MƏDƏNİYYƏT
Mədəniyyət TV-nin fəaliyyətinə yüksək qiymət: “Qızıl Ləyaqət Xaçı”
Bakı, 7 dekabr, AZƏRTAC
“Mədəniyyət” kanalının direktoru, Əməkdar artist Ramil Qasımov Macarıstanın “Qızıl Ləyaqət Xaçı” mükafatı ilə təltif olunub. Macarıstan Prezidenti Yanoş Ader macar mədəniyyətinin Azərbaycanda populyarlaşmasında Mədəniyyət TV-nin müstəsna rolunu qiymətləndirərək onu bu mükafata layiq görüb.
AZƏRTAC xəbər verir ki, təltifolunma mərasimi Macarıstanın Azərbaycandakı səfirliyində keçirilib. Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi çıxış edərək telekanalın macar ədəbiyyatı, musiqisi, incəsənətinin Azərbaycan ictimaiyyətinə çatdırılmasında böyük rol oynadığını bildirib.
Ramil Qasımov Macarıstan Prezidentinə, həmçinin mükafatı təqdim edən səfir Viktor Sederkenyiyə Mədəniyyət TV-yə və onun işinə göstərilən etimada görə təşəkkür edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [21:14]
Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb
- 08.05.2024 [20:33]
Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək
- 08.05.2024 [19:37]
Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 08.05.2024 [18:43]
“Ulu Öndərin işığında” kitabının təqdimatı olub
- 08.05.2024 [18:27]
“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb
- 08.05.2024 [17:17]