İQTİSADİYYAT
Mərdəkan qəsəbəsindəki Heydər Əliyev parkı yenidən qurulub
Bakı, 31 iyul (AZƏRTAC). Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Heydər Əliyev adına mərkəzi park yenidən qurularaq əhalinin istifadəsinə verilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, ümumi sahəsi 2,6 hektar olan parka üzlük və səki daşları döşənib, qranit və ağlay daşı vurulub. Ərazidəki 14 min 144 kvadratmetr sahədə çəmənlik salınıb, yeni su və elektrik xətləri çəkilib. Parkda, həmçinin səhnə, fəvvarələr və istirahət köşkləri quraşdırılıb. Parkın qarşısındakı beşmərtəbəli yaşayış binasının damı və fasadı təzələnib.
Hazırda Şüvəlan qəsəbəsinin mərkəzi hissəsindəki Almaz İldırım, Mərdəkan qəsəbəsindəki Sergey Yesenin və digər küçələrin yenidən qurulması, qədim tikililərin bərpası istiqamətində işlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]