuşanın müdafiəsi çox zəruri idi. Çünki Laçınsız Şuşanı, Şuşasız Laçını müdafiə etmək çox çətin idi.

Ayaz Mütəllibov 1992-ci ilin martında hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra onun yenidən hakimiyyətə gəlmək arzusu həmişə olmuşdur. O, bu arzunu həyata keçirmək üçün özünün həmfikirləri ilə, xüsusilə də həmin vaxt müdafiə naziri olan Rəhim Qazıyevlə tədbirlər görürdü.

 

Rəhim Qazıyev Şuşanın müdafiəsi ilə məşğul olmurdu. Əslində, Şuşanı müdafiəsiz vəziyyətdə saxlayırdı. Rəhim Qazıyev bildirirdi ki, Xankəndi-Şuşa yolu minalanmışdır, ermənilər Şuşaya girə bilməzlər. Əgər doğrudan da yollar minalanmışdısa, onda erməni hərbi birləşmələri Şuşaya necə daxil oldular? Yox, əgər minalanmamışdısa, müdafiə naziri bunu nə məqsədlə demişdi? Bütün bunlar onu göstərir ki, hər şey əvvəlcədən planlaşdırılmışdı. Ayaz Mütəllibovun hakimiyyətə gətirilməsi üçün Rəhim Qazıyev tərəfindən planlaşdırılmış bu tədbir nəticədə Şuşanın təslimi ilə başa çatdı.

Şübhəsiz ki, Şuşanın təslim edilməsi sonralar Laçının da təslim olunmasına şərait yaratdı. Bütün bu hadisələrin səbəbkarları həmin vaxt hakimiyyətə can atan Ayaz Mütəllibov, onun həmfikri Rəhim Qazıyev və digərləri idi. Onların xəyanətkar hərəkətləri nəticəsində Şuşa, sonra isə Laçın erməni hərbi birləşmələri tərəfindən işğal olundu.

Mayın 8-də Şuşa işğal olunanda rayon polis şöbəsindən Müdafiə Nazirliyinə kömək göndərilməsi barədə telefonla müraciət olubdur. Həmin vaxt Rəhim Qazıyev dedi ki, şayiə yaymayın, Şuşa getməyib, Şuşa bizdədir. Hətta telefonla danışmaq da istəmədi. Telefonun dəstəyini müavini Şahin Musayevə verdi. O da dedi ki, Şuşa bizdədir, işğal olunmayıbdır. Ancaq hamımız görürdük ki, Şuşanın əhalisi tamamilə çıxıbdır, şəhər işğal olunubdur. Onların torpaqlarımızın, vətənimizin, millətimizin qorunmasına münasibətləri bu idi.

Şuşa işğal olunduqdan sonra hərbi texnikanı Laçın ərazisindən keçirib Bakıya gətirdilər. Həmin vaxt Laçın əhalisi hərbçilərin qarşısına çıxaraq yalvarırdı ki, Laçını müdafiə etsinlər. Onlar isə bundan qəti imtina etdilər. Hətta əhali Laçının müdafiəsi üçün texnikanın rayonda saxlanmasını xahiş etsə də, buna da əhəmiyyət vermədilər. Onlar bildirirdilər ki, bizi Bakıya çağırırlar, oraya gedirik. Soruşanda ki, nə üçün müdafiə etmirsiniz? Onlar deyirdilər ki, biz hərbçiyik, əmrə tabeyik, əmr verilsin, biz də qalaq. Bütün bunların hamısı xəyanət idi. Torpaqlarımızı müdafiə etməli olanlar öz vəzifələrini yerinə yetirmirdilər.

APARICI: Laçın və Şuşa strateji cəhətdən çox əlverişli mövqedə yerləşdiyindən ermənilər daim bu ərazilərə göz dikmişdilər. Məqam düşdükcə, hər ikisinə müxtəlif illərdə hücumlar edirdilər. Amma onların arzuları hər dəfə puça çıxırdı.

