MƏDƏNİYYƏT
Milli Azərbaycan Tarixi Muzeyində “Azad Şuşanın ilk qarı” adlı fotosərgi açılıb
![](/files/galleryphoto/2022/3/1200x630/w_1616669757663241147898_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/w_16166697576646736804_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/w_1616669757663411018510_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/w_1616669757674244044315_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/w_1616669757676060829356_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/w_1616669757673935730446_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/w_1616669757672671050660_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/w_161666975767358923206_1200x630.jpg)
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Milli Azərbaycan Tarixi Muzeyində “Azad Şuşanın ilk qarı” adlı fotosərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sərgidə muzeyin əməkdaşı, tanınmış fotoqraf Mirnaib Həsənoğlunun 2020-ci il dekabrın 18-də Şuşa şəhərinə yağan ilk qara həsr etdiyi fotolar nümayiş olunur.
Əvvəlcə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğurunda candan keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin baş mütəxəssisi Zümrüd İsmayılova tədbiri açaraq, sərgi haqqında ümumi məlumat verib.
Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru Fərhad Cabbarov nümayiş edilən fotoların tarixi önəmindən danışıb. Qeyd edib ki, Mirnaib Həsənoğlunun sərgi ekspozisiyasında nümayiş olunan fotoları doğma Şuşanın qış fəslində möhtəşəm mənzərəsini insanlara çatdırır: “Sərgi çox rəmzi dövrə təsadüf edir. Həm “Şuşa İli”nə, həm də Zəfərimizin ikinci ildönümünə həsr olunub. Bu sərgi bütün ziyarətçilərin marağına səbəb olacaq”.
Müəllifi təmsil etdiyi qurumun kollektivi adından təbrik edən F.Cabbarov, fotoqrafa gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.
Mirnaib Həsənoğlu çıxış edərək sərgidə nümayiş edilən fotoların ərsəyə gəlməsi səbəbindən söz açıb. Bildirib ki, sərgidə 50-dən artıq foto yer alır.
Sonra M.Həsənoğlu tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib.
Sərgiyə giriş sərbəstdir.