Macarıstanda velosiped yolları iqtidar və müxalifət arasında mübahisə mövzusuna çevrilib
Budapeşt, 7 may, AZƏRTAC
Budapeşt bələdiyyəsi şəhərdə velosiped yollarının inkişafına əlavə olaraq 800 milyon forint (2,4 milyon avro) ayırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə paytaxt meri İştvan Tarloş bəyan edib.
Mer mətbuat konfransında dövlətin müvafiq vəsaiti ayıracağını bildirib. Onun sözlərinə görə, “Eurovelo” velosiped marşrutları şəbəkəsinin bütün inkişaf mərhələləri icra ediləcək. Son 10 il ərzində şəhər digər Avropa paytaxtları ilə müqayisədə velosiped marşrutlarına daha çox vəsait xərcləyib.
Parlamentin iqtidaryönümlü partiyadan olan üzvü Mariuş Reveş meri dəstəkləyərək bildirib ki, velosiped şəbəkəsinin inkişafı avtomobil sürücülərinə fayda gətirəcək, çünki bilavasitə tıxacların azalmasına səbəb olacaq.
Lakin müxalifət partiyasından olan deputat Çaba Xorvat deyib ki, Tarloş maliyyələşmənin 85 faizinin Avropa İttifaqına məxsus olması faktını “sirr kimi saxlayır”. “Avropa Parlamentinə seçkilərin astanasında Budapeşt sakinləri bilməlidir ki, çəkilən hər kilometr velosiped yolunun maya dəyəri 120-150 milyon forintə (400-500 min avro) bərabərdir. Bu, çox böyük məbləğdir. Velosiped yollarının inşası belə xərclər tələb etməməlidir”, - deyə Ç.Xorvat bildirib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]