MEŞƏLƏRİN MÜHAFİZƏSİ GÜCLƏNDİRİLİR
Balakən rayon meşə mühafizəsi və bərpası müəssisəsindən müxbirimizə məlumat vermişlər ki, qanunsuz olaraq ağac kəsmiş vətəndaşlar 70 milyon manat həcmində cərimə olunmuşlar. Aşkar olunmuş faktlar üzrə 21,2 milyon manat dəyərində oduncaq müsadirə edilmişdir. “Meşələrin qorunub saxlanılması, inkişafı və təkrar istehsalı” respublika fonduna proqnozdan iki dəfə çox – 142,6 milyon manat vəsait köçürülmüşdür.