1988-ci ildə yenidən başlanan hadisələrdə də Qarabağın Ermənistana birləşdirilməsi planında Laçın Və Şuşanin xüsusi yeri vardı. Düşmənin bu məqsədi gün kimi aydın olsa da, o zamankı respublika rəhbərləri ya bunu görmür, ya da özlərini görməməzliyə vururdular. Belə bir vaxtda öz çirkin niyyətlərinin həyata keçirilməsi üçün məqam yarandığını görüb-duyan ermənilər Şuşa və Laçını ələ keçirmək üçün dəridən-qabıqdan çıxır, məkrli məqsədlərinə çatmaq üçün hər cür hiylə və fırıldağa əl atır, Azərbaycan isə Mütəllibovun və onun havadarlarının kreslo, vəzifə canfəşanlığının törətdiyi faciəli günlərini yaşayırdı.

Ermənistanla ölüm savaşında çarpışan Azərbaycanın tarixində ilk dəfə olaraq, Mütəllibov hakimiyyətə yiyələnmək üçün torpaq alverinin, ağlasığmaz xəyanətin əsasını qoydu. Ali Sovetin 1992-ci il mayın 14-də keçirilən fövqəladə sessiyası əslində, məzhəkəçilər klubunun tamaşasını xatırladırdı. Xalqın taleyinə, hadisələrə bu qədər biganə, bəsit, dayaz münasibət bu tamaşanı seyr edən hər bir adamı heyrətləndirirdi. Özünün dediyi kimi, “iki ay özü-özü ilə danışan, başı daşdan-daşa dəyən” Ayaz Niyazoviç yenə nə qədər dayaz və primitiv idi. Bir neçə dəqiqəlik çıxışında özü-özünü təkzib edən, gah yalvaran, gah qışqıran, gah hədə-qorxu gələn, gah da özünü müdrik göstərmək istəyən Ayaz Mütəllibovun xalqa deyəsi sözü çoxdan qurtarmışdı. Ayaz Mütəllibov hakimiyyəti bir gün də əlində saxlaya bilmədi. Gəlişi kimi, gedişi də qanlı-qadalı hadisələrlə yadda qaldı.

ƏBÜLFƏT NADİROV \Laçın rayonunun sakini\: Laçın rayonu Ayaz Mütəllibovun başçılığı altında olan insanların və Xalq Cəbhəsinin hakimiyyət uğrunda apardığı davanın qurbanı oldu. Laçın rayonu 1988-ci ildən 1992-ci ilin mayına kimi yerli sakinlərdən ibarət dəstələrin hesabına müdafiə olunurdu və ermənilər də Laçına heç vaxt girə bilməzdilər. Lakin Ayaz Mütəllibov, o vaxt Xalq Cəbhəsinin üzvü olan və hazırda fəaliyyət göstərən müxalifət partiyalarının rəhbərləri hakimiyyət, var-dövlət yığmaq üstündə dava aparırdılar. Laçın bu oyunların qurbanı oldu. Onların yaratdığı şərait nəticəsində rayonumuz erməni qəsbkarları tərəfindən işğal olundu.

Əgər yaxşı dövlət başçısı olsaydı, rayonlarda yaxşı rəhbərlər olsaydı, erməni işğalçıları heç vaxt Laçına girə bilməzdilər. Biz laçınlılar hesab edirik ki, Xalq Cəbhəsinin o vaxtkı liderlərindən İsa Qəmbərovun, Surət Hüseynovun, Əlikram Hümbətovun var-dövlət toplaması, hakimiyyətə gəlməsi ucbatından rayonumuz ermənilərə tabe edildi. Onların Şuşadan, Laçından qüvvələri, texnikanı çıxarması nə demək idi? O demək idi ki, Laçın və Şuşa ermənilərə təhvil verilməlidir.

ŞAHİN PAŞAYEV \polis işçisi\: Laçın Xalq Cəbhəsi rəhbərlərinin kreslo davasının qurbanı oldu. Biz əvvəldən bilsəydik, onlara arxayın olmazdıq. Özümüz yerli əhali ilə torpağımızı müdafiə edirdik. Lakin sonra özünümüdafiə dəstələri peyda oldu. Onlar Laçını müdafiə etmədilər, oranı tərk edib qaçdılar. Bu da yerli camat arasında xaos yaratdı. Laçınlılar qorxmurdular, ancaq Bakıdan kiminsə əmri ilə ordunun geri qaytarılması camaatda əhval-ruhiyyəni aşağı saldı, döyüşkənlik əzmini qırdı. Ona görə də Laçın işğal olundu. Laçın ancaq və ancaq respublikanın keçmiş rəhbərlərinin - Ayaz Mütəllibovun, Rəhim Qazıyevin və Xalq Cəhbəsinin xəyanətinin qurbanı oldu.

