Metsamor Atom Elektrik Stansiyası beynəlxalq aləmi narahat edir
Bakı, 4 avqust (AZƏRTAC). Yaponiyadakı son fəlakətdən sonra Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) yaratdığı təhlükə yenidən gündəmdədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu “Deutsche Welle” (Alman dalğası) radiosu reportaj yayımlamışdır.
Reportajda bildirilmişdir ki, 1960-cı illərə aid, köhnə sovet texnologiyası ilə fəaliyyət göstərən Metsamor AES-ə beynəlxalq aləmin narahatlığı artır. Stansiyanın seysmik zonada yerləşməsi xüsusi diqqət çəkir. AES-in yaşı və yerləşdiyi məkan Ermənistan ilə Avropa İttifaqı arasında stansiyanın bundan sonrakı taleyi ilə bağlı mübahisələrə səbəb olmuşdur. Amma Ermənistan stansiyanın istismarı planlarından əl çəkmir.
Radio xatırlatmışdır ki, 2000-ci ildə Avropa İttifaqı stansiyanın bağlanması üçün Ermənistana 138 milyon avro təklif etmişdir. Lakin Ermənistan hökuməti bu məbləğin azlığından şikayətlənərək razılaşmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:09]
Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]
Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb
- 05.06.2026 [11:52]
Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb
- 05.06.2026 [11:38]