MƏHSUL TEZ VƏ İTKİSİZ TOPLANACAQ
Zaqatala taxılçıları bu mövsümdə 8 min 570 hektar sahədə taxıl məhsulu yetişdirmişlər. Rayon icra hakimiyyətindən müxbirimizə bildirmişlər ki, məhsulun tez və itkisiz toplanması üçün kombaynlar, otbiçən maşın və mexanizmlər təmir edilərək saz vəziyyətə gətirilmişdir. Yanacaq, sürtkü materialları tədarük olunmuş, ehtiyat hissələri alınmışdır.