Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Leyla Əliyeva: “Rusiya ilə bizim ortaq cəhətlərimiz çoxdur”

Bakı, 8 oktyabr (AZƏRTAC). Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Rossiya-24” telekanalına müsahibə vermişdir. Müsahibədə Fondun işi barədə, habelə RF ilə əməkdaşlıq haqqında söhbət açılır.

AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Leyla xanım, Sizinlə burada, Bakıda görüşmək və söhbət etmək kimi gözəl bir imkan yaratdığınıza görə Sizə təşəkkür edirəm. Bir gündən çoxdur ki, buradayıq və hər yerdə azərbaycanlıların, bakılıların səmimiyyətini, mehribanlığını və qonaqpərvərliyini müşahidə edirik. Bu, təkcə ruslara münasibətdə belədir, yoxsa nə ilə bağlı ola bilər?

- Çox sağ olun. Sizdən belə sözlər eşitmək çox xoşdur. Əlbəttə, biz hamıya bu cür münasibət bəsləyirik, çünki azərbaycanlılar çox qonaqpərvər insanlardır. Biz qonaqpərvər xalqıq, bu bizim qanımızda, canımızdadır. Bizə qonaq gələndə həmişə sevinirik. Ona görə ki, Azərbaycan həmişə tolerantlığı ilə məşhur olmuşdur, müxtəlif millətlərə, dinlərə, mədəniyyətlərə mənsub olan insanlar əsrlər boyu burada bir böyük ailə kimi yaşamışlar. Azərbaycanda bu gün də çox millətlərin nümayəndələri yaşayır, küçələrdə müxtəlif dillərdə danışan insanlara rast gəlmək olar. Bizdə müsəlman məscidi ilə yanaşı katolik kilsəsi, pravoslav kilsəsi, yəhudi sinaqoqu vardır, bütün insanlar sülh və həmrəylik şəraitində yaşayırlar. Mənim fikrimcə, bu, çox əhəmiyyətlidir, xüsusən müasir dünyada. Rusiyaya gəldikdə isə, bizi tarix, mədəniyyət bağlayır, bizim ortaq cəhətlərimiz çoxdur. Azərbaycan məktəblərində rus dilinin öyrənilməsi bu gün də tam həcmdə davam edir, bizdə Rus Dram Teatrı, Bakı Slavyan Universiteti, Rus Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bizdə ümumi cəhətlər çoxdur və biz rusiyalı qonaqları burada görməyə həmişə şadıq.

- Çox sağ olun. Leyla xanım. Siz Heydər Əliyev Fondunun Moskva bölməsinə rəhbərlik edirsiniz. Bu Fondun fəaliyyətinin məqsədlərindən biri də mədəni mübadilə və Azərbaycanda mövcud olan dəyərlərin təbliği məsələləridir. Siz Rusiyadan turistlər cəlb edə bilirsinizmi?

- Bilirsiniz, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi beş il bundan əvvəl açılmışdır. Fondun dünyada ilk nümayəndəliklərindən biri məhz Rusiyada açılmışdır. Bu müddətdə biz həqiqətən çoxlu mədəni layihələr həyata keçirmişik. Biz daim tələbə mübadiləsi aparırıq, hər il yayda Rusiyadan Azərbaycana və Azərbaycandan Rusiyaya 20-30 nəfər dəvət edirik. Professorları, müəllimləri, pedaqoqları sadəcə onun üçün dəvət edirik ki, onlar ölkəmizlə yaxından tanış ola bilsinlər. Rusiyada isə müntəzəm surətdə müxtəlif mədəni tədbirlər, bayramlar keçiririk. Bu yaxınlarda Rusiyada Azərbaycan Mədəniyyət Mərkəzi açmışıq. Bu müddətdə orada çoxlu maraqlı tədbirlər keçirmişik. Bizim yaxşı layihələrimiz çoxdur. Yaxın vaxtlarda, dəqiq desəm üç həftə bundan əvvəl Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsü, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş məktəb açılmışdır.

- Sizin Fondun fəaliyyətində təhsil məsələsi geniş yer tutur. Azərbaycandan təxminən minə yaxın tələbə xaricdə təhsil alır...

