MALİYYƏ NAZİRLİYİNİN GENİŞ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 21-də keçirilmiş Maliyyə Nazirliyinin geniş kollegiya iclası keçirilmişdir. İclasda 2008-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin icrası və 2009-cu ilin dövlət və icmal büdcələrinin layihələri, o cümlədən sonrakı üç il üçün icmal büdcəsinin göstəricilərinin hazırlanması işlərinin gedişi barədə müzakirələr aparılmışdır.
Nazir Samir Şərifov iclasda çıxış edərək Prezident İlham Əliyevin məqsədyönlü iqtisadi strategiyasının və islahatların uğurla həyata keçirilməsi sayəsində cari ilin beş ayında da dövlətin iqtisadi qüdrətinin və makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafı və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yüksək nəticələrin əldə edildiyini, irimiqyaslı proqram və layihələrin uğurla reallaşdırıldığını vurğulamışdır.
S.Şərifov müsbət iqtisadi meyillərin məntiqi davamı olaraq cari ilin beş ayında dövlət büdcəsinin mədaxilinin 130,9 faiz və ya 4 milyard 71 milyon manat yerinə yetirilməklə, 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 810 milyon manat və ya 84,2 faiz çox icra olunduğunu diqqətə çatdırmışdır. Dövlət büdcəsinin xərcləri isə 2 milyard 972 milyon manat və ya 89,5 faiz icra edilməklə, ötən ilin müvafiq göstəricisini 1 milyard 241,3 milyon manat və ya 71,7 faiz üstələmişdir. Dövlət büdcəsindən 27,3 faiz həcmində və ya 811,6 milyon manat vəsait sosialyönümlü tədbirlərin maliyyələşdirilməsinə yönəldilmişdir. Bu da 2007-ci ilin göstəricisindən 188,4 milyon manat və ya 30,2 faiz çoxdur. Cari ilin dövlət büdcəsində profisit 1,1 milyard manat təşkil etmişdir.
Nazir 2008-ci ilin dövlət büdcəsinin dəqiqləşdirilməsi ilə bağlı zərurəti, bir sıra dövlət əhəmiyyətli tədbirlərin həyata keçirilməsi, o cümlədən minimum əmək haqlarının, pensiyanın baza hissəsinin, bəzi təqaüdlərin məbləğinin artırılması, ölkənin müdafiə potensialının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi və digər zəruri məsələlərin maliyyə təminatı ilə bağlı Prezident İlham Əliyevin verdiyi müvafiq tapşırıqlardan irəli gəldiyini bildirmişdir.
Kollegiya sədri 2008-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin icrası, həmçinin 2009-cu il üzrə dövlət büdcəsinin layihəsinin və sonrakı üç il üçün icmal büdcəsinin göstəricilərinin hazırlanması ilə bağlı qanunvericilik və normativ hüquqi aktlardan irəli gələn vəzifələrin icrasının normal həyata keçirildiyini qeyd etmişdir. O, 2009-cu il və növbəti üç il üçün dövlət icmal büdcələrinin layihələrinin tərtibi işlərinin sürətləndirilməsini, layihələrin tərtibi zamanı ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin əsas götürülməsini, potensial vergi ödəyiciləri, hər il gəlir növü üzrə real bazanın müəyyən edilməsini, büdcədən maliyyələşən ayrı-ayrı təşkilatların özünümaliyyələşdirmə prinsipinə keçilməsi, strukturun təkmilləşdirilməsi və özəlləşdirilməsi ilə bağlı büdcə təşkilatları ilə məqsədyönlü və səmərəli işin qurulmasının vacibliyini də vurğulamışdır.
Nazirliyin şöbə müdiri Fazil Fərəcov şəhər və rayon maliyyə orqanları tərəfindən layihələrin tərtibi zamanı buraxılan nöqsanları təhlil etmişdir.
Müzakirələrdən sonra şəhər və rayon maliyyə orqanlarının rəhbərlərinə işlərində ciddi dönüş yaradılması barədə tapşırıqlar verilmişdir.
Tədbirdə dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiyaların ödənilməsi haqqında məsələ də müzakirə olunmuşdur.
İclasın yekununda gündəlikdəki hər iki məsələ ilə bağlı müvafiq qərar qəbul edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:27]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:25]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:24]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:22]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [17:16]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:14]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [17:12]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [17:05]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [17:02]
Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir
- 10.06.2026 [16:55]
Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları
- 10.06.2026 [16:50]