APARICI: Bu boşluqdan və xaosdan istifadə edən, müqəddəs torpaqların təəssübünü çəkməkdən çox-çox uzaq olan, öz iddiası və hikkəsi olan bəzi müxalif partiya liderləri isə ağır anlarını yaşayan Laçın kartından, əslində, erməni xislətinə, məkrinə yaxın məqsədləri və siyasi imicləri üçün istifadə etməkdən çəkinmirdilər. Vətən, torpaq məhəbbəti, el-oba sevgisi bu adamların qəlbində buz bağlamış, onun yerində isə onlara hər şeydən əziz olan hakimiyyət hərisliyi baş qaldırmışdı.

HACI NİZAMİ \Bakı şəhərinin sakini\: 1995-ci il mayın 12-də Ali Məhkəmənin üzvü Ənvər Seyidovun rəhbərliyi altında doqquz ay yarım davam edən məhkəmə istintaqı başa çatdı və Laçın xəyanəti ilə əlaqədar cinayət işi yenidən istintaqa göndərildi. Laçın xəyanətində əli olan şəxslər indiyə qədər azadlıqda gəzirlər. Mən əsas günahkar Əbdürrəhman Vəzirovu, Ayaz Mütəllibovu, respublikamıza üç ay rəhbərlik etmiş Yaqub Məmmədovu görürəm. O Yaqub Məmmədovu ki, 1992-ci il mayın 8-də Tehran görüşlərində Levon Ter-Petrosyanla müqavilə imzalamışdılar ki, ermənilərə Laçından dəhliz verilsin.

Xəyanətkarların adı istintaq prosesində açıldığına görə və məhkəmənin qərarlarında göstərildiyinə görə, keçmiş müdafiə naziri Rəhim Qazıyev, Şuşa, Laçın ərazisində briqada komandiri Elbrus Orucov, onun müavinləri Rövşən Əkbərov, podpolkovnik Elçin Məmmədov, o vaxt Müdafiə Nazirliyində baş əməliyyat idarəsinin rəisi işləmiş Rüfət Əmirov, nazirliyin reyd briqadasının komandiri olmuş Cahangirov, Teymurov, Qənizadə Laçının verilməsində günahkar hesab edirəm. Təbii ki, rayonun ərazisində fəaliyyət göstərmiş Laçın polkunun fəaliyyətsizliyi və döyüşdə fəal mövqe tutmaması da bu işğalın səbəblərindən biridir.

Açığını deyim ki, rəhmətlik Çingiz Mustafayevin Laçın rayonunda çəkdiyi sonuncu videokassetə və mayın 18-də ermənilərin Laçına daxil olması ilə əlaqədar ermənilərin çəkdikləri videosüjetlərə baxanda bir daha yəqin etmişəm ki, bəli, Şuşanı da, Laçını da qoruya bilərdik. Çünki Laçında və Şuşada kifayət qədər texnikamız var idi.

AYDIN ABBASOV \Laçın rayon icra hakimiyyəti başçısının birinci müavini\: Laçının işğalından on il keçir. Hər bir Laçınlı kimi mənim də Laçından danışanda əsəblərim tarıma çəkilir. Çünki Laçın xəyanətin qurbanı olubdur. Əgər Laçın mülki əhalinin öz ixtiyarında olsaydı, özümüz müdafiə etsəydik, rayonumuz heç vaxt işğal olunmazdı. Laçının işğalının əsas günahkarlarını dəfələrlə demişik. Ancaq onlar haqqında heç bir tədbir görülmür. Qorbaçov, onun Xankəndidə oturtduğu Arkadi Volski, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, İsa Qəmbərov, Pənah Hüseynov əsas günahkarlardır. Bunu dəfələrlə demişik. Laçını satanlar bu gün azadlıqda gəzirlər.