- Bəli, bu, dövlət proqramıdır. Fonda gəldikdə isə o ümumiyyətlə həyatın müxtəlif sahələrini əhatə edir. Lakin təhsil çox mühüm sahələrdən biridir və Fond tərəfindən Azərbaycanda 400-ə yaxın məktəb tikilmiş və təmir edilmişdir. Hər məktəbin ən müasir texnologiyalarla təchiz olunmuş kompyuter sinfi vardır. Fond dərsliklər nəşr edir, məktəbliləri oxumağa göndərir. Ən başlıcası, bu məktəblər təkcə Azərbaycanda deyil, Pakistanda, Rumıniyada, Rusiyada, Gürcüstanda, Misirdə də tikilir. Yəni, çox geniş əhatə dairəsi vardır. Budur, bu yaxınlarda Həştərxanda məktəb açılmışdır. Fikrimcə, biz bu istiqamətdə işi bundan sonra da davam etdirəcəyik.

- Bəs bu işdə Fondun marağı nədən ibarətdir? Axı aydındır ki, həmin məktəblərdə təkcə Azərbaycan diasporunun nümayəndələri oxumayacaqlar...

- Fond 2004-cü ildə yaradılmışdır. O, bizim ümummilli lider Heydər Əliyevin adını daşıyır və onun əsas məqsədi Heydər Əliyevin başladığı xeyirxah işləri davam etdirməkdir. Ona görə biz həm bu sahədə, həm də səhiyyə sahəsində xeyriyyəçiliklə məşğul oluruq. Fond tərəfindən Azərbaycanda regionda ən böyük talassemiya mərkəzi tikilmişdir. Yaşı 14-dən aşağı olan, diabet xəstəliyindən əziyyət çəkən uşaqların hamısı pulsuz vaksinlərlə təmin edilir, əlillər üçün mərkəzlər, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internatlar tikilir. Fondun fəaliyyət miqyası çox genişdir. Əlbəttə, elmə, mədəni tədbirlərə böyük diqqət yetirilir. Keçən il biz Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyini dünyanın müxtəlif ölkələrində, o cümlədən Rusiyada qeyd etdik. Bu münasibətlə konsertlər, sərgilər təşkil edildi. Bu, çox geniş fəaliyyətdir. Ən başlıcası, bu müddət ərzində Fond həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda əhalinin bütün təbəqələrinin dəstəyini, etimadını qazanmağa müvəffəq olmuşdur.

- Lakin mən əminəm ki, Siz yaşıdlarınızla işləməyi daha çox xoşlayırsınız. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatını nəzərdə tuturam. Fikrinizcə, belə bir təşkilatın yaradılması nə üçün lazım idi və bu gün o, Azərbaycan ilə Rusiya arasında münasibətlərdə yaranmış əlverişli ab-havaya nə kimi töhfə verir?

- RAGT də təxminən 5 il bundan əvvəl yaradılmışdır. Mən heç gözləməzdim ki, bu təşkilat bu qədər fəal və uğurlu olacaqdır. RAGT abbreviaturunu rus dilində AMOR şəklində yazmaq qəbul edilmişdir. Bu, həm Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı, həm də “məhəbbət” deməkdir. Həqiqətən, xalq sevgisi, məhəbbət ideyaları Azərbaycan gənclərini birləşdirməyə, onların Rusiya cəmiyyətinə inteqrasiyasına və Azərbaycan mədəniyyətini Rusiyada layiqincə təmsil etməsinə kömək olmuşdur. İndi, demək olar ki, bütün universitetlərdə azərbaycanlı gənclər klubları fəaliyyət göstərir. Maraqlıdır ki, başqa ölkələr də bizdən nümunə götürmüş və özlərinin gənclik klublarını açmağa başlamışlar. Onlar da öz ölkələrini, öz mədəniyyətlərini təmsil edirlər. Gənclər arasında çox sıx ünsiyyət prosesi gedir. Biz mütəmadi olaraq Rusiyadan Azərbaycana 30-40 tələbə dəvət edirik. Oktyabrın 12-dək biz Moskvada RAGT-nin dördüncü konfransını keçirməyə hazırlaşırıq. Layihələrimiz çoxdur. Bir qədər ətraflı götürsək, biz “Qanın milləti yoxdur” adlı təmənnasız qanvermə layihələrində mütəmadi iştirak edirik. Əvvəlcə fikirləşirdim ki, bizim gəncləri bu işə sövq etmək lazım gələcəkdir, lakin məlum oldu ki, onlar özləri təşəbbüs göstərirlər. Bəli, onlar hər ay uşaq evlərinə gedir, uşaqlara, tələbələrə kömək edirlər. Yaxın vaxtlarda bizim fəal həkimlər narkotiklərin və tütünün zərəri barədə, QİÇS barədə universitetlərdə mühazirələr təşkil etmişdilər. Onlar müxtəlif ali məktəblərə gedir, orada mühazirələr oxuyur, kitabçalar paylayırlar. Bundan əlavə, onlar uşaq evlərində şənliklər təşkil edir, uşaqlara kömək edirlər. Bu çox vacibdir. Ona görə ki, gənclərin gücü çoxdur və onlar başa düşməlidirlər ki, çox iş görə bilərlər.

