İDMAN
“Lokomotiv” voleybol komandası növbəti transferini reallaşdırmışdır
Bakı, 22 may (AZƏRTAC). Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol komandası növbəti transferini reallaşdırmışdır.
AZƏRTAC xəbər verir ki, yeni baş məşqçi və yeddi oyunçu ilə müqavilə bağlayan komanda daha bir voleybolçu ilə güclənmişdir. Bakı təmsilçisi Lauren Gibbemeyerin ardından ABŞ-dan növbəti voleybolçu Uitni Dosti ilə danışıqları müsbət yekunlaşdırmış və onunla bir illik müqavilə bağlamışdır.
ABŞ yığmasında da çıxış edən 25 yaşlı Dosti həmçinin İsveçrə və Puerto-Rikada da legioner həyatı yaşamışdır.
Qeyd edək ki, “Lokomotiv” ABŞ idmançılarından Cənubi Koreya millisinin voleybolçusu Sa-Ni Kimi və Serbiya yığmasının liberosu Suzana Sebiçi transfer edərək, ötən ilki heyətdən Mariya Filipova (Bolqarıstan), Olqa Palçevskaya, Vera Klimoviç (hər ikisi Belarus) və Aleksandra Samoylova (Rusiya) ilə müqavilənin müddətini artırmışdır.