Əgər biz bu məsələlər haqqında vaxtında prezident aparatına, Ali Sovetə, digər dövlət orqanlarına məlumat vermişdiksə, nəyə görə tədbir görmürdülər? Prezident aparatına, Ali Sovetə, Milli Təhlükəsizlik orqanına - hamısına dəfələrlə müraciət etmişdik. Ancaq heç bir nəticə olmayıbdır.

Laçın rayonu ilə həmsərhəd olan erməni kəndləri var idi - Qaladərəsi və Böyükkənd. Qaladərəsindəki məktəb silah-sursat anbarına çevrilmişdi. Görusa vertolyot ilə canlı qüvvə, silah daşıyırdılar. Biz bu barədə dəfələrlə məlumat vermişdik, amma nəticəsi olmadı.

Strateji əhəmiyyətə malik olan yerlərin hamısına ağ bayraqlar taxırdılar. Əgər biz vaxtında bunu deyirdiksə, xəbər verirdiksə, imdad diləyirdiksə, bəs, onların bizə nə köməyi oldu? Heç bir köməyi olmadı!

Martın 4-də rayon ağsaqqallarından 20 nəfər çox çətinlikdən sonra Ayaz Mütəllibovun qəbulunda oldu. Güc nazirlərinin hamısı orada iştirak edirdi. Ağsaqqallarımız dedilər ki, Laçın pis vəziyyətdədir, Xocalıda baş verən faciə Şuşanı da, Laçını da gözləyir. Amma Ayaz Mütəllibov ağsaqqallara cavab vermişdi ki, görək haradan bir tank tapıb sizə verə bilərik. Ağsaqqallar da demişdilər ki, bizə tank verin, pulunu özümüz verək. Heç bir kömək olmadı. Ağsaqqallarımız oradan əliboş qayıtdılar.

Laçını müdafiə etmək olardı. Əgər vaxtilə Sultan bəy Laçını müdafiə etmişdisə, nəyə görə müdafiə edə bilməyəydik?! Laçına ordu adı ilə quldur dəstələri gətirilmişdi. Hərənin bir dəstəsi, batalyonu var idi. Könüllü batalyon deyirdilər, başıpozuq dəstə idi. Onunla nə etmək olardı? Orada vəzifədən çıxmış, narazı adamlar, Xalq Cəbhəsinin adamları toplaşmışdırlar. Heç bir təlim görməmiş adamların hərəsi bir rütbədə gəlib dəstə yaradırdı. Ona görə də Laçını pis vəziyyətdə qoydular.

Şuşa verilən gün, mayın 8-də axşam saat 11-dən gecə saat 1-dək bütün respublikaya haray saldıq, prezident aparatına məlumat verdik, heç kəs bizi eşitmədi. Hamı bircə şey deyirdi, qorxmayın, Şuşanı da alacağıq, uydurmadır, şayiər yaymayın. Biz isə haray salırıq ki, Şuşa gedib, Şuşa yoxdur. Sonra elə bir vəziyyət yarandı ki, biz rəhmətlik Afiyəddin Cəlilov ilə danışa bildik. O da rəhbərliyə çatdırmışdı. Lakin yenə də heç bir kömək ola bilmədik.

Şuşa gedəndən sonra Laçın çıxılmaz vəziyyətdə qaldı. Laçın məngənədə sıxılırdı. Bir tərəfdən Dağlıq Qarabağın erməniləri, digər tərəfdən Ermənistanın Gorus rayonu arasında qalan Laçının heç bir yerə çıxışı yox idi. Blokada vəziyyətində yaşayırdı. Mülkü əhali hələ çıxmamış, mayın 13-də ordu hissələri Laçını tərk etdi. Belə bir vəziyyətdə Laçını müdafiə etmək qeyri-mümkün idi. Respublika rəhbərliyindən heç bir kömək göstərilmirdi. Ona görə də Laçın xəyanətin qurbanı oldu. Bayaq sadaladığım adamların hamısının ümumi satqınlığı nəticəsində Laçın işğal edildi.