- Siz həm də ətraf mühitin müdafiəsi tədbirləri üzrə IDEA adlanan beynəlxalq dialoq təşkilatını təsis etmisiniz. Ekologiya təşkilatı yaratmağa Sizi nə sövq etmişdir?

- IDEA layihəsinin başlanmasından artıq bir il keçir. Əlbəttə, bizim əsas məqsədimiz ətraf mühiti qorumaq və planetimizi gözləyən təhlükə barədə gəncləri məlumatlandırmaqdır. Çünki çoxları bunu bilmir, bu barədə fikirləşmir. IDEA-nın fərqləndirici cəhəti ondan ibarətdir ki, biz bu problemə kreativ yanaşmışıq. Başqa sözlə desək, biz müxtəlif müsabiqələr keçirməyə çalışırıq. Bu layihə üzrə axırıncı işimiz ceyran maketləri yaratmaq olmuşdur. Ona görə ki, ceyranlar məhv olmaq təhlükəsi qarşısındadır. Bütün dünyanı təmsil edən müxtəlif rəssamlar ceyran şəkilləri çəkmişlər. Bununla biz ictimaiyyətin diqqətini belə bir məqama cəlb edirik ki, ətraf mühiti qorumaq, heyvanları müdafiə etmək lazımdır. Mənim fikrimcə, bu çox vacibdir. Yaxın vaxtlarda mən Həştərxanda olanda məktəb şagirdləri arasında balaca qu quşunun qorunması mövzusunda müsabiqələr keçirməyi müzakirə etdik. Bu yaxınlarda biz “Yer kürəsi uşaqların gözü ilə” mövzusunda fotomüsabiqəyə başlamışıq. Həmin müsabiqədə dünyanın müxtəlif ölkələrindən 2 minə yaxın məktəbli iştirak edir.

- Sizi düzgün başa düşmüşəmsə, Siz ətraf mühitin qorunması məqsədi ilə yanaşı, həm də Azərbaycan və Rusiya yeniyetmələrinin qarşılıqlı inteqrasiyası üçün bir vasitə yaradırsınız.

- Əlbəttə, mədəniyyət və incəsənət məhz belə bir vasitədir. Biz hər işə kreativ yanaşmağa çalışırıq. İncəsənətin bütün növləri: fotoşəkillər, rəsmlər, şeirlər, poemalar bu işə cəlb olunmuşdur. Bu həm də gənclərin öz imkanlarını üzə çıxarmasına şərait yaradır.

- Bildiyimə görə Siz ekologiya, musiqi, təhsil məsələləri ilə məşğul olmaqdan əlavə, jurnal da nəşr edirsiniz. Ümumiyyətlə, Sizin üçün “mümkün olmayan” sözü mövcuddurmu?

- Xeyr. Mənim fikrimcə, mümkün olmayan şey yoxdur. Kim bir işi “bacarmaram” deyirsə, deməli o, həmin işi görməyi yetərincə istəmədiyini bildirir. Demək istəyirəm ki, əgər insan bir işi görməyi ürəkdən istəsə, istədiyinə inansa, çox şey edə bilər. Əsas odur ki, gördüyün iş həqiqətən faydalı olsun. Bu işin müsbət nəticələrini görəndə, onun xeyir verdiyini görəndə daha çox iş görmək istəyirsən.

- Leyla xanım, Siz gənc, əzmkar və nə gizlədim, çox gözəl şərq qadınısınız. Axı bütün bu tədbirlər olduqca çox vaxt tələb edir. Üstəlik, uşaqlarınız da var. Onlara da diqqət yetirmək lazımdır. Siz bütün bunlara necə vaxt tapırsınız?

