ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxana əməkdaşının məruzəsi beynəlxalq forumda dinlənilib
![Mərkəzi Elmi Kitabxana əməkdaşının məruzəsi beynəlxalq forumda dinlənilib](/files/2015/3/1200x630/14442941382235537489_1200x630.jpg)
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxananın (MEK) əməkdaşı, AMEA Əlyazmalar İnstitutunun doktorantı Təranə Mirzəyeva Bakıda “Avropa gənc alimlərinin genosid faktlarına baxışları” mövzusunda keçirilən beynəlxalq forumda iştirak edib.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, forumda T.Mirzəyevanın “Qondarma Ermənistan dövlətinin yaranması və azərbaycanlıların soyqırımında neft faktoru” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə xarici güclərin siyasi təzyiqləri nəticəsində azərbaycanlıların öz doğma yurdlarından deportasiya edilməsi, soyqırımlara məruz qalması, həmçinin erməni havadarlarının himayəsinin məqsədləri, ermənilərin zəngin neft və qaz yataqlarına malik Azərbaycan ərazilərinə sahib olmaları üçün havadarlarının onlara siyasi dəstəyi və digər tarixi faktlardan bəhs edilib.