Macarıstan mətbuatı Bakıdan tranzitin sərfəli olması barədə yazır
Budapeşt, 15 aprel, AZƏRTAC
Macarıstanın “Daily News Hungary” nəşrində dərc edilmiş materialda bildirilir ki, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Çindən onun ölkəsinə marşrutda Bakı tranzitini yüksək qiymətləndirib.
Nəşrdə qeyd edilir ki, Bakı koronavirusla mübarizə üçün Budapeştə çatdırılması nəzərdə tutulan tibbi yüklərin sürətli emalını təmin edir.
AZƏRTAC xəbər verir ki, Bakıda sürətləndirilmiş rejimdə yenidən tərtib edilmiş daha 6 təyyarə Macarıstan paytaxtına çatıb.
Azərbaycan Macarıstanı əmin edib ki, Bakıda yerə enən və tibbi yüklə Macarıstana yönələn təyyarələrin uçuşu qısa müddətə rəsmiləşdiriləcək. Siyyarto Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovla keçirilmiş danışıqlardan sonra bu haqda öz Feysbuk səhifəsində yazıb.
Siyyarto Çindən Macarıstana qoruyucu maskalar çatdırılması üçün tranzit yollardan biri kimi Bakı aeroportunun böyük rolunu qeyd edib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]