- Elədir, mənim iki övladım var. Tezliklə onların 4 yaşı tamam olacaqdır. Əlbəttə, mənim üçün ən vacibi uşaqlar və ailədir. Mən isəyirəm ki, valideynlərimin mənə verdiklərini mən də öz uşaqlarıma verə bilim. İstəyirəm ki, onlar həmişə sevgi və qayğı ilə əhatə olunsunlar. Bu, ən vacib məsələdir. Mən bütün dünyanı gəzməli oluram. Lakin uşaqları da özümlə götürürəm. Buna görə də darıxmıram. Vaxt məsələsinə gəldikdə isə, vaxt tapmaq olar. Təki hamı sağlam olsun.

- Təəssüf ki, efir vaxtı məhduddur. Mənə təkcə o qalır ki, bu cür maraqlı söhbətinizə görə sizə təşəkkür edim. Azərbaycanda deyilən kimi çox sağ olun.

- Siz də sağ olun.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın ilk Xalq artisti - Hacıağa Abbasov

Şuşada bayram namazı qılınıb

Bakıda Qurban bayramı namazı qılınıb VİDEO

GUAM ölkələri nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Vətən müharibəsindən sonra 473 hərbçi 566 ədəd yüksək texnologiyalı protezlə təmin edilib

Qurban bayramı: Səxavət, halallıq və həmrəylik rəmzi

® “Rabitəbank” Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək olub

Samuxda yabanı halda bitən 3 tondan çox çətənə məhv edilib

ABŞ-da atışma olub, 9 nəfər yaralanıb

Sunak: Ukraynada sülh Kiyev üçün məqbul şərtlərlə bərqərar edilməlidir

Tramp: ABŞ üçüncü dünya müharibəsi riskindən xilas olmalıdır

Ahıl şəxslər üçün “Fiziki aktivliyin yaşı yoxdur" adlı tədbir təşkil edilib

TDT: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru

15 iyun tariximizin ən parlaq səhifələrindən biridir

“Avro 2024”: Son çempion turnirə qələbə ilə başlayıb

Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Avropa çempionatları tarixində ən erkən qol vurulub

Milli Qurtuluş Günündə Şirvanda “Xilaskar” filmi nümayiş olunub

Şimali Kipr Prezidenti Ersin Tatar əlamətdar günlər münasibətilə Azərbaycanı təbrik edib

“Vəhdəti-vücud” günü

Ermənistanda Daşnaksütyun partiyasının 20-yə yaxın üzvü saxlanılıb

“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şuşa Bəyannaməsi bu müdrik kəlamların həyatiliyinin təsdiqidir – ŞƏRH

Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib

Azərbaycanda yay turizm mövsümünə start verilib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndər Heydər Əliyev həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb - ŞƏRH

“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb

Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub

Tbilisidə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Fransada fermerler yenidən nümayişə çıxacaqlarını bəyan ediblər

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

ŞKTR parlamentinin spikeri Heydər Əliyevin Azərbaycanın xilasında tarixi rolunu vurğulayıb

Türkiyəli ekspert: Bakı ilə Ankaranın birliyi Türk dünyasının həmrəyliyinin stimuludur VİDEO

Şuşada “Türk dünyası-2040: gələcəyə konseptual baxış” mövzusunda panel sessiya təşkil olunub

“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib

III Beynəlxalq Bakı Piano Festivalı ərəfəsində mətbuat konfransı keçirilib

Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Tahir Mirkişili: İyunun 15-i Azərbaycan tarixinə yeni dövrün başlanğıcı kimi düşüb

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən 14 nəfər saxlanılıb VİDEO

Şuşada partiya diplomatiyasının yeni dialoq platforması olması ilə bağlı müzakirələr aparılıb

Finlandiya quş qripinə qarşı vaksin alır

SOCAR-ın “Eko park”ında QHT nümayəndələri ilə görüş keçirilib

Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir

Azərbaycan tamamilə müstəqil siyasət yürüdən ölkə kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb - RƏY

“Kəpəz” klubu iki legioner futbolçu ilə yollarını ayırıb

Bu il Hindistandan ölkəmizə 90 mindən çox turist gəlib

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Qafqazda sülhün bərqərar olması deməkdir

Hulusi Kılıç: Şuşa Bəyannaməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatıdır

Kənan Quluzadə: Bu il turist sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağına inanırıq