APARICI: 1992-ci il mayın ilk ongünlüyü idi. Respublikamızın hər yerində Laçın həyəcanı dolaşmaqda idi. Hakim dairələr isə bu həyəcandan uzaq olub, hələ də baş verən hadisələrə etinasız, seyrçi mövqeyində durmaqda davam edirdi. Belə bir vəziyyətdə laçınlılar yaxınlaşan faciənin nəfəsini hər an hiss edirdi. Belə bir məqamı gözləyən ermənilər isə fürsətdən istifadə edir, Hadrut rayonu ərazisindən hücumlara keçir, son ümid yeri olan Qubadlı yolunun bağlanması təhlükəsi yaranırdı. Düşmən əhatəsində qalan Laçına kömək etmək, silah-sursat yollamaq əvəzinə, oraya respublikamızın müxtəlif bölgələrindən maşınlar göndərilir, əhalinin kütləvi köçürülməsinə başlanırdı.

O vaxtlar respublika rəhbərliyini ələ keçirməyə çalışan Xalq Cəbhəsinin fəalları bu xəyanət kampaniyasının icraçılarına rəvac verir və tarix qarşısında misli görünməyən cinayət törədirdilər.

ƏKBƏR ƏBDULƏZİMOV: Xəyanət olub, Laçında biz 259 nəfər şəhid vermişik, 260 nəfər əlilimiz var. Avtobuslar gəldi, qabağına “Mingəçevir”, “Sumqayıt” və başqa adlar yazılmışdı. Bizi bu günə qoyan Xalq Cəbhəsi oldu. Müxalifətin kürsü davasına görə biz vətənimizdən didərgin düşmüşük.

Mən özüm Quşçu kəndindənəm. Bizim 29 nəfər avtomatla silahlanmış cavanlarımız vardı. Onlar kəndi möhkəm qoruyurdular. Avtobus gəlib təxribat törədilməyənə qədər onlar kəndi düşmənə vermədilər. Xalq Cəbhəsinin nümayəndələri maşınla gəlib əhaliyə deyirdilər ki, köçün, yoxsa bir-iki günə sizi qıracaqlar. Onlar Etibar Məmmədovun və İsa Qəmbərin adamları idi. Onlardan savayı camaat arasında təxribat aparan yox idi.

APARICI: Laçın son günlərini yaşayırdı, inləyirdi. Bu iniltini eşidən, bu ağrını duyan, köməyə gələn isə yox idi. Başda oturanlar qəflət yuxusuna getmişdilər.

RAMİZ CƏBRAYILOV (Bakı şəhərinin sakini): Laçının süqutunun son günləri idi. Axşam radiodan eşitdim ki, Ali Sovetdə növbədənkənar sessiya keçirilib, Mütəllibov hakimiyyətə qayıdıbdır. Veriliş qurtarandan sonra gördüm ki, bütün qoşun Bakıya tərəf istiqamət götürübdür. Radioda elan verdilər ki, Xalq Cəbhəsindən olan bütün qüvvələr təcili Bakıya qayıtmalıdır. Halbuki, Laçın bütün mövqelərdən ermənilərin atəşinə məruz qalmışdır.

Qoşun son nəfərə kimi Laçını tərk etdi. Hamısı Ali Sovetin qabağına gəldi. Niyə? İsa Qəmbəri, Elçibəyi hakimiyyətə gətirmək üçün. Bu adamlar üçün hakimiyyətə gəlmək hər şeydən, Şuşanın, Laçının işğalından da üstün idi. Torpaqlarımızın işğalını, millətin qırılmasını fikirləşməyən bu adamlar üçün hakimiyyətə gəlmək başlıca məqsəd idi.

TAHİR BAYRAMOV (Bakı şəhərinin sakini): Bir tərəfdən deyirdilər ki, Elçibəy prezident olmalıdır, onda torpaqlarımızı qoruya bilərik. Digər tərəfdən, Etibar Məmmədov deyirdi ki, məni prezident seçin torpaqları qoymayım işğal olunsun. O biri tərəfdə də Ayaz Mütəllibovun dəstələri var idi. Onların heç birini torpaq maraqlandırmırdı, arzuları ançaq kürsü ələ keçirmək və var-dövlət yığmaq idi. Biz bu cür çəkişmələrin, kürsü davasının qurbanı olmuşuq. Torpaqlarımız da elə bu səbəbdən işğal edilmişdir.

