CƏMİYYƏT
“Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi çərçivəsində növbəti tədbir Qubada reallaşıb
Quba, 26 iyul (AZƏRTAC, Elxan Yusifli). İyulun 26-da “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Qubada gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir İB-nin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi çərçivəsində reallaşıb.
Görüşdə İctimai Birliyin sədri Çingiz Bayramov layihənin məqsədi və görülən işlər barədə ətraflı danışıb. O, yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin, azərbaycançılıq ideologiyasının təbliğinin vacibliyini vurğulayıb. Bildirilib ki, gənclərin yad ideologiyaların, zərərli dini təriqətlərin təsiri altına düşməməsi üçün ardıcıl mübarizə aparılmalıdır.
Layihə çərçivəsində bundan əvvəl Ağstafa, Qazax və Şəkidə də tədbirlər keçirilib. Növbəti belə görüşlər Masallı və Lənkəran rayonlarında reallaşacaq.