Mikayıl Cabbarov: “Uğur yolu” proqramı rəqabətli insan kapitalının inkişafına töhfə verən faydalı layihədir
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hər bir əməkdaşının uğuru bizim üçün önəmlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Uğur yolu” karyera inkişafı proqramının final mərhələsinin iştirakçılarını təbrik edirəm. Həmkarlarımızın təcrübə və strateji düşüncə bacarıqlarının artırılmasına əlavə imkanlar yaradan bu proqram rəqabətli insan kapitalının inkişafına əhəmiyyətli töhfə verən növbəti faydalı layihədir”, - deyə nazir qeyd edib.