Laçının işğalı ilə bağlı günahkarlar haqqında nə deyə bilərəm? Torpaqlarımızın işğalında ən böyük günahkar Vəzirov olubdur. Torpaqlarımızın işğal olunmasının bünövrəsini o qoyubdur. Torpaqlarımızın itirilməsində günahkar Ayaz Mütəllibov, Yaqub Məmmədov, İsa Qəmbər, Etibar Məmmədov, Arif Hacıyev, Əli Kərimov, Rəhim Qazıyev, Fəhmin Hacıyev, Surət Hüseynov olublar. Onlar hamısı Laçının, Şuşanın verilməsində böyük rolu olan, Xocalı faciəsində əlləri qana batmış canilərdir, Vətən xainləridir. Onları nə xalq bağışlayar, nə də Allah. Onların hər biri gec-tez öz cəzasını almalıdır. On ildə onların cəzalandırılması ilə əlaqədar ancaq söhbətlər gedir. Amma onlardan bir neçəsi haqqında tədbir görülüb, bəs qalanları?

Bu gün özlərini müxalifət adlandıran qüvvələr var. Bu adamlar o dövrdə əlləri qana batırmış cinayətkarlardır. Hüquq-mühafizə orqanları on ildir ki, istintaq aparırlar. Bu müddətdə Laçın camaatı - ağsaqqalı da, uşağı da hamısı deyir ki, Laçının işğalında kimlərin əli var. Hüquq-mühafizə orqanları onların haqqında niyə tədbir görmür?

AYDIN ABBASOV: Danişanda əsəblərim tarıma çəkilir. Çünki Laçının işğalından həyacansız danışmaq mümkün deyildir. Nəyə görə 1883 kvadratkilometr ərazisi olan Laçın işğal olundu? Onun bir qəsəbəsi, Laçın şəhərinin özü, 125 kəndi kimin qurbanı oldu? Nəyə görə işğal edildi? Bəli, Laçın xəyanətkar, səriştəsiz rəhbərlərin, cəbhəçilərin, isa qəmbərlərin hesabına düşmən tapdağına çevrildi.

Postda duran laçınlıları istirahət adı ilə postdan çıxarırdılar, onların yerinə Surət Hüseynovun, Rəhim Qazıyevin, Əlikram Hümbətovun adamlarını yerləşdirirdilər. Onlar da üç gündən sonra döyüşsüz-filansız postlarını qoyub getdilər.

Bax, Laçın belə bir vəziyyətdə işğal olundu. Başqa cür Laçını işğal etmək mümkün deyildi. Sonradan məlum oldu ki, kömək əvəzinə, Rəhim Qazıyevin iki teleqramı tapılıbdır və bunlarda postları tərk etmək barədə göstərişlər varmış. Ona görə də Laçın ikinci dəfə yenidən işğal olundu. Rəhim Qazıyev orduda da təxribat yaratmışdı. Bu adama nə ad vermək olar? Görün, o, nə qədər alçaq adamdır ki, 1992-ci il aprelin 30-da onun əmrinə əsasən, Laçının könüllü batalyonu Elburus Orucovun polku ilə birləşməli idi. Laçın işğal olunana qədər onun bu əmri polkda müzakirə edilməyib, gizli saxlanılıbdır.

Ona görə də başıpozuqluq yaranmışdı. Ayrı-ayrı dəstələr şəklində olan ordu, əlbəttə, dağılmalı idi və hamısı da dağıldı. Ordu çıxıb gedəndən sonra mülki adamlar pis vəziyyətdə qaldılar. Görün, biz bu cür başıpozuqluğun hesabına nələr itirmişik. Təkcə 48 sənaye obyekti, 63 kənd təsərrüfatı, 108 təhsil, 217 mədəniyyət, 460 ticarət, 96 məişət xidməti, 30 rabitə, avtonəqliyyat müəssisəsini, yeraltı, yerüstü sərvətlərimizi itirmişik. Ata-baba qəbiristanlıqlarımız düşmən tapdağında qalıbdır. Laçını verməklə 72 min hektarlıq yaylaq sahəsini itirmişik. Laçına 7 milyard ABŞ dolları məbləğində ziyan vurulubdur. Bütün bunların hamısının günahkarı həmin dövrün səriştəsiz rəhbərləri olmuşdur.