Azərbaycanda ilk və tək qadın futbol məşqçisini yaxından tanıyaq

Aygün Attar: Şuşa Bəyannaməsi TDT-də birliyi gücləndirən amillərdən biridir

Baş Prokurorluq: Beynəlxalq axtarışda olan şəxs Avstriyaya təhvil verilib

Türkiyənin nazirləri Azərbaycan rəhbərliyini və xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər

Səməd Seyidov: Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik

700 bal toplayan Şəki məktəblisi: Gələcəkdə süni intellekt sahəsində Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram VİDEO

Polis bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmətini davam etdirir VİDEO

Kayrat Osmonaliyev: Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtıdır

Qırğız diplomat: TDT-nin gücü onu təşkil edən dövlətlərin birliyindədir

DSX-nın Xüsusi Məktəbində tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib VİDEO

Milli Qurtuluş Günü Tbilisidə qeyd edilib

Paris Olimpiadasına lisenziya qazanan boksçularla görüş olub

Bakıda “Sevgi Meksikadır” adlı konsert proqramı təqdim olunub VİDEO

Beynəlxalq konfransda Qarabağda minalanmış ərazilərin ekologiyaya vurduğu ziyandan danışılıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazanıb

Ulu Öndər Heydər Əliyev hər bir qələbəmizin rəmzidir - ŞƏRH

Türkiyə parlamentinin sədri Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib

“Azərişıq” Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək

Çinin hərbi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Baş nazir və Milli Məclisin sədri Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

Türkiyə ordusu İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Cəlilabadda birgə tədbir keçiriblər

Türkiyənin müdafiə naziri: NATO-ya alternativ axtarmaq cəhdləri uğursuzluğa məhkumdur

NBA: “Dallas Maveriks” final seriyasını uzadıb

Milli Hidrometeorologiya Xidməti baş verə biləcək sel və daşqınlarla əlaqədar xəbərdarlıq edib

Şamil Ayrım: Türk dünyası Türkiyə və Azərbaycanın dövlət başçıları ilə qürur duyur

Muxtar Respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi həyata keçiriləcək

Macarıstan Aİ-nin Ukrayna ilə danışıqlar üzrə Budapeştin şərtini qəbul etdiyini bildirib

Attila Tilki: Azərbaycanın mədəniyyət paytaxtında toplaşmağımız qürurvericidir

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

Füzulidə “Milli Qurtuluşdan Zəfərə” adlı məktəblilərin yaradıcılıq festivalı keçirilib VİDEO

Zafer Sırakaya: TDT ölkələrinin parlamentlərarası və siyasi partiyalarının əlaqələri birliyimiz üçün önəmlidir

Şimali Kiprin Baş naziri: TDT-nin qlobal problemlər və geosiyasi fonda əhəmiyyəti böyükdür

Hərbi Qənimətlər Parkında “2K11 Kruq” zenit-raket kompleksinin nümayişi Azərbaycan Ordusunun qəhrəmanlıq və şücaətinin bir nümunəsidir VİDEO

Baş nazirin müavini: Vətən müharibəsindəki Qələbədə Türk dünyasının dəstəyi bizim üçün çox dəyərlidir

Şuşada keçirilən plenar sessiyada TDT-nin qlobal təhlükəsizliyə regional töhfələri müzakirə edilib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Əli Əhmədov: Türk dünyası ölkələrinin indiyədək mövcudluğunun səbəbləri ortaq dəyərlərə malik olmalarıdır

Səfir: “Dəmirağacı parkı”ndan danışmaq mənə böyük şərəf hissi verir

Aktam Xaitov: TDT qlobal təhlükəsizliyə və regional inkişafa töhfə verməyə qadirdir

Milli Qurtuluş Günü ilə bağlı fləş-mob hazırlanıbVİDEO

Aslana Əliyeva: Azərbaycan rəqsi zərifliyi ilə seçilir

Aktam Xaitov: Özbəkistan Qarabağ torpağında mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırdır

AMANAT-ın icra katibi: Partiyalararası əməkdaşlıq qardaş türk dövlətlərinin birliyinin daha da möhkəmlənməsinə xidmət edir

Daulet Kəribek: Şuşada keçirilən bugünkü konfransın yeni strateji məqsədlər üçün başlanğıc nöqtəsi olacağına inanıram

Milli Qurtuluş Günü – Zəfər salnaməmizin başlanğıcı