APARICI: Həmin günlər Azərbaycanın tarixinə misli görünməmiş xəyanət ssenarisi yazılırdı. Siyasi oyunların girdabında çabalayan dağ vüqarlı Laçın sınırdı. Hakimiyyət kürsüsü həvəsi ilə alışıb yanan cəbhə-müsavat cütlüyü isə bu yolda hər cür xəyanətdən cəkinmirdi.

TAHİR BAYRAMOV: Bu gün həmin adamlardan heç biri köçkünlərin vəziyyəti ilə maraqlanmır. Mütəllibov Moskvada oturub, biri Amerikada, qalanları da Bakıda oturublar. Xalqın varını-varıdatını talan edib, özləri üçün villalar tikdiriblər, “Mersedes” alıblar, cangüdənlərlə gəzirlər. Yaxşı, bu cadırlarda yaşayan insanların, həyatdan, Allahın verdiyi ömürdən tez köçən insanların ahı onları nə vaxt tutacaqdır? İsa qəmbərləri, əli kərimovları, etibar məmmədovları tutacaqdır.

Azərbaycan xalqının bir nicatı var. Torpaqlarımızın azad olunması yolunda ölkəmiz üçün düzgün siyasi xətt Prezidentimizin siyasətidir. Dövlətimizin başçısı elə uzaqgörən xətt götürüb ki, gələcək nəsillərimiz Azərbaycanda çox yaxşı həyat sürəcəklər. Ümidimiz ançaq ölkəmizin rəhbəri Heydər Əliyevədir.

DÜRHƏSƏN İMANOV : Millətimiz, xalqımız, möhkəm inanır ki, biz torpaqlarımıza qayıdacağıq. Çünki indi bizim dünya şöhrətli, qüdrətli, qətiyyətli, millətini, xalqını sevən Heydər Əliyev kimi rəhbərimiz var.

APARICI: Laçın onu bu zülmdən, əsarətdən qurtaracaq oğulların dağları, daşları lərzəyə gətirən, yerindən tərpədən nərəsini gözləyir. Vətənin Laçın yarasından qan sızır. Laçın laqeydliyin, satqınlığın qurbanı oldu. Bu satqınlığın, qədirbilməzliyin damğasını alnında gəzdirənlər isə Vətən, torpaq qarşısındakı günahlarını yuya bilməyəcəklər.

İllər gəlib keçər, amma el tənəsindən, torpaq qağışından qurtarmaq mümkün deyildir. Bu, qınaq Vətən xainlərindən, torpaq işğalçılarından qisas tələb edir. Laçın yarası elə o vaxt sağalacaq. Vətən torpağı da elə onda bütünlükdə güləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb

MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb

Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür

Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur

Braziliya Ciu-citsu İctimai Birliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş seminar təşkil edib

Təhsil eksperti: Yeni hüquqi tənzimləmələr gənclərin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək

Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Hacı Əliyev: Azərbaycan güləşində uğurlu yolumu artıq məşqçi kimi davam etdirəcəyəm

Emin Əmrullayev Azərbaycan və Qazaxıstanın təhsil sahəsində əməkdaşlığını yüksək qiymətləndirib

Uşaqların erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsi özünəinam problemlərini dərinləşdirə bilər - MÜSAHİBƏ

®  “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Turan Tovuz” kapitanı ilə vidalaşıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli 533 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb

® Qızıl kreditini bu banka gətirənlərə endirim var

Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır

Səudiyyə Ərəbistanı və Türkiyə dəmir yolu əlaqələrinin inkişafı ilə bağlı memorandum imzalayıb - YENİLƏNİB

Azərbaycanı güləş üzrə dünya çempionatında iki hakim təmsil edəcək

DÇ-2026: Azarkeşlər ödəniş müqabilində adlarını stadionlardakı monitorlarda nümayiş etdirə biləcəklər